Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Fact-info.az xəbər verir ki, gecədə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti çıxış edib. Ansamblın direktor-baş dirijoru Mustafa Aşurov, musiqi rəhbəri isə Mahir Ordubadidir.
Konsertdən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Oqtay Rəcəbovun Azərbaycan musiqi sənətində özünəməxsus yeri və yaradıcılıq dəst-xətti olduğunu vurğulayıb. O, bəstəkarın çoxşaxəli yaradıcılığından, müxtəlif musiqi janrlarında ərsəyə gətirdiyi əsərlərdən söz açaraq onun milli musiqi xəzinəmizə verdiyi töhfələri diqqətə çatdırıb.
Konsert proqramında Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Tural Salmanov, Almaz Orucova, Elşən Mübarizoğlu, Fikrət Məmmədov, Nurlana Abdullayeva, Xasay Şıxıyev, Leyla İdrisova-Həmzəliyeva və Rövşən Əzizin ifasında Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərləri, eləcə də dinləyicilərin rəğbətini qazanmış sevilən mahnılar səsləndirilib.
İfaçıların təqdimatında səslənən əsərlər Azərbaycan musiqisinin zənginliyini və ifaçılıq ənənələrinin rəngarəngliyini nümayiş etdirib.
Qeyd edək ki, Oqtay Rəcəbov Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yaradıcılıq yolu olan bəstəkarlardandır. Onun müxtəlif janrlarda yaratdığı əsərlər, musiqi-pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr milli musiqi irsimizin zənginləşməsində mühüm yer tutur.
Bəstəkarın 85 illik yubileyinə həsr olunan konsert onun çoxillik yaradıcılığına ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan musiqi sənətinin təbliği, milli musiqi irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından da əlamətdar hadisə olub.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
