FACT-INFO.AZ » AKTUAL » Rafiq Quliyev: “İşğaldan azad olunmuş doğma kəndimdə öz ata yurdumu tapa bilmədim”
9-04-2021, 10:00 | AKTUAL
Rafiq Quliyev: “İşğaldan azad olunmuş doğma kəndimdə öz ata yurdumu tapa bilmədim”

Xatırladırıq ki, O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini Bakıdakı məşhur “Əzimzadə məktəbi” ndə almışdır. Həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirəndən sonra o, 1980-ci ildə təyinatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində (indiki Mədəniyyət Nazirliyi Elmi -Metodiki və İxtisasartırma Mərkəzi adlanır) işə başlamışdır.

Onu qeyd edək ki, sonrakı dövrlərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq Quliyev ötən illərdə respublikanın müxtəlif güşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı özü də yaradıcılıqla məşğul olmuş, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində yaddaqalan əsərlər yaratmışdır. Həmçinin Rafiq müəllim Azərbaycan təsviri sənətinin problemlərinin tədqiqatı ilə məşğul olaraq bir sıra kitablar yazmışdır. Onun “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” , “Təsviri sənətdə insan dünyası”, “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı və digər əsərləri Azərbaycan mədəniyyətinə, sənətşünaslığına böyük töhfədir. Təsviri sənətdə, tarix və şəxsiyyət mövzusu incəsənətin bu vaxta kimi tədqiq olunmamış sahələri ilə məşğul olan Rafiq müəllimin əsərləri müasir dövrdə çox aktualdır. Müstəqil Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi üçün tarix və şəxsiyyət mövzusunda yazılan belə əsərlər geniş auditoriyaya zəngin informasiya verir.

Bugünkü söhbətimizdə Rafiq müəllim, Azərbaycanın tarixi qələbəsindən, işğaldan azad olunmuş öz kəndindən, postmüharibə dövrünün yaradıcılıq işlərindən və digər məqamlardan danışıb:

-Azərbaycanlı kimi, qarabağlı kimi torpaqlarımızın işğaldan azad olunması, tarixi qələbəmiz məni hədsiz qürurlandırdı. Nəhayət yurd həstətimizə son qoyuldu. Ali Baş Komandanımızın uğurlu, uzaqgörən siyasəti, əsgərlərimizin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu.. Mənim 65 yaşım var. Bu mənim üçün böyük sevinc və qürurdu. Lakin yurd yerlərimizi, şəhərləri, kəndləri elə vəziyyətdə görəndə kədərləndim, Dünyanın ən vəhşi tayfası olan ermənilər görün bizim yaşaşayış yerlərimizi hansı vəziyyətə salıblar. 28 ildə bu vandallar daşı daş üstə qoymayıblar. Bəlkə də dünyada belə vəhşi xalq ola bilməz. Mən Cəbrayıl rayonunun Quycaq kəndindənəm. Öz kəndimə getmişdim. Vaxtılə çox gözəl, mənzərəli, ətrafı yaşıl örtüklə örtülmüş bir kənd indi xarabalığa çevrilib. Mən işğaldan azad olunmuş doğma kəndimdə öz ata yurdumu tapa bilmədim. Təxmini müəyyən etmək olur. Ancaq o evlərdən əsər-əlamət qalmayıb. Kənddə Çaylağ deyilən ərazi vardı, indi onun suları quyub, Böyük çinar ağacları ermənilər tərəfdən tamamilə yox edilib. Mənim qardaşım I Qarabağ savaşının şəhidi olub. Onun kəndimizin qəbirstanlığında heykəlini ucaltmişdım. Erməni vəhşiləri həmin heykəllə bərabər bütün qəbirstanlığı traktor vasitəsilə dağıdıblar. Məzarlıqlar tamamilə yox edilib. Bir zamanlar cənnət olan kənddən indi əsər-əlamət qalmayıb. Budur erməninin xisləti, vəhşiliyi.

-Gördüyünüz bu ağrılı görüntülər ədəbiyyatda, filmlərdə, incəsənətdə necə əks olunmalıdı?

