FACT-INFO.AZ » SİYASƏT » "Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır"
21-09-2018, 09:05 | SİYASƏT
"Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır"

Nazir müavini qeyd edib ki, artıq 30 ildir Ermənistandan olan azərbaycanlı qaçqınların və Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin əsas hüquq və azadlıqları pozulub. Bu da BMT sistemi və onun insan hüquqları üzrə mexanizmi üçün ciddi çağırışdır:

"Bununla əlaqədar olaraq, Azərbaycan İnsan Hüquqları Şurasını, həmçinin onun xüsusi mexanizmlərini, insan hüquqları üzrə ali komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinin tələb etdiyi kimi, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına yönəlmiş səmərəli addımlar atmağa çağırır".

X.Xələfov əlavə edib ki, öz növbəsində, Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üzrə işləri davam etdirir: "Qeyd etmək istərdim ki, ümumilikdə son 25 il ərzində sosial baxımdan belə həssas qrupların sosial müdafiəsinə 8 milyard dollardan çox vəsait ayrılıb. Erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 150 ev, məktəb binaları, bağça, tibb müəssisələri və digər sosial infrastruktur obyektləri tikilərək istismara verilib".

Nazir müavini bildirib ki, Ermənistan BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əhəmiyyət verməməyə davam edir: “Təəssüf ki, Ermənistanın yeni rəhbərliyinin son açıqlamaları sülh prosesini zərbə altına qoyur və bu açıqlamalar regionu yeni təhdidlərlə üz-üzə qoyaraq Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə yönəlib. Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulması ilə bağlı məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan rəhbərliyini öz sələflərinin səhvlərini təkrarlamamağa və münaqişənin həlli prosesində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmətə əsaslanan konstruktiv mövqe tutmağa çağırırıq”.




Baxış sayı: 1 454
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30