FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan sevdalı dünya şöhrətli jurnalist - Leyla Vəkilli
22-02-2023, 13:40 | MƏDƏNİYYƏT
Azərbaycan sevdalı dünya şöhrətli jurnalist - Leyla Vəkilli


Leyla Vəkillinin duyğularını mənə doğmalaşdıran onun kimi mənimdə uşaqlıq illərimin heç görmədiyim vətən haqqında xarirələrlə bağlılığı idi. Həyatımda ən çox təəssüf etdiyim məqamlardan biridir Leyla Vəkilli ilə şəxsi tanışlığımın olmaması. Tək ona görə yox ki, dünya miqyasında tanınmış jurnalist idi. Jurnalist deyib keçməyək, Leyla xanım sıradan bir jurnalist deyil, eyni zamanda hərbi jurnalist, Afrika, Latın Amerikası, Yaxın Şərq- Fələstində müharibə, Nikaraqua və Əlcəzairdə vətəndaş müharibələrinin içində yer alan bir jurnalist idi. Təəssüfüm, çox zəngin həyat yolu keçən dünyagörüşlü bir insanla ünsiyyətlə bərabər, qohum kimi həmişə mənə maraqlı şəxsiyyət kimi görünən Leyla xanımın xarakterində , simasında fərqli coğrafiyalarda, fərqli rejimlərdə, fərqli mədəniyyətlər və fərqli təbəqələrdə yaşamaqlarına baxmayaraq, eyni soy - kökdən olan qohumlarla oxşarlığı, bir ocağın fərqli cəmiyyətlərə səpələnən övladlarının bənzərliyinin müqayisəsi idi. Müqayisə o qədər böyükdür ki!

Şərur-Dərələyəzin Çivə kəndindən Sorbonnoya qədər gedən yol və Çivədən sovet rejiminin amansız basqıları və Stalinin köçürülmə siyasətinin qurbanları kimi Bakıya, Bərdəyə gedən yolda ölüm-dirim, həyatda qalmaq savaşı! Bəzən fikirləşirəm , onunla görüşsəydim söhbəti hardan başlayacaqdım? Ortaq yerimiz ata-babalarımızın yurd yeri Çivə idi, bəlkədə ordan başlayacaqdıq, başlanğıcdan.. Leyla xanımın atası Həsənalısultan bəy Vəkilov Azərbaycanın ilk ali təhsilli hüquqşünaslarındandır. O, 1887-ci ildə, Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvan gimnaziyasında aldıqdan sonra, Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1930-cu illərə qədər Tiflis Dairə məhkəməsində çalışıb. Orada Mariya adlı bir gürcü xanımla evlənib.

Mühacirətə getmək məcburiyyətində qaldıqda Mariya xanım onunla getməkdən imtina edib. 1930-cu ilərdə Türkiyəyə mühacirət edir. Türkiyədə Kırım türkü olan Safiyə adlı xanımla ailə quran Həsanalısultan bəy vəkilov Parisə köçür və orada 21 fevral 1932-ci il tarixində ailənin yeganə övladı balaca Leyla dünyaya gəlir. Bir müddət sonra ailə yenidən İstanbula qayıdır.
İstanbulda uşaqlığı keçən Leyla Vəkilli 1 saylı Notre Dame fransız Gimnaziyasında təhsil alır. Daha sonra, Fransanın ən qədim və ən məhşur ali təhsil müəssisəsi olan Sorbonne Universitetinin Sosiologiya fakultəsini bitirir. Fransada jurnalist kimi fəaliyyətə başlayan Leyla Vəkilli həmçinin Sorbonno Universitetində dərs deyir. Dünyanın nəhəng media orqanlarından sayılan 184 ölkədə bürosu olan Sipa- Press Agentliyində çalışır, jurnalist fəaliyyəti ilə bağlı dünyanın ən qaynar nöqtələrində yer alır. Əlcəzairdə ağır avtomobil qəzasına düşərək ölümlə üzləşir. Sınıq sümüklərinə məhəl qoymayaraq, elə oradaca 1965-ci ildə marksist-inqilabçı və siyasətçi Argentinalı Ernesto Çe Gevara ilə görüşü tam 3 saat davam etdirir. 1962- ci ildə Fransada Türk inqilabçı poyeziyasının banisi, şeirləri vətən həsrətli Nazim Hikmətlə görüşür. Leyla xanım hərbi hadisələri siravi insanların gözü ilə yayımlayan, 20 min tirajla çap olunan " Defi" jurnalının baş redaktoru olur.

Eyni zamanda Fransada Türk film festivalının qurucularından biri kimi tarixə düşür. Leyla Vəkilli: "Mənim uşaqlığım vətən haqqında hekayələrlə keçib. Atamın Azərbaycandan çox sayda dostları var idi. Mən rus dilini bilirəm, atam belə istəyirdi, rus dili və ədəbiyyatı onun çox xoşuna gəlirdi. Hər cümə axşamı Azərbaycanlı ailələr bizim evimizə toplaşardılar, eləcədə nənəm Şirin Səfiyevanın əmisi oğlu- Türkiyənin görkəmli rəssamı İbrahim Safi. Beləliklə, Azərbaycanda baş verənlərlə bağlı uzun müzakirələr başlanırdı. Hətda nə baş verdiyini bilməsələrdə söhbət etməyə mövzu tapırdılar."

"Hardansınız? deyə soruşulduqda - Mən Azərbaycanlıyam! Ömrünün bəlli bir yaşına qədər nə Azərbaycanı görən, bütün qohumları ilə əlaqəsi olmayan Leyla xanım balə cavab verərdi. O, 79 yaşında o, Bakıdan qohumları hüquqşünas Səməd Vəkilov və Aygün Vəkilovanın axtarışları nəticəsində əlaqə qurulur. Sonra S.Vəkilov ona əmiləri görkəmli dövlətxadimləri İlyas və Qəzənfər Vəkilovların şəkilini yollayır. Ömrü boyu qohumlarını axtaran, axtarış zamanı Hindistana qədər gedib çıxan, sadəcə soyad bənzərliyi olduğunu bilib ümidləri boşa çıxan Leyla xanım əlindəki fotolara baxıb bir neçə gün ağlayır. Heç üzünü görmədiyi, şəkildə gördüyü əmisi Azərbaycanın görkəmli iqtisadçısı və dövlət xadimi, iqtisadçı İlyas Vəkilov idi. İlyas Vəkilov Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, Bakı Şəhər Soveti Plan komissiyasının sədri kimi mühüm vəzifələrdə çalışmışdı. Fərqli rejimlər və cəmiyyətlər belə, bu insanların əsalətini əlindən ala bilmədi. 79 yaşında o, ata-baba yurdu Çivəyə gələ bilməsə də, Bakıya gəlir. " Bir qadının, 79 yaşında bundan böyük bir şey arzulayarmı?- deyir Leyla xanım Vəkilli. 1996-cı ilə qədər Fransada yaşayan Leyla xanım, həmin il Türkiyəyə, Bodrumun Muğla şəhərinə köçür.
26 noyabr 2017- ci ildə 85 yaşında vəfat edən Leyla xanımın fəaliyyəti- beynəlxalq hərbi jurnalistin, ssenaristin, rejissorun mirası Azərbaycanda yetərincə tanınmasada, tanıdılması ümüdü ilə Allahdan rəhmət diləyirəm. Azərbaycan əsilli, dünya şöhrətli yurddaşımızın ruhu şad məkanı cənnət olsun!
Leyla Calalova
Tarix elmləri üzrə fəlsəfə doktoru




Baxış sayı: 296
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031