FACT-INFO.AZ » XƏBƏR » Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydalar təsdiqlənib
18-09-2018, 09:40 | XƏBƏR
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydalar təsdiqlənib

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, vətəndaş firavanlığının təminatı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi kimi çıxış edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə sosial rifah halının yaxşılaşmasına xidmət edir.

Nazir qeyd edib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım özünü göstərib, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısının artdığını, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndiyini deyən S. Babayev hazırda nazirliyin xətti ilə 1,3 milyon insanın əmək pensiyası ilə, 409 mindən çox şəxsin aylıq sosial müavinətlə, 62,5 min insanın Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edildyini bildirib. O, həmçinin 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləğinin 2,2 dəfə, 2008-ci ilin sentyabrından müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin olunaraq ödənilən Prezident təqaüdlərinin məbləğinin orta hesabla 2-2,5 dəfə artırıldığını diqqətə çatdırıb. S. Babayev bildirib ki, dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi, son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bununla bərabər, yoxsul ailələrin dövlət tərəfindən dəstəklənməsi tədbirləri də davam etdirilib. Cari ilin ötən dövründə görülən işlər barədə danışan nazir məlumat verib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək. S. Babayev vurğulayıb ki, dövlət başçısının 2018-ci il 2 avqust tarixli 382 nömrəli Sərəncamının Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatı proqramının gücləndirilməsinə səbəb olub. Sərəncamla cari ildə həmin insanlar üçün əlavə olaraq minimum 300 mənzil alınması ilə bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 500-dən çox mənzilin verilməsinə imkan yarandığı, mənzillərin satınalınması üçün açıq tenderin elan olunduğu bildirilib. Həmçinin fərdi yaşayış binalarının inşasının davam etdirildiyi, çoxmənzilli binalarda tikinti işlərinin də başa çatmaqda olduğu qeyd edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci 9 avqust tarixli 229 nömrəli Fərmanının icrası olaraq, nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması, habelə cənab Prezidentin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib. DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin, habelə müvafiq təkliflərin hazırlanması işlərinin bu ay ərzində başa çatdırılaraq aidiyyəti üzrə təqdim edilməsi təmin olunacaq. Artıq ilin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Sahil Babayev qeyd edib ki, nazirliyin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalının yaradılması işləri davam etdirilir.

Nazir Azərbaycan Respublikasının Prezidenti tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Nazir həmin sənədlərdən irəli gələn bütün tapşırıqların yüksək səviyyədə və vaxtlı-vaxtında icrasının təmin olunmasının nazirliyin əsas fəaliyyət prinsipi olduğunu, onların icrası istiqamətində uğurlu nəticələrə yönələn işlərin aparıldığını bildirib. Sonra nazir müavini, kollegiyanın üzvü Mətin Kərimlinin, nazirin müşaviri Vüsal Nəsirlinin, nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişovun, İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidovun, Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun gündəlikdə duran məsələlər barədə məruzələri dinlənilib.

İclasda dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası sahəsində görülən işlər müzakirə olunub. O cümlədən Fərmanda qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydaların layihəsinin ödəmənin verilməsi prosesini tam şəffaf şəkildə həyata keçirilməsini təmin edə biləcək səviyyədə hazırlandığı vurğulanıb. Layihə barədə müzakirələrdən sonra Kollegiya tərəfindən həmin Qaydaların təsdiq edilməsi barədə qərar qəbul edilib.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin (Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı) Nizamnamə layihəsi də müzakirə olunaraq təsdiq edilib. Nizamnaməyə əsasən, Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə həmin insanlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərəcək, bu müddətdə onları müvəqqəti yaşayış yeri ilə təmin edəcək. Kollegiya həmçinin bir sıra sahələrə dair qulluqçu və fəhlə vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında, kompüter və digər elektromaqnit şüalanma yaradan aparatların istismarı zamanı təhlükəsizlik Qaydalarında, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə də qərarlar qəbul edib.




Baxış sayı: 1 570
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30