Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar təlim poliqonunda bölmələr tərəfindən enerji daşınması üzrə kritik infrastruktur obyektlərinin mühafizəsi və müdafiəsi, ehtimal olunan təhdidlərə və asimmetrik qüvvələrdən qaynaqlanan təhlükələrə qarşı icra edilən fəaliyyətləri izləyiblər.
Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, eləcə də təlim iştirakçılarının peşəkarlığı müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin yekunlaşması münasibətilə bağlanış mərasimi keçirilib.
Tədbir hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iştirakçı ölkələrin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər bildiriblər ki, təlim zamanı nümayiş etdirilən sıx əməkdaşlıq və yüksək əzmkarlıq qarşıya qoyulan məqsədlərin uğurla icrasına və regional tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib.
Qeyd olunub ki, təlim müddətində qazanılan nəzəri biliklər və praktiki təcrübə birgə fəaliyyət qabiliyyətini yeni səviyyəyə yüksəldəcək.
Mərasimin sonunda təlim iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.
Baxış sayı: 55
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
