FACT-INFO.AZ » XƏBƏR » Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb
Dünən, 11:00 | XƏBƏR
Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb

"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

Fact-info.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

"Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.

Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm.

1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, bizim üçün həm yenilik idi, həm də çətin bir iş. Sonralar da belə işlərdən çəkinmədik. İstəyirdik ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, hər kəs imtahanın qaydalarını aydın bilsin, lazım olan məlumatı özü tapa bilsin və nəticəsinə etibar etsin. Bu işə hamımız könlümüzü qoyduq.

İlk illərdən yanımda olan həmkarlarıma da, son illərdə bizə qoşulanlara da ürəkdən təşəkkür edirəm. Yeni həmkarlarımızın «Bunu başqa cür edə bilərikmi?» sualı ilə başlayan neçə söhbətimiz sonradan birgə gördüyümüz işə çevrildi. İllərin təcrübəsi ilə onların həvəsi bir araya gələndə mən özüm də çox şey öyrəndim. Sizinlə işləməkdən həmişə zövq almışam. Bu gün bunu bir daha demək istədim.

Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.

Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.

İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm", - paylaşımda qeyd olunub.




Baxış sayı: 55
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub Dünən, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb Dünən, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub Dünən, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar Dünən, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb Dünən, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir Dünən, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır 18-11-2026, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır 18-11-2026, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar 18-11-2026, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir 18-11-2026, 09:30 COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib 17-11-2026, 21:31 Xalq rəssamına həsr olunan sərgi açılıb 17-11-2026, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır 17-11-2026, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək 17-11-2026, 16:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30