FACT-INFO.AZ » İQTİSADİYYAT » Zəngəzur dəhlizinin açılması artıq Ermənistanın siyasi iradəsinə yox, fiziki cəhətdən sağ qalmaq arzusuna bağlıdır
17-03-2022, 09:35 | İQTİSADİYYAT
Zəngəzur dəhlizinin açılması artıq Ermənistanın siyasi iradəsinə yox, fiziki cəhətdən sağ qalmaq arzusuna bağlıdır

Azərbaycanla Naxçıvan Muxtar Respublikasının İran ərazisindən keçəcək dəhliz vasitəsilə birləşdirilməsi ölkəmizin diplomatiya tarixinə mühüm qələbə kimi daxil oldu. Biz, əslində, bu dəhlizə dar və geniş bucaqdan baxa bilərik. Dar mənada bu, Naxçıvanın blokadadan çıxarılmasını, azad olunmuş ərazilərimizin bərpasını və Azərbaycanın digər regionları ilə qarşılıqlı əlaqələrinin intensivləşdirilməsini özündə ehtiva edir. Geosiyasət elmində sərhədlər dövlətin qüdrətinin göstəricisidir. Dövlət öz sərhədlərinə nə qədər yaxşı nəzarət edə bilərsə, mərkəzlə sərhəddə yerləşən periferiyalar arasında münasibətlər nə qədər sıx olarsa, ölkə bir o qədər güclü hesab edilir. Əgər biz Azərbaycanın siyasi-inzibati xəritəsinə diqqət yetirsək, Zəngilan və Ordubadın yerləşdiyi məkanın özünəməxsusluğunu və vacibliyini yaxşı dərk edərik. Hər iki ərazi bir tərəfdən İran, digər tərəfdən isə hazırda Ermənistanla, Zəngəzurla həmsərhəddir. Bu regionların bir-biri ilə qarşılıqlı surətdə əlaqəli olması həm iqtisadi, həm hərbi, həm də strateji cəhətdən çox vacibdir. Zəngilan və Ordubadın arasında Ermənistanın Qafan, Qacaran və Mehri kimi vacib əraziləri yerləşir. Həmçinin vurğulayaq ki, bu dəhliz Arazın cənubundan, Ermənistan ilə sərhədin 5 kilometrliyindən keçəcək.

Bu fikriləri AZƏRTAC-a açıqlamasında ekspert Elşən Məcidov söyləyib.

O qeyd edib ki, imzalanan sazişə geniş miqyasda da baxmaq olar. Bu dəhliz Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə və iqtisadi mövcudluğunu artırmasına səbəb olacaq. Azərbaycana Gürcüstan ilə yanaşı, İran ərazisindən də marşrut əldə edən Türkiyənin xarici siyasətdə manevr qabiliyyəti və imkanları iki dəfə artacaq. Biz eyni sözləri ölkəmizə də şamil etməliyik - Gürcüstan marşrutu olduqca vacib olsa da, digər marşrutların bir çox səbəblərdən uzun müddət bağlı qalması Azərbaycanın nəqliyyat-kommunikasiya potensialını tam ortaya qoymasına imkan vermirdi. Məsələyə daha da geniş prizmadan baxmaq olar. Bunun üçün biz Azərbaycan-İran dəhlizini gələcəyin potensial hegemonu ola biləcək Çinin "Bir kəmər, bir yol" layihəsinin vacib tərkib hissələrindən biri kimi nəzərdən keçirə bilərik. Bu, Çin və Avropa İttifaqı (Aİ) kimi iki vacib iqtisadi-siyasi qütbün qarşılıqlı əlaqələrində Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyətini artırır.

"Lakin İran-Azərbaycan nəqliyyat dəhlizinin perspektivləri bunlarla yekunlaşmır. Arazın cənubundan keçən dəhliz Arazın şimalından da keçməli olan Zəngəzur dəhlizinin açılmasını labüd edir. 2020-ci il noyabrın 10-da imzalanan razılaşmaya görə, Ermənistan Azərbaycana Zəngəzur üzrə nəqliyyat dəhlizi verməli olsa da, uzun müddət bu dəhlizin açılmasını subyektiv bəhanələr gətirərək gecikdirir. Azərbaycanın səbiri böyük olmasa da, proqnozlaşdıra bilmə qabiliyyəti çox yüksəkdir. Ermənistanın razılaşma üzrə öhdəliklərindən yayındığını görən Azərbaycan İrəvanın üzərinə təzyiq göstərməklə yanaşı, alternativ marşrutların çəkilməsi üçün də qüvvələrini səfərbər edib. Zəngəzur dəhlizinin iqtisadi potensialını görməyən, onu siyasi şantaja çevirməyə çalışan Ermənistan isə bu dəfə də məğlub olan tərəfə çevrildi. Yeni dəhliz üzrə danışıqlar gizli aparıldığından sazişin imzalanması Ermənistan cəmiyyəti və dövləti üçün gözlənilməz oldu. Artıq Zəngəzur dəhlizinin əhəmiyyəti zərurilikdən vaciblik səviyyəsinə enib. Bu o demək deyil ki, yeni dəhliz Zəngəzur dəhlizini qeyri-aktual etmiş və ya milli maraqlarımızdan kənarlaşdırmışdır. Sadəcə, əgər əvvəl Zəngəzur dəhlizinin açılması Naxçıvanın blokadadan çıxarılması və ölkəmizin müttəfiqi Türkiyənin regionda mövcudluğunun gücləndirilməsi baxımından zəruri hesab olunurdusa, hal-hazırda eyni vəzifələri yeni dəhliz vasitəsilə də yerinə yetirmək mümkündür. Bu, o deməkdir ki, Ermənistan artıq Zəngəzur dəhlizini siyasi şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bununla bərabər, bu, həmçinin Laçın dəhlizinin statusuna da dolayısı ilə təsir göstərir. Zəngəzur dəhlizinin açılması Laçın dəhlizinin mövcudluğuna zəmanət verməli idi. Lakin Azərbaycanın qarşısına qoyduğu məqsədlərə alternativ vasitələrlə çatması Laçın dəhlizinin Ermənistan üçün açıq saxlama zərurəti haqqında məntiqi suallar formalaşdırır.

Yeni dəhlizin formalaşdırdığı reallığın Zəngəzur dəhlizinin açılmasını daha da tezləşdirdiyini vurğulayan ekspert əlavə edib: “Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, Arazın cənubundan keçən nəqliyyat dəhlizinin ardınca biz daha böyük diplomatik qələbə olacaq Zəngəzur dəhlizinin açılmasını da gözləyə bilərik. Zəngəzur dəhlizinin açılması artıq Ermənistanın siyasi iradəsinə yox, fiziki cəhətdən sağ qalmaq arzusuna bağlıdır”.




Baxış sayı: 893
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031