FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır
Dünən, 17:00 | İQTİSADİYYAT
Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin hazırlanması ilə bağlı planları müzakirə ediblər.

 Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.

Dünya Bankının Vaşinqtondakı mənzil-qərargahında keçirilən görüşdə Azərbaycanla bank arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hazırlanmaqda olan "Dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişafı və suvarma sistemlərinin təkmilləşdirilməsi" layihəsinin hazırlanması və gələcək icrası ilə bağlı məsələlər müzakirə olunub.

M. Məmmədov kənd təsərrüfatının inkişafının Azərbaycan hökumətinin strateji prioritetlərindən biri olduğunu bildirib. O, Dünya Bankı ilə əvvəlki layihələr çərçivəsində qurulmuş uğurlu əməkdaşlığı xatırladaraq, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində birgə fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi daha az resursdan istifadə etməklə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, elmi tədqiqat və təhsil imkanlarını inkişaf etdirməkdir.

M.Məmmədov xüsusilə su ehtiyatlarından səmərəli istifadənin vacibliyinə diqqət çəkib. O bildirib ki, hazırda Azərbaycanda 1,5 milyon hektar suvarılan torpaq sahəsinin 130 min hektarında müasir suvarma sistemləri tətbiq olunur. Yeni Dövlət Proqramı çərçivəsində bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur.

Görüşdə fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, torpaqların konsolidasiyası və kənd təsərrüfatında rentabelliyin artırılması məsələləri də müzakirə edilib. Nazir kiçik və orta fermer təsərrüfatlarının maliyyələşdirilməsində mövcud çətinliklərə diqqət çəkərək, yeni kredit mexanizmlərinin yaradılmasının və dövlət dəstəyi alətlərinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

A. Bassani Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində müəyyənləşdirdiyi prioritetlərin bankın strateji hədəfləri ilə uzlaşdığını bildirib. O, xüsusilə suvarma infrastrukturunun modernləşdirilməsi, fermerlərin bazarlara və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə edib.

A. Bassani Dünya Bankının "AgriConnect" təşəbbüsünə də toxunaraq, kənd təsərrüfatının iqtisadi artımın sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin hazırlanmaqda olan layihə üzrə işlərin sürətləndirilməsinin və nəzərdə tutulan nəticələrin fermerlərə daha qısa müddətdə çatdırılmasının vacibliyini qeyd edib.




Baxış sayı: 90
COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib Dünən, 21:31 Xalq rəssamına həsr olunan adlı sərgi açılıb Dünən, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır Dünən, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Dünən, 16:30 Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır Dünən, 12:00 “Minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik” - Səfir Dünən, 12:00 Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib Dünən, 11:00 Hikmət Hacıyev Aİ rəsmisi Olaf Skuqla görüşüb Dünən, 11:00 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Dünən, 10:30 Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb 16-11-2026, 19:30 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib 16-11-2026, 18:30 Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapılıb 16-11-2026, 18:00 “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib 16-11-2026, 14:30 Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır 16-11-2026, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" 16-11-2026, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək 16-11-2026, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub 16-11-2026, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı 16-11-2026, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb 16-11-2026, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır 15-11-2026, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir 15-11-2026, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib 15-11-2026, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub 15-11-2026, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30