Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov – 120” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, sərgilərdə Prezident İlham Əliyevin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, sənətkarın həyat və yaradıcılığını əks etdirən materiallar, əsərləri, onun haqqında nəşr olunmuş kitablar, Azərbaycan və xarici dillərdə ədəbiyyat, habelə dövri mətbuat materialları yer alıb.
Lətif Kərimov xalçaçılığın elmi əsaslarının işlənib hazırlanmasına əhəmiyyətli töhfə verərək bu sənət sahəsinin müstəqil tədqiqat istiqaməti kimi inkişafına şərait yaradıb. Onun formalaşdırdığı elmi-bədii məktəb müasir xalçaçı-rəssamlar üçün yaradıcılıq mənbəyi, tədqiqatçılar üçün isə mühüm elmi baza rolunu oynayır.
Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1949-cu ildə Stalin mükafatı, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib. Sənətkar 1955-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.
Baxış sayı: 10
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
