FACT-INFO.AZ » AKTUAL » Ermənistanın Qafanda hava limanı təxribatı hansı məqsədə xidmət edir?
21-08-2023, 12:20 | AKTUAL
Ermənistanın Qafanda hava limanı təxribatı hansı məqsədə xidmət edir?

Qafan Hava Limanı relyef olaraq aktiv seysmik və sürüşmə zonasında olduğu üçün tikintisi bir neçə mərhələdən ibarət mürəkkəb proseslərlə ərsəyə gəlib. Bu mərhələlər hər biri təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, hava limanlarının tikintisi üçün qoyulan tələblərdən biri onun yerləşdiyi və ətraf ərazilərin relyef təhlükəsizliyinin dəyərləndirilməsidir. Belə ki, hava limanlarının təhlükəsizliyin təmin edilməsi üçün qoyulan tələblərin birincisi sürüşmə riskinin yüksək olduğu ərazilərdə aeroport tikintisinin qadağan olmasıdır. Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Seysmik Mərkəzinin rəsmi məlumatlarında ölkə ərazisində 300-dən çox torpaq sürüşmə zonası olması faktı əksini tapıb. Həmçinin ölkənin avtomobil yollarının tam yarısı- 240 kilometri sürüşmə zonasındadır. Məlumatda o da qeyd edilib ki, bunu aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin texniki vasitələri və qabaqlayıcı tədbirləri yetərli deyil. Mütəxəssislərin fikrincə isə mədən işləri və tikintilərlə əlaqədar sürüşmə riski daha da artır. Ölkənin seysmik relyef zonalarını əks etdirən xəritədə torpaq sürüşməsi ilə üz-üzə qalan yerlərə Zəngəzur (Sünik), Qafan rayonu və ətraf ərazilər də daxildir. Sadə dillə desək, torpaq sürüşməsi aktiv yaşanan ərazilərdən biri Zəngəzur rayonu və Qafan şəhərinin ətrafıdır.

Fact-info.az məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

O qeyd edib ki, sosial şəbəkə Qafanda torpaq sürüşməsi nəticəsində binaların dağılması, yolların günlərlə blokadaya düşməsi haqqında məlumatlarla dolub daşır. Nümunə üçün, Ermənistan Fövqəladə Hallar Nazirliyi Qafanda ikimərtəbəli yaşayış binasının uçması haqqında məlumat yayıb. FHN isə binadakı insanları xilas etməyə çalışır. Nəticədə isə Qafan şəhərinə gələn avtomobil yolunun böyük hissəsi bağlanıb. Başqa bir məlumatda isə Qafana gedən yolda yerləşən kəndin yaxınlığında uzunluğu təxminən 14,7 metr olan torpaq çöküb, nəticədə yolun bir hissəsində 6, digər hissəsində isə 4,7 metr enində çat yaranıb. Yol isə blokadadadır.

Ən yeni tarixdə cəmiyyətlərə verilən mesajlarda dəhşətli göstəricilərin qənaətlərdə formalaşan mesajlarla ötürülməsi kimi alternativ təbliğat trendləri geniş yayılıb. Ermənistan hökuməti də bu üsullardan geniş istifadə edir. Məsələn, ölkədə təşkil olunan sərgilərin ən çox müraciət etdiyi mövzulardan biri təbii fəlakət hadisəsi olan torpaq sürüşməsinə həsr olunub. Mütəmadi olaraq İrəvan qalereyalarında sərgilər təşkil edən fotoqraflardan biri də Artur Lumendir. Müəllif bildirir ki, onun mütəmadi olaraq bu mövzuda sərgilər təşkil etməsində əsas məqsəd cəmiyyətin və hökumətin diqqətini bu məsələyə cəmləməkdir. Artur Lumen deyir ki, Ermənistanda baş verən zəlzələdən sonra ikinci ən qorxulu təbii fəlakət məhz torpaq sürüşmələridir. Ölkəsində heç kim potensial sürüşmə təhlükəsinin miqyasını təsəvvür etmir. Fövqəladə Hallar Nazirliyinin Seysmik Mühafizə Xidmətinin rəsmi saytında isə 300 ərazidə torpaq sürüşməsi ilə üz-üzə qalan 47 minə yaxın erməni bu təbii fəlakət riskindən xəbərsizdir. Belə seysmoaktiv və torpaq sürüşməsi kimi qeyri-uyğun relyefi olan Qafanda hava limanı yenilənib və tezliklə istifadəyə verilməsi nəzərdə tutulur.

