FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Vyanada Azərbaycanın mədəni irsinin qorunması adlı fotosərgi açılıb
15-03-2024, 18:00 | MƏDƏNİYYƏT
Vyanada Azərbaycanın mədəni irsinin qorunması adlı fotosərgi açılıb

Vyana Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərginin açılış mərasimi keçirilib.

 Fact-info.az  xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Vyanadakı diplomatik korpusun təmsilçiləri, səfirlər, beynəlxalq təşkilatların əməkdaşları, ölkə rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və Avstriyada yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycanın müxtəlif bölgələrində mədəniyyət və tarixi abidələrin qorunub saxlanılmasına böyük töhfə verən Avstriya şirkətlərinə minnətdarlığını bildirib.

Öz çıxışında Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasının Azərbaycan hökumətinin hər zaman prioriteti olduğunu bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Qarabağ regionun yenidən qurulması, bərpa və mühafizəsinə yeni təkan verildiyi və bunun ümumxalq missiyaya çevrildiyini diqqətə çatdırıb. Bu xüsusda, UNESCO-nun Ümumdünya İrsi Siyahısında yer alan İçərişəhər, Qız qalası və digər mədəni abidələrin, həmçinin Azərbaycanın Qarabağdakı mədəni və dini irsinin daxil olduğu memarlıq möcüzələrin bərpası və konservasiyasına avstriyalı memarların töhfəsini əks etdirən fotosərginin nümayiş etdirilməsindən məmnunluq hissini duyduğunu qeyd edib. BMT-nin Sivilizasiyalar Alyansı ilə 2021-ci ildə “Mədəniyyət naminə sülh” qlobal çağırışı barədə məlumat verərək, mədəni irsin bərpası və qorunması davamlı sülhə töhfə verəcəyi vurğulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Azərbaycanın 30 ilə yaxın davam edən işğaldan azad edilmiş ərazilərinin tam bərpasından sonra Qarabağ regionunda aparılan bərpa və quruculuq işlərində iştirak edən Avstriya şirkətlərinə təşəkkürünü bildirib.

Azərbaycanda uzun illər fəaliyyət göstərən Avstriya şirkətlərinin nümayəndələri Manfred Vehdorn, Erix Pummer və Roman Brugger təqdimatlarla çıxış edərək, fəaliyyətləri və gördükləri işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim ediblər.

M.Vehdorn Azərbaycan ilə Avstriya arasında mövcud dost münasibətlərini önə çıxarıb. O, ölkəmizin zəngin mədəni irsini, Ağdamdakı Cümə məscidinin və Şuşada Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin bərpası barədə məlumat verib. E. Pummer UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Qız qalası, Şirvanşahlar Sarayı, İçərişəhər, bundan əlavə Məhəmməd məscidi, Bəylər məscidi və Opera və Balet Teatrının bərpası haqqında danışıb. R.Brugger Ağdam Cümə məscidinin bərpası haqqında ətraflı məlumat təqdim edib.

Almaniyanın Qiesen Universitetinin dosenti türkoloq alim Mixael Raynhard Hess çıxışında Şuşanın və ümumiyyətlə Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsi barədə söhbət açıb. İşğal dövründə Şuşa şəhərində törədilmiş dağıntılar və vandalizmin ilk növbədə burada Azərbaycan irsini silmək, onu inkar etmək niyyət ilə edildiyini bildirib. M.R.Hess müəllif olduğu “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının ingilis dilində nəşrini təqdim edib.

Tədbirin bədii hissəsində görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu musiqili proqram ilə çıxış edib.




Baxış sayı: 105
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30