FACT-INFO.AZ » XƏBƏR » Kastamonu şəhərinin gənc fəalları Azərbaycanla tanış olublar
3-09-2018, 11:25 | XƏBƏR
Kastamonu şəhərinin gənc fəalları Azərbaycanla tanış olublar

Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında yerləşən Kastamonu vilayətinin 374.000 (şəhərin öz əhalisi isə 118.000-dir) əhalisi var. Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Hazırda Kastamonu şəhər Bələdiyyəsinin Başkanı Tahsin Babaş, şəhər Valisi Yaşar Karadenizdir. Kastamonu Türkiyənin istiqlal savaşı zamanı ən çox şəhid verən bir ərazi olaraq tarixə düşüb. 1073-cü ildən Türk yurdu kimi tanınan Kastamonu şəhəri daim qonaq-qaralı olub. Bu şəhəri həm də Övliyalar və şəhidlər şəhəri kimi tanınır. 2018-ci il fevralın 28-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Xanım Qənirə Paşayeva Kastamonu Dövlət Universitetinin pedaqoji kollektivi ilə görüşmüş, Qarabağ faciəsi, Xocalı soyqırımı haqda ətraflı məlumat vermişdir. Qənirə xanımın 1 saata yaxın davam edən çıxışı tələbə-gənclərin, bütövlükdə Universitetin pedaqoji kollektivini yaddaşına əbədi hopmuşdur. Onun xahişilə Kastamonuda Qarabağ parkının tikilib-istifadəyə verilməsi nəzərdə tutulur. Türkiyə və Azərbaycan mədəni əlaqələrinin inkişafında müstəsna xidmətləri olan Xanım Qənirə Paşayeva Azərbaycanın hər bir vətəndaşı tərəfindən xeyirxah insan kimi qəbul edilir.

Q.Paşayevanın dəvəti, Kastamonu Bələdiyyə Başkanı T.Babaşın dəstəyilə bu şəhərin Türkiyənin müxtəlif universitetlərində təhsil alan tələbələri -Cansel Nur Komye, Elif Maraz, Betül Keloğlu və Buse Nur Keloğlu -“Biz Tek millet, iki devletiz!” layihəsi əsasında Azərbaycana qonaq gəlib. Hörmətli Qənirə xanım keçirilən beynəlxalq tədbirlərlə əlaqədar xaricdə olduğundan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri olaraq mən, dəyərli dostlarımla birgə qonaqları şəhərin gəzməli-görməli yerlərilə tanış etməyə başladıq.Yeri gəlmişkən, bu səfərdə qonaqlara xüsusi diqqət ayıran Azərbaycanın bütün qeyrətli övladlarına, o cümlədən, “Bosfor” Otelinin rəhbərliyinə, istedadlı və vətənpərvər jurnalist Elgün Mənsimova, habelə, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin İcraçı Direktoru Əjdər Hümbətova, İcraçı Direktorun Təşkilati Məsələlər üzrə müavini Şamilə Şamilqızına, Birliyin Qadınlar Şurasının sədri Xanım Ayna Allahyarqızına, “Xocalı İdman Klubu”nun rəhbərliyinə təşəkkür edirik. Sentyabrın 2-də qonaqlar Zəngilan rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhərciyə baş çəkdilər, Masazır qəsəbəsində rayon əhalisinə yaradılan şəraitlə tanış oldular. Həqiqətən də Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına əsasən Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərə zəruri şərait yaradılır. Bu baxımdan, zəngilanlılar üçün yaradılan şərait çox təqdirəlayiqdir. Biz, qonaqlarla birgə Zəngilan rayon 33 saylı məcburi köçkün tam orta məktəbində və Rayon Tarix-diyarşünaslıq Muzeyində olduq. Səliqə-sahman ilk baxışdan göz oxşayırdı. 33 saylı tam orta məktəbin direktoru Xanım Səadət Səfquliyeva, direktor müavini Xanım Kifayət Şükürova pedaqoji kollektivlə birgə tədrisin keyfiyyətli aparılması üçün əllərindən gələni əsirgəmirlər.Biz, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə ilə birgə Zəngilan Tarix-diyarşünaslıq Muzeyinə baş çəkdik. Muzeydə yaradılan şərait məni və qonaqları valeh etdi.Səhv etmirəmsə, Kəlbəcər və Zəngilan rayonlarının Tarix-diyarşünaslıq Muzeyləri digərlərinə gözəl bir nümunədir.Mən Muzeydə toplanan eksponatlara görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Həsənova, habelə, bu işdə zəhməti olan hər bir şəxsə təşəkkür edirəm. Azərbaycanın, o cümlədən, Zəngilan rayonunun qədim tarixinə aid məlumat və eksponatlar qonaqlarda hədsiz məmnunluq doğurdu. Türkiyəli tələbə-gənclərin Azərbaycana işgüzar səfəri davam edir.

Şamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi.

Şamilə Şamilqızı, “fact-info.az”və “xebertv.az”saytlarının xüsusi müxbiri.




Baxış sayı: 1 752
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30