“Burada onu da qeyd etmək lazımdır ki, sovet dövründə Qafan Hava Limanı fəaliyyət göstərirdi və sırf poçt yüklərinin daşınması üçün nəzərdə tutulmuşdu. Birinci Qarabağ müharibəsi başlamazdan əvvəl - 1990-cı illərin əvvəllərində Qafan Hava Limanı daha çox poçt daşmalarında istifadə olunan kiçik YAK-40 və “Pchelka” adlandırılan An-14 təyyarələrini qəbul edirdi. Müharibənin qızğın vaxtlarında isə hava limanı daha çox hərbi yüklərin daşınması ilə legitim hədəf səviyyəsinə gətirildiyi üçün, fəaliyyəti dayandırıldı.

Qeyd edim ki, sovetlər zamanı Ermənistanda ucqar rayonlarda heç bir rentabelliyi olmayan bir neçə kiçik hava limanı fəaliyyət göstərirdi. Bu hava limanları SSRİ siyasi elitasına kök atmış çoxsaylı etnik ermənilərin təşəbbüsü ilə tikilirdi. SSRİ-nin dağılmasından sonra onların fəaliyyəti tamamilə dayandı və Gümrü (Leninakan) Hava Limanı istisna olmaqla onlar yararsız vəziyyətə düşdülər. Ümumiyyətlə isə 1970-1980-ci illərdə SSRİ-də şübhəli rentabelliyi olmasına baxmayaraq, siyasi qərarlarla 100-ə yaxın hava limanı inşa edilmişdi. Erməni mediası yazır ki, Qafan Hava Limanının yenilənən terminal binası xüsusi xidmətlər üçün otaqlarla, xüsusən də burada xüsusi avadanlıqla təchiz olunmuş skrininq sahələri ilə təmin olunub. Demək ki, Azərbaycanla tam sərhəddə fəaliyyət göstərəcək hava limanı həm də xüsusi xidmətlər üçün - hərbi yüklərin daşınması üçün nəzərdə tutulur.

SSRİ zamanında Qafan Hava Limanı ona görə fəaliyyət göstərirdi ki, o dövrdə bütün respublikalar vahid məkanın bir hissəsi idi. Hazırda isə bu hava limanına yaxın ərazidə yerləşən Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb, qarşı tərəf isə bütün sərhəd boyu hərbi təxribatlar törətməklə məşğuldur”, - deyə Y.Hacıyeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq praktikada adətən sərhədlərin tam yaxınlığında yerləşən hava limanları ikili və ya qrup şəkilində istifadə üçün nəzərdə tutulur. Avropada sərhəd və sərhədyanı hava limanlarından olan “EuroAirport” kimi bütünlüklə Fransa ərazisində yerləşən “Basel-Mulhouse-Freiburg” aeroportu milli istifadə üçün nəzərdə tutulub. Bunun səbəbi odur ki, hava limanı bütünlüklə Fransa daxilində olsa da, İsveçrə və Almaniyanın sərhədlərinin kəsişdiyi yerə yaxın ərazidə yerləşir. Buna görə də hava limanı Bazel-İsveçrə, Mulhouse-Fransa və Frayburq–Almaniya adından da göründüyü kimi, üç fərqli ölkəyə xidmət göstərir.

Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanını inşa edərək sərhəddən uzaq məsafəni də məhz bu səbəbdən seçdi. Məsafə seçimində hətta marşruta təsir edə biləcək küləyin mümkün gücü də nəzərə alındı ki, təyyarələrin Ermənistan ərazisinə keçməsi riski, ümumiyyətlə, mümkün olmasın. Beynəlxalq praktikaya görə hava limanlarının istifadəsi və ya inşası istər ümumavropa, istərsə də ikitərəfli razılaşmalarla tənzimlənir. Ermənistan isə sərhədində yerləşən Qafan Hava Limanının nə yeniləməsini, nə də istifadəyə verməsini Azərbaycanla razılaşdırıb. Digər tərəfdən quru sərhədlərimizdə mütəmadi olaraq təxribat törədən Ermənistanın Qafan aeroportunun açılması ilə bu davranışlarını hava sərhədlərimizi pozmaqla davam etdirməsi ehtimalı böyükdür. Ermənistan humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan hərbi yüklərin daşınması üçün istifadə edir. Anlamaq olar ki, Ermənistan “mülki hava limanı” adlandırdığı bu aeroportu da hərbi məqsədlər üçün istifadə edəcək. Bu isə artıq yeni şərtlər formalaşdırır, çünki Azərbaycan quru sərhədlərində olduğu kimi, öz hava məkanının pozulmasına da imkan verməyəcək. Qeyd olunanlardan yola çıxaraq Qafan Hava Limanının Xocalı aeroportunun aqibətini yaşayacağı, yəni, növbəti muzey eksponatı kimi qalacağı heç kimdə şübhə doğurmur.




Baxış sayı: 377
Tovuz döyüşlərinin qəhrəmanlarına həsr olunan tədbir keçirilib Dünən, 20:30 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: İlin birinci yarısında 5655 vətəndaşın müraciəti araşdırılıb Dünən, 20:00 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitab təqdim edilib Dünən, 19:30 Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib Dünən, 18:30 President Ilham Aliyev thanked U.S. President Donald Trump Dünən, 17:00 Peskov: Rusiya Ukrayna münaqişəsinin həllində vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır Dünən, 13:00 Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb Dünən, 12:30 "Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir" -Prezident İlham Əliyev Dünən, 12:30 "Layihə çərçivəsində ilk televiziya verilişi uğurla çəkilib" - Əkrəm Bəydəmirli Dünən, 11:27 Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb Dünən, 10:30 “Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir 15-07-2026, 19:00 QHT “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində növbəti tədbirini keçirib 15-07-2026, 18:30 ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyadakı layihələri maliyyələşdirmək üçün fond yaradıb 15-07-2026, 18:00 XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib 15-07-2026, 17:00 Azerbaijan’s Foreign Ministry issues travel warning on high-risk areas 15-07-2026, 16:30 Qardaş ölkədə Demokratiya və Milli Birlik Günü 15-07-2026, 11:30 Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır 15-07-2026, 10:30 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb 15-07-2026, 09:30 Kardioloqlar qan təzyiqinin aşağı salınmasına kömək edən meyvələri müəyyən ediblər 15-07-2026, 09:00 Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir 15-07-2026, 08:30 Xocavənddə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır 14-07-2026, 17:00 Hikmet Hajiyev: Azerbaijan has modernized its media environment 14-07-2026, 16:30 Şuşa Forumu məsuliyyətli kommunikasiyanın dərinləşməsində mühüm mərhələ olacaq 14-07-2026, 16:30 "Bir bayatının tarixi"- Rauf Zeyni yazır 14-07-2026, 16:00 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 14-07-2026, 15:30 Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu 14-07-2026, 15:30 Помощник Президента: Общество должно найти баланс между инновациями, безопасностью, родительской ответственностью и правами личности 14-07-2026, 15:30 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edəcək 14-07-2026, 13:30 Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir 14-07-2026, 10:00 Azərbaycanın ilk qadın Xalq şairinin xatirəsi anılıb 14-07-2026, 10:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031