FACT-INFO.AZ » AKTUAL » Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər
23-02-2021, 09:15 | AKTUAL
Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər

Fact-info.az-ın məlumatına görə bu fikirləri Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Onun sözlərinə görə, ermənilərin Qərbi Azərbaycan köçünün genişlənməsinin əsası İrəvan xanlığı dövründə qoyulmuşdu. İrəvan xanı Hüseynəli xanın 1760-cı ildə Eçmiədzin (Üçkilsə) monastırı ilə bağlı imzaladığı fərmanla ermənilərə geniş hüquqlar verildi. Bir çox Azərbaycan kəndləri ermənilərə verilir və adları dəyişdirilirdi. Bu proses Türkmənçay anlaşmasından sonra kütləvi hal aldı. Azərbaycan ərazisinə köçürülən ermənilər müxtəlif üsullardan istifadə edərək Azərbaycanın bu ərazilərdəki tarixini yox etməyə çalışırdılar. Bu üsullardan biri də Qərbi Azərbaycan torpaqlarında mövcud olmuş abidələrin dağıdılması idi.

B.Quliyev ermənilərin Qərbi Azərbaycanda dağıtdıqları tarixi-dini abidələrə misal olaraq, qeyd edib ki, XVIII əsrdə Abbas Mirzə Qacar (Fətəli Xan Qacarın oğlu) tərəfindən İrəvan qalasında inşa etdirilən Abbas Mirzə məscidi Azərbaycan memarlığında geniş istifadə olunan göy və yaşıl rəngli kaşılarla bəzədilmişdi. Lakin məscid tamamən dağıdılıb, onun sadəcə bir divarının qalıqları qalıb. İrəvan quberniyasının Ərgəz kəndində yerləşən məscid də eyni aqibətə məruz qalıb. Bundan başqa, XVIII əsrə aid olan Hacı Cəfər məscidi də tamamən dağıdılıb.

Alim əlavə edib ki, İrəvan şəhərinin qədim məscidlərindən biri olan Novruzəli bəy məscidinin iri günbəzi və çoxrəngli kaşılarla bəzədilmiş divarları olub. Bu məscid hələ XX əsrin əvvəllərində dağıdılıb. 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Osmanlı memarlıq üslublu məscid isə 1828-ci il Türkmənçay anlaşmasından sonra rus pravoslav kilsəsinə çevrilib. İrəvanda tikilmiş Şükürbəyli məscidi hələ də rus pravoslav kilsəsi kimi fəaliyyət göstərir.

B.Quliyev deyib ki, İrəvanda yerləşən ən qədim dini ibadətgahlardan biri olan və inşası Səfəvilərin erkən dönəminə təsadüf edən Sərdar məscidi Qala məscidi və ya Köhnə məscid adı ilə məşhur olub. Azərbaycanın şimalı rus qoşunları tərəfindən işğal olunduqdan sonra məscid dağıdılmağa başlanılıb, sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. Bundan başqa İrəvan qalası, Aşıq Ələsgərin qəbirüstü abidəsi, XVI əsrdə inşa edilən Sərdar sarayı, Urud abidələr kompleksinə məxsus olan iki qoç heykəli tamamilə məhv edilib:

"Ermənilər tərəfindən dağıdılmış abidələri saymaqla bitməz, onların bəziləri heç qeydiyyata da düşməyib. Hazırda ermənilər öz havadarları ilə birlikdə xristian abidələrinin qorunması ilə bağlı “narahatlıq”larını ifadə edirlər. Lakin ermənilərin bu vəhşilikləri törətməsi, bizim isə Bakıda erməni kilsəsini bir abidə olaraq qorumağımız dünya mədəni irsinə necə yanaşmağımızın nəticəsidir. Dünyanın bu faktlara laqeydcəsinə yanaşması sadəcə Azərbaycan mədəniyyətinin məhv olmasına yönəlmiş addım deyil, bu, həm də dünya irsinin məhv olmasına göz yummaqdır".




Baxış sayı: 795
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30