FACT-INFO.AZ » SİYASƏT » Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir
Bu gün, 09:30 | SİYASƏT
Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi çəkisinin artırılması, müdafiə potensialının gücləndirilməsi və xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir.

Fact-info.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Rizvan Nəbiyev “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib. Onun sözlərinə görə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat vəsait ayrılması dövlətin müdafiə potensialının daha da gücləndirilməsinə xidmət edir. Bu, 2023-cü illə müqayisədə 2,9 milyard manat çoxdur.

R.Nəbiyev Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasətinin strateji manevr imkanlarını genişləndirdiyini vurğulayıb. O, AQEM-də sədrliyin daha iki il uzadılmasını, 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi, 2028-ci ildə isə MDB-yə sədrliyin nəzərdə tutulmasını ölkəmizin artan beynəlxalq nüfuzunun göstəriciləri kimi qiymətləndirib.

Deputat, həmçinin Azərbaycanın 30 dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurduğunu, Böyük Yeddiliyin dörd üzvü – ABŞ, Almaniya, Böyük Britaniya və İtaliya ilə bu səviyyədə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

O, 2027-ci ilin dövlət büdcəsində beynəlxalq münasibətlər üzrə fəaliyyətin təmin edilməsi üçün 569,5 milyon manat vəsaitin proqnozlaşdırıldığını vurğulayıb.




Baxış sayı: 85
Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir Bu gün, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır Bu gün, 17:30 Nəğmələrdə yaşayan ömür Bu gün, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib Bu gün, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər Bu gün, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Bu gün, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır Bu gün, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır Bu gün, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar Bu gün, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir Bu gün, 09:30 COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib Dünən, 21:31 Xalq rəssamına həsr olunan sərgi açılıb Dünən, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır Dünən, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Dünən, 16:30 Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır Dünən, 12:00 “Minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik” - Səfir Dünən, 12:00 Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib Dünən, 11:00 Hikmət Hacıyev Aİ rəsmisi Olaf Skuqla görüşüb Dünən, 11:00 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Dünən, 10:30 Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb 16-11-2026, 19:30 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib 16-11-2026, 18:30 Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapılıb 16-11-2026, 18:00 “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib 16-11-2026, 14:30 Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır 16-11-2026, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" 16-11-2026, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək 16-11-2026, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub 16-11-2026, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı 16-11-2026, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb 16-11-2026, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır 15-11-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30