FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əcnəbi media Azərbaycanda Novruz ənənələrindən yazıb
17-03-2023, 10:20 | MƏDƏNİYYƏT
Əcnəbi media Azərbaycanda Novruz ənənələrindən yazıb

Fact-info.az  xəbər verir ki, bu məqalədə  qeyd edilir ki, martın 21-i BMT tərəfindən rəsmən “Novruz günü” kimi qəbul edilib, UNECSO isə bu bayramı Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.

“Dialoq” portalı yazır: “Azərbaycanda bu günü əsrlər boyu bayram edirlər. Artıq üçüncü ildir ki, sevimli ümumxalq bayramı olan Novruz erməni işğalından azad edilmiş ərazilərdə də qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində deyilir: “Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq”.

Məqalə qeyd olunur ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yazdığına görə, Novruz bayramı hələ eramızdan əvvəl 350-ci ildə qeyd olunurmuş. Materialda vurğulanır: “Bir çox xalqlarda baharın gəlişini bayram etmək ənənəsi zəmanəmizə qədər davam edir. Bu bayram təbiətin və insanın yeniləşməsi, ruhun təmizlənməsi və yeni həyatın başlanmasının rəmzidir. Bu bayramın yaranmasının hansı qədim xalqla bağlı olmasını dəqiq müəyyən etmək mümkün deyil. Amma bir şeyi dəqiq demək olar ki, əsrlər boyu Yeni il mərasimlərini yaradanlar bu ənənələrin mənbəyini axtarmayıblar. Ona görə də, Yeni ilin qarşılanmasında Azərbaycan versiyasının öz mərasimləri var”.

Məqalənin müəllifi Novruzun rəmzləri barədə də söhbət açır və yazır: “Novruzun əsas rəmzi cücərdilmiş buğdadan hazırlanmış və qırmızı lent bağlanmış səmənidir. Səməni həyat və məhsuldarlıq rəmzi, təbiətin oyanmasının təcəssümüdür. Novruz bayramında tonqal yandırmaq adəti var. İnanca görə tonqalın üstündən tullanmaq insanı yeniləşdirir və ona sağlamlıq bəxş edir. Şəkərbura, paxlava, badambura, mütəkkə, qurabiyə şirniyyat süfrəsinin zəruri simvollarıdır. Bu bayram günlərində Azərbaycana xas olan onlarca şirniyyat növləri xonçada – məcməyidə düzülür və bayram süfrəsinin bəzəyinə çevrilir. Məlum olub ki, bayram bişintilərinin sakral mənası da var. Onların hər biri öz formasına və rənginə görə səma cisimlərinin rəmzləridir. Sarı və girdə şorqoğal Günəşin, şəkərbura forma etibarilə ayparaya oxşadığına və ağımtıl rəngdə olmasına görə Ayın, paxlava isə ulduzun rəmzidir. Şorqoğalın spiralvari layları bizim Qalaktikanın, bişintlərin üzərindəki zirə toxumları isə bürclərin rəmzidir”.

Nəşrdə Novruz bayramı ilə bağlı adətlərdən də söhbət açılır: “Balaca uşaqlar qonşuların evlərinin qapılarını döyür, papaqlarını və ya balaca kisələri astanada qoyur, özləri isə yaxınlıqda gizlənirlər. Ev sahibləri papağa bayram payı yığır və əvvəlki yerinə qaytarır. Hədiyyələri yalnız qapı bağlanandan sonra götürmək olar – ev sahibləri sirli qonaqları görməməlidir. Əslində isə bu maraqlı ənənənin qədim kökləri var. Ötən əsrlərdə “kosaçaldı” deyilən bir ənənə olub. Pay almağa gələnlər vəfat edənlərin ruhunu təcəssüm edir. Dirilər bu ruhları hökmən qonaq etməlidirlər. “O dünyadan gələnləri” üzünü qara örtüklə bağlayırdılar, çünki heç kəs onları görməməlidir. Onlar əllərində bir kasa tutur, ev sahibləri həmin kasaya darı və yulaf doldurur, sonra bu “pay” əkilir. Bütün bunların rəmzi mənası var: həyat və ölüm daim yanaşı olur”.

Oxucuların diqqətinə çatdırılır ki, keçmişdə Novruz bayramından əvvəlki gecə hər bir ailə öz evinin damında ailə üzvlərinin sayı qədər məşəl yandırırdı. Bizim zəmanədə məşəllər əvəzinə şam yandırılır və bu gün də bayram süfrəsi arxasında ailə üzvlərinin sayı qədər şam qoyulur.

Məqalə müəllifi sonda yazır: “Novruz bayramı günlərində Azərbaycanda olmaq bu milli bayramın bütün gözəlliklərini görüb qiymətləndirmək, ölkə sakinlərinin qonaqpərvərliyini hiss etmək üçün yaxşı fürsətdir”.




Baxış sayı: 241
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031