Statistikaya görə ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur.
Fact-info.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilib.
BDYPİ-nin məlumatına görə, cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.
"Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar.
Yüksək sürətin xöşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü, bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai!
Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər", idarədən bildirilib.
Baxış sayı: 105
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
