FACT-INFO.AZ » AKTUAL » Nəinki Qarabağda, hətta Ermənistanın özündə olan abidələr Azərbaycana məxsusdur -Tarixçi alim
26-03-2021, 09:30 | AKTUAL
Nəinki Qarabağda, hətta Ermənistanın özündə olan abidələr Azərbaycana məxsusdur -Tarixçi alim

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, Qarabağın harasında arxeoloji qazıntı aparılarsa, oradan qədim yaşayış yeri çıxacağına heç bir şübhə yoxdur. Çünki qədim mənbələrin də göstərdiyi kimi, təbii-coğrafi baxımdan əlverişli olan bu ərazinin hər bir qarışı yaşayış üçün əlverişli olub. Ona görə də Qarabağ bölgəsinin çox yerində vaxtilə xalqımızın ulu əcdadları məskunlaşıb.

Tarixçi alim hesab edir ki, Qarabağ ərazisində arxeoloji abidələrə bundan sonra da çox rast gəlinəcəyi mümkündür: "Məlumdur ki, Ermənistan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 2005-ci ildə təşkil etdiyi üzdəniraq arxeoloqlar qrupu Ağdam rayonunun işğal altında olmuş ərazisində Qarabağ xanı Pənahəli xanın tikdiyi məşhur Şahbulaq adlanan qalanın ətrafında ikinci və ya üçüncü Tiqranakert “tapdılar”. İrəvan Dövlət Universiteti kulturologiya fakültəsinin professoru Hamlet Petrosyanın Şahbulaqda apardığı həmin qazıntılar ilk növbə qanuna ziddir. Ermənistanın işğal etdiyi ərazidə erməni arxeoloqlarının arxeoloji iş aparmaları cinayətkarlıqdır. İkincisi, erməni tədqiqatçıları tapdıqları nümunələri olduğu kimi təqdim edə bilmirlər. Çünki bu abidələr erməni mədəniyyətinə aid deyil. Ən azından ona görə ki, ermənilər Rusiyanın köməyilə XIX əsrdə Azərbaycan ərazilərində məskunlaşıblar. Bu səbəbdən ikinci bir saxtakarlığa əl atdıqlarının şahidi oluruq. Qazıntı zamanı aşkar edilən artefaktlar Şahbulaq qalasında təşkil etdikləri muzeydən quldurcasına daşınıb Ermənistana aparıldı. Heç şübhə yoxdur ki, həmin əşyalar da Azərbaycan xalçaları kimi xaricə aparılaraq satılıb, ya erməni mədəniyyəti nümunəsi kimi muzeylərə, sərgilərə təqdim edilmişdi".

Q.Hacıyev əlavə edib ki, I Qarabağ müharibəsi zamanı bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı Azıx mağarasında Ermənistan hərbiçiləri azıxantropa aid əşyaları - gildən və daşdan məişət əşyaları və əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil etdilər. Yeni aşkar etdikləri artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çevirdilər: "Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən sildilər. Muzeylərimizi dağıtdılar. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. İşğal altında saxladıqları İslam abidələri, xüsisilə məscidlər, türbələr və qəbiristanlıqlar dağıdılıb yer üzündən silindi, alban xristian abidələri isə tamamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanmış Alban hökmdarı III Vaçaqanın qəbri və sovməsindəki yazı tamamilə məhv edildi.

Laçındakı Ağoğlan kilsəsinin, Kəbəcərdəki Xudavəng məbədinin, Gəncəsər məbədinin, Yelisey məbədinin alban-xristian məbədi forma və əlamətlərini dəyişməklə qriqoryan-xristian məbədlərinə çevirdilər. İşğal zamanı həmin abidələrə əlavə etdikləri dini əşyaların sonradan saxtalaşdırmaq məqsədilə əlavə olunduğunun üzə çıxmasının qarşısını almaq üçün təcili söküb apardılar ki, bu da bəşəriyyət qarşısında cavab verilməli olan vandalizmdir".

Q.Hacıyev qeyd edib ki, ermənilər vaxtilə böyükhəcmli Azərbaycan-türk abidələrini dağıtmaqdan çəkindikləri zaman yerli xalqın tarix və mədəniyyət irsini məhv etmək üçün məhz türk mədəniyyətinə məxsus olan kurqanları dağıtdılar, daş bütləri, at, qoç heykəllərini məhv etdilər. Bu vandalizm Qərbi Azərbaycanda (İndiki Ermənistanda) tanınmış tarix və mədəniyyət abidələrinin dağıdılması ilə davam etdirildi.

Alim bildirib ki, Qarabağda məqsədəyönlü şəkildə, müxtəlif üsullarla erməniləşdirmə siyasəti yeridilməsi özünü maddi mədəniyyət abidələrinin yox edilməsində və dəyişdirilməsində göstərib. Əvvəllər köçüb yerləşdikləri ərazilərdə alban-xristian abidələrini məhv etməklə izini itirməyə çalışan ermənilər sonradan bunun fayda verməyəcəyini başa düşərək, özününküləşdirməyə təşəbbüs göstərmişlər. Belə ki, erməni abidələrindən tamamilə fərqlənən bütün alban abidələrini, xaçları, məbədləri ermənilərə məxsus abidələr elan ediblər.




Baxış sayı: 1 044
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031