Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzində olub və qurumun rəhbəri, general-polkovnik Yevgeni Sısoyevlə görüşüb.
Fact-info.az xəbər verir ki, diplomata Mərkəzin fəaliyyəti barədə videomateriallar nümayiş etdirilib, həmçinin Birliyə üzv ölkələrin səlahiyyətli orqanlarının terrorizmə və ekstremizmə qarşı mübarizədə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə qeyd olunub ki, MDB ölkələri son 25 ildə terror təhlükələrinə və ümumi təhlükəsizliyə yönələn digər təhdidlərə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar. Bu işdə MDB Antiterror Mərkəzi və Birliyə üzv dövlətlərin antiterror bölmələri aparıcı rol oynayır.
MDB Antiterror Mərkəzi Birliyə üzv dövlətlərin dövlət başçıları şurasının 2000-ci il iyunun 21-də qəbul etdiyi qərarla yaradılıb. Mərkəzin qərargahı Moskvada yerləşir.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
