FACT-INFO.AZ » XƏBƏR » Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb
Dünən, 17:00 | XƏBƏR
Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyinə hələ qərar verməyib. Onun sözlərinə görə, Rusiya istənilən halda sammitdə yüksək səviyyədə təmsil olunacaq.

Şençjendə keçirilən mətbuat konfransında V.Putin ABŞ Prezidenti Donald Trampın sammitə dəvət məsələsinə iki dəfə qayıtdığını bildirib. “Düşünəcəyəm, vəziyyətə baxacağam. Hələlik bununla bağlı qərar qəbul etməmişik”, – deyə V.Putin qeyd edib.

Jurnalistlər ondan, həmçinin Ukraynadakı münaqişənin nizamlanmasına dair ABŞ planı barədə soruşublar. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin bildirdiyinə görə, plan Ukrayna üçün təhlükəsizlik təminatlarını, onun Avropa İttifaqına üzvlüyü perspektivini və ölkə iqtisadiyyatının bərpası proqramını nəzərdə tutur. C.Kuşner deyib ki, yekun sülh sazişinin şərtlərini Rusiya və Ukrayna razılaşdırmalıdır.

V.Putin planın müddəalarına münasibət bildirməyib, lakin Moskvanın danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib. “Müddətlərə gəlincə, danışıqları davam etdirməyə hazırıq, lakin hələlik heç bir müddət müəyyən etməmişik”, – deyə Rusiya Prezidenti bildirib.

O, həmçinin Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşün qapalı hissəsində gəmiçiliyin təhlükəsizlik məsələsini müzakirə etdiklərini bildirib. Rusiya Prezidenti beynəlxalq dəniz hüququ normalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Şençjendə keçirilən görüşün 1945-ci il Yalta konfransı ilə müqayisəsinə münasibət bildirən V.Putin Yaltada dövlətlərin dünyanı təsir dairələrinə böldüyü barədə fikirlə razılaşmayıb. “Yalta sadəcə İkinci Dünya müharibəsindən sonra yaranmış reallıqları təsbit edib”, – deyə o vurğulayıb.

V.Putin Çinə səfərini başa vuraraq Şençjendən Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparmaq üçün işgüzar səfərlə Düşənbəyə yola düşüb. Prezident bildirib ki, o, regional təhlükəsizlik məsələlərini və Tacikistanda yerləşən Rusiyanın 201-ci hərbi bazasının gələcək fəaliyyətini müzakirə etmək niyyətindədir.




Baxış sayı: 90
Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir Dünən, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib Dünən, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach Dünən, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb Dünən, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib Dünən, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir Dünən, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb Dünən, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər Dünən, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq Dünən, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq Dünən, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır 18-11-2026, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır 18-11-2026, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar 18-11-2026, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir 18-11-2026, 09:30 COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib 17-11-2026, 21:31 Xalq rəssamına həsr olunan sərgi açılıb 17-11-2026, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır 17-11-2026, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək 17-11-2026, 16:30 Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır 17-11-2026, 12:00 “Minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik” - Səfir 17-11-2026, 12:00 Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib 17-11-2026, 11:00 Hikmət Hacıyev Aİ rəsmisi Olaf Skuqla görüşüb 17-11-2026, 11:00 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub 17-11-2026, 10:30 Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb 16-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30