FACT-INFO.AZ » XƏBƏR » Pakistanlı analitik: Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişir
14-02-2021, 07:45 | XƏBƏR
Pakistanlı analitik: Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişir

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi İdarə Heyətinin üzvü, geosiyasi məsələlər üzrə analitik Mahmud Hasan Xanın müəllifi olduğu məqalədə Cənubi Qafqazın geosiyasi mənzərəsinin Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsi ilə kəskin şəkildə dəyişdiyi, bölgənin ən böyük iqtisadiyyatına malik olan Azərbaycanın enerji mənbələrinin (istehsal, tədarük, nəqliyyat) şaxələndirilməsi və sosial-iqtisadi inkişaf baxımından daha da inkişaf etdiyi və Azərbaycanın Avrasiyanın enerji xəritəsini uğurla dəyişdirdiyi qeyd edilir. Vurğulanır ki, Trans Adriatik Boru Kəməri (TAP) ilə Avropaya təbii qaz tədarük etməklə Azərbaycan daha bir tarixi nailiyyətə imza atdı. Bu, həqiqətən də regionun enerji təhlükəsizliyi və sabitliyinin daha da möhkəmləndirilməsi baxımından irəliyə atılmış nəhəng addımdır. Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyi sistemini gücləndirəciyini və Avropa qitəsinin Xəzər regionu ilə birləşdirilməsinə xidmət etdiyini yazan müəllif bu layihənin Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını bildirir.

Müəllif Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələri barədə ətraflı məlumat verərək bu boru kəmərləri zəncirinin Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracağını qeyd edir. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Məqalədə Azərbaycanın meqaregional enerji layihələrinin konstruktiv iştirakçısı olduğu, o cümlədən bu layihələrin uğurla həyata keçirməsi ilə ölkənin enerji sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verdiyi bildirilir. Pakistanlı analitik qeyd edir ki, Azərbaycanın Avropa İttifaqının qaz tədarükünü şaxələndirmək istiqamətindəki səylərini dəstəkləməsi və Cənub Qaz Dəhlizi layihəsini reallaşdırması təqdirəlayiqdir.

"TAP boru kəməri layihəsinin reallaşmasını bu gün Avrasiyanın coğrafiyasını və enerji xəritəsini dəyişən Azərbaycanın iqtisadi diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirirəm”, - deyə müəllif sonda vurğulayır.




Baxış sayı: 876
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30