-Heç bir azərbaycanlı belə dəhşətli mənzələrə etinasız yanaşa bilməz. O cümlədən yaradıcı insanlar da belə ağrılı görüntülərə biganə qala bilməzlər. Müharibə təzə bitib. Zaman keçdikcə yaradıcı insanların bu səpkidə yeni əsərlərinə rast gələcəyik. Müharibə ədəbiyyatı, filmləri, rəssamlarımızın əsərləri illər keçdikcə formalaşacaq. Müharibə mövzusu döyüşü görən insanlar üçün o qədər maraqlı olmur. Gələcək nəsillər üçün bu mövzular daha maraq kəsb edəcək. Necəki II Dünya müharibəsi bitdikdən neçə il sonra yeni müharibə ədəbiyyatı yarandı.

- Bəs, yaradıcılıq istiqamətində hazırda nə işlə məşğulsunuz?

-Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən müxtəlif səpkili işlərim var. Ümumiyyətlə, yurd elə görmək sənətkar üçün daha ağrılı, daha əzablı olur.. Uşaqlığımın, gəncliyimin keçdiyi, bütün ruhumla bağlı olduğum, hər qayası, hər daşı xatirimdə iz buraxmışdı. Həmin torpaqları xatırladıqca, qəlbimdəki həsrət dolu kövrək hisslər məni rahat buraxmır. Bu hisslərim həsrət yüklü sənət əsərlərimə çevrilir. Çalışmışam ki, vətənpərvərlik ovqatı yaradıcılığımda əks olunsun. Mənim yardıcılığımda Azərbaycanımıza, onun gələcəyinin möhkəm təməlini qoyan, müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər Heydər Əliyevə məhəbbət hissi çox böyükdür. Məhz o böyük şəxsiyyətin qayğısı nəticəsində mən təhsilimi başa vurduqdan sonra mədəniyyət sahəsində çalışdım, xeyli uğurlara nail oldum. Bu gündə biz Prezidentimiz İlham Əliyevin sənətimizə qayğısını hər zaman hiss edirik. Bu da bizim yaradıcılıq uğurlarımıza təkan verib.

-Rafiq müəllim, yaradıcılıq sahəsində kifayət qədər aktiv insansınız. Həmçinin cəmiyyətdə gedən prosesləri izləyirsiniz. Bu barədə fikirləriniz necədir?

-Mən öz sahəmdə çalışıram hər zaman töhfələr verim. Qarabağda gedən quruculuq işlərinə, ümumilikdə islahatlar prosesinə vətəndaş olaraq, rəssam olaraq töhfəmizi verməliyik. Onu da demək istərdim ki, Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng və zəngindir. Bu zəngin mədəni irsin qorunması və təbliği müstəqil Azərbaycan dövləti tərəfindən davamlı olaraq dəstəklənir. Biz də üzərimizə düşən vəzifəni yerinə yetiririk. -Erməni işğalı nəticəsində zərər görən, məhv edilən abidələrimizin tədqiqi və bərpası haqqında fikirləriniz necədir? -Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də abidələr olmuşdur. Abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən məkanlardır. Ermənistan işğalçı siyasəti ilə Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək kimi qanunsuz və qeyri-insanı fəaliyyət həyata keçirib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana məxsus bir çox abidələrimiz, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talan və dağıntılara məruz qalıb. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində mədəni irs potensialının əsasını abidələr təşkil edir. Vaxtılə işğal altındakı ərazilərdə abidələr üzərində ermənilər qeyri-qanuni arxeoloji qazıntılar aparıblar. Nəzərə almaq lazımdır ki, bu abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qaldığından, onların böyük əksəriyyəti tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinib. Bu gün bizim üzərimizə böyük məsuliyyət düşür. İşğaldan azad olunmuş ərazilərimizdəki tarixi abidələrimiz milli dəyərlərimiz, üslubumuz və həmin abidənin əvvəlki görkəmi nəzərə alınaraq bərpa olunmalıdır.

Fact-info.az




Baxış sayı: 1 763
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031