FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində Qarabağın erməni sakinlərinə açıq mesajlar verildi
2-08-2023, 19:05 | SİYASƏT
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində Qarabağın erməni sakinlərinə açıq mesajlar verildi

 Dövlətimiz öz gücünü lazım gələrsə, milli maraqlara təhdid yaranarsa, yenidən nümayiş etdirməyə hazırdır. Sadəcə olaraq, regionun inkişafı və iqtisadi potensialını düzgün istiqamətə yönəltmək üçün ölkəmiz müharibə tərəfdarı deyil. Ermənistanın keçmişi unudub, reallıqlarla barışmaqdan başqa yolu qalmayıb. Bu ölkə hansısa qüvvələrə arxalanıb, bəzi maraqlı dairələrin vədinə inanıb sülhü sabotaj etməyə cəhd göstərsə, fərqli vəziyyətlərə düşmək riskləri böyükdür.

Fact-info.az xəbər verir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev istər yerli mətbuata, istərsə də xarici media orqanlarına müsahibələrində bir çox mühüm amilləri rasional şəkildə xarakterizə edərək, faktlar əsasında bəzi ölkələrin Qarabağı Azərbaycanın tərkibində tanıdığını, ancaq hüquqazidd bəyanatların qəbuledilməz olduğunu dəfələrlə vurğulayıb.

"Laçın yolu ətrafında siyasi manipulyasiyaların təzahürləri artıq heç kəsdə şübhə yaratmır. Bəzi qüvvələr çalışırlar ki, qanunazidd fəaliyyətlərlə “humanitar şou” düzəltməklə Azərbaycanın haqlı tələblərinin qarşısını kəssinlər. Dövlətimizin başçısı xarici telekanallar vasitəsilə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin humanitar məqsədlər üçün hər zaman açıq olduğunu, bu günədək iki mindən çox erməni sakinin keçdiyini, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) işinə maneçilik törədilmədiyini nəzərə çatdırdı. Digər vacib detal isə Azərbaycan Prezidentinin BQXK-nın Xankəndidəki ofisinin İrəvana deyil, Bakıdakı mərkəz qarşısında cavabdehlik daşımasının beynəlxalq hüquqla daha doğru olmasını bildirməsi idi”, - deyə politoloq vurğulayıb.

T. Əliyev bildirib ki, Prezident İlham Əliyev müsahibə zamanı Avropa ilə siyasi-iqtisadi əlaqələrin inkişafından, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında aktiv fəaliyyətinin müsbət dəyərləndirilməsindən, ölkəmizin indiyədək heç bir platformadan imtina etmədiyindən danışdı. Həmçinin sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşısına məqsəd qoyan istənilən vasitəçilərin bütün səylərini dəstəklədiyini açıqladı.

Müsahibənin sonunda isə dövlətimizin başçısı Qarabağda yaşayan erməni sakinlərə hüquqlarının yeganə qarantının Azərbaycan dövlətinin olduğunu, kənar qüvvələrin və qondarma qurumun təmsilçilərinin sözlərinə aldanıb miflərdən ibarət xülyalara arxalanmamalarını bildirdi.

Azərbaycan ölkə vətəndaşlığını alacaq şəxslərin digərləri ilə bərabər imkanlara sahib olacağını, təhsil, mədəniyyət hüquqlarının tanınacağını vəd verir. Qarabağda yaşayan erməni sakinlər üçün bundan böyük fürsət ola bilməz. Seçim hüququ və gələcəklə bağlı hansı coğrafiyada məskunlaşmaq isə hər kəsin öz ixtiyarındadır.




Baxış sayı: 193
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30