FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın mina problemi aradan qaldırılanadək mübarizəmizi davam etdirəcəyik - Rey Kərimoğlu
5-08-2023, 10:10 | XƏBƏR
Azərbaycanın mina problemi aradan qaldırılanadək mübarizəmizi davam etdirəcəyik - Rey Kərimoğlu

Fact-info.az-ın məlumatına görə,  bu sözləri AZƏRTAC-a açıqlamasında “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu söyləyib.

QHT sədri bildirib ki, 30 illik işğala məruz qalan Azərbaycan Vətən müharibəsində Zəfər qazandıqdan sonra mina problemi daha qabarıq üzə çıxmağa başlayıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparılarkən yüzlərlə insan minaya düşüb, 50 nəfərdən çox insan həyatını itirib, digərləri ağır xəsarətlər alıblar.

“Dinc insanların mina təhlükəsindən zərər görməsi prosesi hələ də davam edir. Bu, bizi çox narahat edir. Bizi daha çox narahat edən beynəlxalq ictimaiyyətin bu məsələyə susqunluq nümayiş etdirməsidir. Ermənistana “gözün üstündə qaşın var” deyən yoxdur, amma 30 il işğaldan əziyyət çəkən və öz torpaqlarını qan bahasına xilas edən Azərbaycanda dinc insanlar mina terrorunun qurbanı olduğu halda, buna münasibət bildirilmir. Hiddət doğuran səbəblərdən biri də mina insidentlərinin 70 faizindən çoxunun əvvəllər “təmas xətti” olan ərazilərdən kənarda baş verməsidir. Mina insidentlərinə məzarlıqlar, bulaqlar, yol keçidləri və otlaqlarda rast gəlinir”, - deyə, QHT sədri qeyd edib.

R.Kərimoğlu bundan əvvəl də beynəlxalq təşkilatlara müraciət etdiklərini bildirib. Deyib ki, onlar Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı da beynəlxalq təşkilatlara müraciət ediblər. “Mina problemi aradan qaldırılana qədər mübarizəmizi davam etdirəcəyik. Tələbimiz Azərbaycanın mina probleminin aradan qaldırılmasında dəstək vermək, Ermənistana təzyiqlər etməkdir”, - deyə o vurğulayıb.

Mina xəritələri ilə bağlı fikirlərini bölüşən Rey Kərimoğlu diqqətə çatdırıb ki, Azərbaycanın təkidli tələblərindən sonra Ermənistanın təqdim etdiyi xəritələr dəqiq deyil. Narahatlıq doğuran problemlərdən biri də budur. QHT-lərin tələblərindən biri də minaların dəqiq xəritələrinin verilməsi ilə bağlıdır.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan humanitar minatəmizləmə üzrə yeni və xüsusi - 18-ci Dayanıqlı İnkişaf Məqsədini təklif edib. Hesab edirik ki, bu, dünya birliyinin diqqətini qlobal mina təhdidinə yönəldəcək. Bu təşəbbüs humanitar təmizləmə aksiyasını özündə təcəssüm etdirir. İnanıram ki, istəyimizə nail olacağıq”, - deyə QHT sədri fikirlərini yekunlaşdırıb.






Baxış sayı: 256
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30