FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Dünən, 16:30 | İQTİSADİYYAT
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək.

Fact-info.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əmək haqqı müəyyən ediləcək:

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda:

- həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.

Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.

Saatlıq əmək haqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.

Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.

Saatlıq əmək haqqı müəyyən edilmiş işçilərə əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtda ödənilməlidir.

Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən əməkhaqqının yaradılmasını hədəfləyən minimum əməkhaqqı bu gün bütün dünyada sosial siyasət alətlərindən biridir. Minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq təşkilatların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.

Saatlıq minimum əməkhaqqı tam və natamam iş vaxtı rejimində işləyən İşçilərə əməyin ödənilməsində bərabər rəftarı təmin edir. Saatlıq minimum əməkhaqqı qısamüddətli müqavilə əsasında işə cəlb edilən və ya natamam iş saatında işləyən bəzi işçi kateqoriyaları üçün xüsusilə vacibdir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyinə görə ölkəmizdə tətbiq olunan minimum əməkhaqqı aylıq dövrü əhatə edir və bu zaman da bəzi hallarda işçilərə əmək haqqının məbləği minimumdan aşağı olaraq ödənilir. Belə ki, mövcud əmək qanunvericiliyində işçilərin əməyı vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir və müxtəlif hallarda əməkhaqqının ödənilməsinin fərqli qaydaları nəzərdə tutulur (məsələn, müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi, peşələr əvəz edildikdə əməyin ödənilməsi, hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi, natamam iş vaxtında əməyin ödənilməsi qaydası və s.).

Bəzi kateqoriyalı işçilərə saatlıq minimum əməkhaqqının müəyyən edilməsi minimum əməkhaqqına daha çevik yanaşmanı, işçilər arasında bərabər münasibəti, işəgötürənlər tərəfindən əməkhaqqının hesablanması mexanizminin müəyyən edilməsi və sui-istifadə hallarının qarşısının alınmasını təmin edir və işçilərin gözlənilən standart iş həftəsindən fərqli olaraq, həqiqətən işlədikləri saatlara görə maaş almasına imkan yaradır

Bu xüsusda əmək münasibətlərinin təkmilləşdirilməsi, əməkhaqqı sisteminin çevikliyinin artırılması və işçilər üçün minimum əməkhaqqı təminatlarının gücləndırılməsı məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsina minimum saatlıq əməkhaqqı ila bağlı yeni normalar daxil edilib.

Dəyişikliklərə əsasən, qanunvericilikdə aylıq əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı anlayışı da təsbit olunub. Bununla müəyyən iqtisadı fəaliyyət sahələrində çalışan işçilərin əməyinin saatlıq ödəniş sistemi əsasında tənzimlənməsi və hər işlənmiş saat uçun ödənilən əməkhaqqının ölkə üzrə müəyyən edilmiş minimum saatlıq əməkhaqqı məbləğindən aşağı olmamasının təmin edilməsi nəzərdə tutulur.

Eyni zamanda, Məcəllədə nəzərdə tutulan qaydada natamam iş vaxtı ilə işləyən və aylıq əməkhaqqı alan işçilərin əməkhaqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməməsi müəyyən edilir.

Saatlıq əməkhaqqı sisteminin tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.

Müvafiq qaydalara əsasən, qeyd olunan sahələrdə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya iqtisadi fəaliyyət növündən asılı olmayaraq həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Yeni yanaşma xüsusilə qısamüddətli əmək müqavilələri ilə çalışan və natamam iş vaxtı rejimində işləyən şəxslərin əməkhaqqının faktiki işlənmiş vaxta uyğun hesablanmasına imkan yaradır. Eyni zamanda, hər işlənmiş saat üçün minimum ödəniş təminatının müəyyən edilməsi işçilərin hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edir. Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əməkhaqqının müəyyən edilməsində daha çevik mexanizmin formalaşdırılmasına, əmək münasibətlərinin şəffaflığının artırılmasına və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə töhfə verəcək.

Layihənin qəbul edilməsi dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmayacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.




Baxış sayı: 95
COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib Dünən, 21:31 Xalq rəssamına həsr olunan adlı sərgi açılıb Dünən, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır Dünən, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Dünən, 16:30 Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır Dünən, 12:00 “Minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik” - Səfir Dünən, 12:00 Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib Dünən, 11:00 Hikmət Hacıyev Aİ rəsmisi Olaf Skuqla görüşüb Dünən, 11:00 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Dünən, 10:30 Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb 16-11-2026, 19:30 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib 16-11-2026, 18:30 Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapılıb 16-11-2026, 18:00 “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib 16-11-2026, 14:30 Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır 16-11-2026, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" 16-11-2026, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək 16-11-2026, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub 16-11-2026, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı 16-11-2026, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb 16-11-2026, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır 15-11-2026, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir 15-11-2026, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib 15-11-2026, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub 15-11-2026, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30