FACT-INFO.AZ » QHT » ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib
Bu gün, 15:30 | QHT
ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Brüsseldə Avropa İttifaqı və Ukraynanın birgə ev sahibliyi ilə təşkil edilən "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda (UMAC 2026) iştirak edib.

Fact-info.az-a bu barədə ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, konfrans çərçivəsində keçirilən sessiyalarda mina təhlükəsi ilə mübarizə sahəsində idarəetmə və innovasiyalar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, milli potensialın gücləndirilməsi və dayanıqlı minatəmizləmə modelləri, mexaniki minatəmizləmə texnologiyalarının inkişafı,şəhərlərin bərpası zamanı partlayıcı sursatların yaratdığı risklər və digər aidiyyəti mövzularda müzakirələr aparılıb.

Konfransda iştirak mina təsirinə məruz qalmış ölkələrlə təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiya və innovativ həllərin öyrənilməsi, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

UMAC 2026 Konfransı çərçivəsində Vüqar Süleymanov bir sıra ikitərəfli və üçtərəfli rəsmi görüşlər keçirib.

Sədr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Avropa İttifaqının Xarici Siyasət Alətləri Xidmətinin direktoru Peter Vagner və Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzinin direktoru Tobias Privitelli ilə görüş zamanı ölkəmizin üzləşdiyi mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU)rəhbərinin müavini Roman Prymuş ilə görüşdə UMAC 2025 konfransı çərçivəsində ANAMA ilə SESU arasında imzalanmış "Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair" Anlaşma Memorandumunun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko ilə görüşdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, çoxtərəfli tərəfdaşlıq və bu sahədə beynəlxalq təşəbbüslərin dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna iqtisadiyyat və ətraf mühit nazirinin müavini İhor Bezkaravaynyi və BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) nümayəndələri ilə keçirilən görüşdə tərəflər arasında humanitar minatəmizləmə sahəsində qabaqcıl təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

BMT-nin Ətraf Mühit Proqramının Cenevrədəki Ofisinin Kiyev üzrə Fəlakətlər və Münaqişələr bölməsinin Baş proqram mütəxəssisi Pyer Karlo Sandey ilə görüşdə mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərin ekoloji bərpası, minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsirləri və ekoloji təhlükəsizliyin təmin olunması məsələləri nəzərdən keçirilib.




Baxış sayı: 75
Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir Bu gün, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır Bu gün, 17:30 Nəğmələrdə yaşayan ömür Bu gün, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib Bu gün, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər Bu gün, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Bu gün, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır Bu gün, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır Bu gün, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar Bu gün, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir Bu gün, 09:30 COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib Dünən, 21:31 Xalq rəssamına həsr olunan sərgi açılıb Dünən, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır Dünən, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Dünən, 16:30 Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır Dünən, 12:00 “Minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik” - Səfir Dünən, 12:00 Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib Dünən, 11:00 Hikmət Hacıyev Aİ rəsmisi Olaf Skuqla görüşüb Dünən, 11:00 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Dünən, 10:30 Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb 16-11-2026, 19:30 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib 16-11-2026, 18:30 Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapılıb 16-11-2026, 18:00 “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib 16-11-2026, 14:30 Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır 16-11-2026, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" 16-11-2026, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək 16-11-2026, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub 16-11-2026, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı 16-11-2026, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb 16-11-2026, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır 15-11-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30