FACT-INFO.AZ » XƏBƏR » Vaqif Xaçatryanın törətdiyi cinayətlər beynəlxalq konvensiyaların da pozulmasıdır
31-07-2023, 10:00 | XƏBƏR
Vaqif Xaçatryanın törətdiyi cinayətlər beynəlxalq konvensiyaların da pozulmasıdır

Fact-info.az-ın məlumatına görə,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Onun sözlərinə görə, Vaqif Xaçatryan 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlının öldürülməsində, 14-nün yaralanmasında, 358-nin isə didərgin salınmasında iştirakına görə təqsirləndirilir. Bu səbəbdən onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə cinayət işi açılıb. V.Xaçatryanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq konvensiyaların da pozulmasıdır. V.Xaçatryanın da iştirak etdiyi cinayətkar birliyin milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-ci il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulmasıdır. Həmin beynəlxalq normalar belə əməlləri törədənlərin cəzalandırılmasını tələb edir.

"Azərbaycan xalqına qarşı ağır cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək hüquqi məsuliyyətə cəlb edilmələrini xalqımız çoxdan gözləyir. İşğal nəticəsində böyük həcmdə maddi ziyan vurulmuş, minlərlə insan qətl edilmiş, ağır işgəncələrə məruz qalmış və yüz minlərlə sakin öz yurdundan məcburi köçürülmüşdü. Əlbəttə, Ermənistan dövləti və ayrı-ayrı şəxslər etdikləri cinayət əməlinə görə cavab verəcəklər. V.Xaçatryanın da saxlanılması zərərçəkənlərin hüquqlarının qorunması, ədalətin bərpa olunması istiqamətində həyata keçirilmiş uğurlu əməliyyatdır. Eyni zamanda, bu, həm milli, həm də beynəlxalq qanunlara uyğundur.

Cinayət törətməkdə ittiham olunan və beynəlxalq axtarışda olan şəxsin saxlanılmasına görə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı, törətdikləri ağır cinayətlərin ifşa olunacağı qorxusudur. Ermənistan əgər beynəlxalq hüquqa, insanlığa hörmət etmiş olsaydı, işğal və cinayət hadisələri olmaz, belə əməlləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunması üçün əməkdaşlıq edərdi. Xaçatryanın müdafiəsi üçün beynəlxalq hüquqa “istinad” edən ölkə minlərlə insanın vəhşicəsinə qətl edilməsində, dörd min azərbaycanlının hələ də itkin düşməsində iştirak edib. Amma nədənsə həmin zaman beynəlxalq hüququ xatırlamayıblar.

Ermənistanın Xarici İşlər Nazirliyi məsələnin mahiyyətindən kənar, manipulativ bəyanat verməklə dünya ictimaiyyətinə guya Azərbaycanda yaşayan ermənilərin təhlükə altında olduqlarını çatdırmaq istəyir. Halbuki Azərbaycan Xarici İşlər Nazirliyin açıqlamasında göstərildiyi kimi, ötən ilin dekabr ayından etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 700-ə yaxın erməninin tibbi məqsədlərlə Ermənistana aparılmasına və geri qaytarılmasına şərait yaradılıb. Eyni zamanda, Azərbaycan ərazisində yaşayan erməni əsilli şəxslərə tibbi və digər humanitar xidmətlər göstərməsini dəfələrlə təklif edib.

Həm milli, həm də beynəlxalq hüquq normaları Azərbaycan dövlətinə imkan verir ki, Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində xalqımıza qarşı soyqırımı və digər ağır cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etsin. Hesab edirəm ki, torpaqlarımızı işğaldan azad edərək beynəlxalq hüququ və bu istiqamətdə qəbul olunmuş beynəlxalq qətnamələrin icrasını təmin etdiyimiz kimi, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etməklə hüququn, ədalətin bərpasına özümüz nail olmaqla, president formalaşdıracağıq",- deyə o vurğulayıb.




Baxış sayı: 248
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30