FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Lider Academyanın təşəbbüs və təşkilatçılığı ilə "Gənclərlə Gələn Gələcək" adlı onlayn İnkişaf Forumu keçirilib
23-02-2023, 19:20 | MƏDƏNİYYƏT
Lider Academyanın təşəbbüs və təşkilatçılığı ilə "Gənclərlə Gələn Gələcək" adlı onlayn İnkişaf Forumu keçirilib

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Həmçinin 6 fevral tarixində qardaş ölkə  Türkiyədə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində dünyasını dəyişmiş vətəndaşların əziz xatirəsinə hörmət əlaməti olaraq Türkiyə ölkəsinin Dövlət Himni səsləndirildi və 1 dəqiqəlik sükutla yad edildi.

İnkişaf Forumuna Azərbaycan və Türkiyədən professor, mütəxəssis dəvət olunmuşdur. Tədbirdə iştirak edən qonaqlar son zamanlar aktual olan bir çox mövzulara toxunmuşdur. Tədbirdə Dövlət və Özəl Qurumlarının rəsmiləri, həmçinin Universitetlərdən müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbirin mövzusu böyük toplumun diqqətini özünə cəlb etmişdir. Belə ki, onlayn formatda keçirilən Foruma 1800-dən çox qeydiyyat olmuşdur. Tədbirin ümumilikdə 1400-ə yaxın izləyicisi oldu. Zoom və YouTube platformalarında canlı olaraq keçirilmişdir.

Tədbiri giriş sözü Lider Academy-nın təsisçi rəhbəri və Layihə rəhbəri Mahmud Məmmədov açaraq tədbirin məqsədi barədə məlumat verdi və fəaliyyətləri barədə danışdı. Bildirdi ki, gənclərin doğru şəkildə hərtərəfli inkişafı ölkənin daha uğurlu inkişaf etməsində böyük rol oynayır. Bu günün gəncləri bilməlidilər ki, bu gün qazandıqları bilgilər və təcürbələr gələcək hədəf və məqsədlərinin təməlini yaradır. Yalnış yollardan çəkinmək və neqativ hadisələrdən uzaq durmaq lazımdır. Başqalarını günahlandırmaq yerinə sadəcə insanlara sevgi və təbəssümlə yanaşmaq, həyata pozitiv baxmaq və hər gününü gözəl dəyərləndirmək insanı həyatda daha xoşbəxt və uğurlu edər.

Tədbirdə çıxış edən  Pedoqoji elimlər doktoru, Professor  Rüfət Hüseynzadə Gəncliyimiz, Gələcəyin inkişaf edən  gəncliyinin ölkə inkişafında olan rolundan və Gənclər Siyasətindən danışdı. Qeyd etdi ki, “Ulu Öndər Heydər Əliyev gənclərimizin qarışısında çox möhtəşəm mühüm vəzifələr qoydu. Onlardan ən önəmlisi mənəviyyət məsələsi idi. Gənclərimiz milli mənəvi ruhda tərbiyyə olunmalıdılar. Onlar milli mənəvi dəyərləri, bəşəri dəyərləri öyrənməlidilər. Onlara sahib olmalıdılar. O deyirdi ki, insanın pulu ola bilər, varı ola bilər, dövləti ola bilər ama onun mənəviyyətı yoxdursa demək olar ki, onun heç bir şeyi yoxdur. Demək ki, insana ilk növbədə mənəviyyət lazımdır.” Professor eyni zamanda dedi ki, gənclərimiz öz üzərlərində işləməlidilər, təcürbələr toplamalıdılar  və özünü təkmilləşdirməlidirlər.

Psixolofiya üzrə fəlsəfə doktoru  Kəmalə Salamova düzgün İxtisas seçimi, Gələcəyin ixtisasları və doğru peşə seçimindən danışdı. Qeyd etdi ki, əhəmiyyətli məqsədlərə çatmaq üçün, öz ehtiyaclarını ödəmək üçün gənclərimizdə  öz bacarıq və qabilliyyətlərini müsbət qiymətləndirmə hissi yaranmalıdır. İnsan davranışlarından, özgüvənli olmaqdan, bədən dili və bir çox mövzularda çıxış etdi. İzləyicilərin Türkiyədə baş vermiş zəlzələni canlı olaraq görən az yaşlıların gələcək həyatlarında hansı manelər yaradacaqı sualını da cavabladı. Qeyd etdi ki, tək zəlzələ deyil, ölkəmizda baş vermiş müharibə və ya diger ölkədə müharibələrin baş verməsi əlbətdə bir çox uşaqa təsir edə bilər. Bu zaman uşaqların əllərindən tutulması, onların yanında olduğunu gösterib güvən qazandırmaq və çoxlu sevgi vermək lazımdır. 

Fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov   isə məktəblərdə müəllim və şagird münasibətləri, valideyin və uşaq münasibətlərindən danışdı. Müəllim şagird və ya tələbəni istiqamətləndirmə bacarığına sahib olmalıdır. Bu gün tələbə üçün yetərincə imkanlar var və sadəcə onlara doğru istiqamət verilməldir. Eyni zamanda ailənin davranış qaydalarından da danışdı. Qeyd etdi ki,  bir gəncin formalaşmasında ilk rol ailədir. Ailədə uşaqların formalaşmasından və psixoloji təsir edən amillərdən danışdı. Ən önəmlisi isə cəmiyyətdə sıx yayılan “Ana uşağı” anlayışı idi.  Qız uşaqlarının təhsildən yayınaraq ailə qurmasından və qız uşaqlarının uzaqda təhsil alması haqqında da fikirlərini bölüşdü. Sonda isə iştirakçıların suallarını cavabladı.

Daha sonra tədbirdə Belçikadan Professional həyat koçu, süni intellekt və ABŞ magistr dərəcəli  Hakan Bıçakcı insan biolojisinin önəmi, əsnək olmanın önəmi, həyata baxış açısını dəyişdirmək və mənə həyatda təsir edən amillər və neqativ hadisələri qəbul etmənin faydalarından danışdı. Bəli mənim biolojim mənim öncəliyimdir, lakin mənim həyatıma xaricdən gələn amillərdə təsir edir. Yəni stressli bir ətrafım varsa stressli olacam, gərgin bir ətrafım varsa gərgin olacam, üzgün bir ətrafım varsa üzgün olacam. Həyatımızda baş verən bir çox hadisələr bizim istəklərimizlə olmasada bizə təsirlər edir.  Bu zaman mən qəbul edib olan hadisələrə baxış yönümü düzəltməliyəm. Savaşaraq, isyan edərək nəyisə həl edəməm. Qəbul etmək insanı daha da irəliyə aparır. Daha başarılı edir. Daha uğurlu edir.

Forumun sonunda Mahmud Məmmədov tədbirdə iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirdi.

Hər bir iştirakçıya isə sertifikat verildi.




Baxış sayı: 330
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30