FACT-INFO.AZ » XƏBƏR » Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir
Bu gün, 17:30 | XƏBƏR
Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Azərbaycan ilə hərbi əməkdaşlıq qarşılıqlı etimad prinsipi əsasında güclənir. İnanırıq ki, davamlı sülh Cənubi Qafqazda nəqliyyat və ticarət əlaqələrinə, ümumilikdə iqtisadi əməkdaşlığa da təkan verəcək.

Fact-info.az xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkə parlamentində keçirilən büdcə müzakirələri zamanı səsləndirib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə və təhlükəsizlik siyasəti ölkənin sərhədlərindən daha geniş bir coğrafi bölgəni əhatə edir.

Nazir, Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı gərginliyin regional və qlobal təhlükəsizliyə birbaşa təsir etdiyini qeyd edib.

Y.Gülər Türkiyənin təkcə sülh üçün vasitəçilikdə deyil, həm də böhranların yaratdığı təhdidlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Məkkə Birgə Müdafiə Sazişinin vacibliyini vurğulayan Y.Gülər, bu sənədi regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addım adlandırıb.




Baxış sayı: 65
Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir Bu gün, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır Bu gün, 17:30 Nəğmələrdə yaşayan ömür Bu gün, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib Bu gün, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər Bu gün, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Bu gün, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır Bu gün, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır Bu gün, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar Bu gün, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir Bu gün, 09:30 COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib Dünən, 21:31 Xalq rəssamına həsr olunan sərgi açılıb Dünən, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır Dünən, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Dünən, 16:30 Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır Dünən, 12:00 “Minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik” - Səfir Dünən, 12:00 Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib Dünən, 11:00 Hikmət Hacıyev Aİ rəsmisi Olaf Skuqla görüşüb Dünən, 11:00 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Dünən, 10:30 Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb 16-11-2026, 19:30 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib 16-11-2026, 18:30 Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapılıb 16-11-2026, 18:00 “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib 16-11-2026, 14:30 Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır 16-11-2026, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" 16-11-2026, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək 16-11-2026, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub 16-11-2026, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı 16-11-2026, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb 16-11-2026, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır 15-11-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30