FACT-INFO.AZ » XƏBƏR » TANAP: Azərbaycanın memarı olduğu meqalayihənin mühüm bəndi
3-12-2019, 10:45 | XƏBƏR
TANAP: Azərbaycanın memarı olduğu meqalayihənin mühüm bəndi

Noyabrın 30-da Türkiyədə tarixi an yaşandı. Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP (Transanadolu qaz kəməri) qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Tədbirdə 7 ölkənin rəhbər şəxsləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdi.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmişdi. Hazırda TANAP Avropaya qazın nəqli üçün tam hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xəttidir. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik boru kəmərində (TAP) aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı Avropa bazarlarına nəql olunacaq. Uzunluğu 1 850 km olan TANAP-la ildə 16 mlrd. kubmetr təbii qaz nəql ediləcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya ötürüləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.

Vurğulayaq ki, Cənubi Qaz Dəhlizinin yaradılması çox mühüm beynəlxalq iqtisadi əhəmiyyət kəsb edir. CQD çərçivəsində Azərbaycan qazının nəqlinə başlanması Avropaya mavi yanacağın tədarükünün şaxələndirilməsinə də imkan yaradır. Layihə Azərbaycanın enerji təhlükəsizliyini daha da gücləndirəcək, eyni zamanda bölgənin beynəlxalq enerji bazarına daha da inteqrasiyasını təmin edəcək.

TANAP və TAP həm Azərbaycan, həm də Avropa İttifaqı üçün prioritet layihələr adlandırılır. Bu layihələr Avropa üçün alternativ qaz mənbəyi kimi təqdim olunur. Ona görə də bu layihələrin beynəlxalq əhəmiyyəti xüsusi qeyd edilir. Bu layihələr nəticəsində Azərbaycanın valyuta gəlirlərində ciddi artım gözlənilir.

Beynəlxalq maliyyə qurumlarının TANAP layihəsini maliyyələşdirməkdə əsas məqsədi Avropanı Rusiya qazının inhisarçılığından çıxarmaqdır. Avropa bu layihəyə investisiya qoymaqla TANAP-ın həyata keçirilməsini bir qədər də sürətləndirir. Gələcəkdə investorlar öz dividentlərini yüksək səviyyədə götürmək şansına malik olacaqlar.

Beləliklə, Avropa artıq alternativ mənbədən özünə enerji almasını gerçəkləşdirir. Vurğulayaq ki, Avropanın bir çox ölkəsi, məsələn Bolqarıstan, Yunanıstan kimi ölkələrdə qaz təminatı azdır. Albaniyada isə ümumiyyətlə qaz istehlakı olmayıb. Bu kimi ölkələrdə Azərbaycan qazının istifadə edilməsi məsələsi gündəmdədir.

Həmçinin bu ölkələr özlərinin qaz bazarının ratifikasiyasında birdən-birə 30 faizdən çox şaxələnməyi əldə edə bilir. Bu da həmin ölkələr üçün çox böyük əhəmiyyətə malikdir. Bolqarıstan enerji resurslarına görə Rusiyadan asılı ölkədir. Bu ölkə bir dəfə bir həftə tamamilə təbii qazsız qaldı. Belə vəziyyətdə həmin ölkənin Cənubdan gələn boru kəməri ilə, yəni alternativ mənbədən qidalanmaq imkanı olanda, ölkə enerji təhlükəsizliyi məsələsini qarantiya altına almış olur. O cümlədən Adriatik dənizi sahilləri boyunca yerləşən ölkələrin də qaz istehlakı böyük deyil. Orada hər ölkə 1-2 milyard kubmetr həcmində qaz istehlak edir. Amma həmin ölkələrin qaz təminatının yarısı Azərbaycandan olsa, bu zaman onların enerji təminatında, həmin ölkənin enerji təhlükəsizliyində Bakı əsas söz sahibinə çevrilə bilər. Bu kontekstdə TANAP-ın Avropa üçün xüsusi əhəmiyyəti var.

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 30-da keçirilən tədbirdəki çıxışını yada salmaq yerinə düşər. Cənab İlham Əliyev də çıxışında TANAP-ın enerji təhlükəsizliyi layihəsi olduğuna diqqəti çəkdi. “TANAP və Cənub Qaz Dəhlizi layihəsi eyni zamanda enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya səviyyəsində enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəmini zəbt edib. Burada hesab edirəm ki, çox gözəl işbirliyi formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənfəətlərimiz də birdir, faydamız da ədalətli şəkildə bölüşülür və bir də demək istəyirəm ki, bütün bu layihələr bölgədə sabitliyi möhkəmləndirir. Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq”, - deyə Azərbaycan Prezidenti nitqində vurğuladı. Dövlət başçısı TANAP-ın da bir parçası olduğu Cənub Qaz Dəhlizi layihəsinin 7 ölkəni birləşdirdiyini nəzərə çatdırdı, bunun beynəlxalq işbirliyi layihəsi olduğunu söylədi. “Bu gün Cənub Qaz Dəhlizi özündə yeddi ölkəni birləşdirir və bu, artıq beynəlxalq işbirliyi layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq, bu layihə daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə - onlardan 3-ü Avropa İttifaqının üzvüdür - uzun illər birlikdə bundan sonra çalışacaq və bunun faydasını bölüşəcək. Yəni bu layihə işbirliyi gətirir, sabitlik gətirir, uzun müddətli anlaşma gətirir. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq düzgün olmaz”, - deyə Azərbaycan Prezidenti bəyan etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da mərasimdə çıxışı zamanı söylədiyi fikirlər diqqətdən kənara qalmamalıdır. Ərdoğan da TANAP-ın mühüm layihə olduğunu söylədi, onu sülh layihəsi adlandırdı. Həm Azərbaycan, həm də Türkiyə liderlərinin bəyanatları bunun təkcə iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyətə malik, ölkələrin enerji təhlükəsizliyində vacib rol oynayacaq bir layihə olduğunu dünyanın diqqətinə çatdırdı. TANAP-ın işə düşməsi ilə Cənub Qaz Dəhlizinin 3-cü parçasının icrası reallaşmış oldu. Qalır 4-cü - sonuncu bənd - TAP. Azərbaycan Prezidenti TAP-ın icrasının artıq 90 faizi keçdiyini bildirdi. Artıq bu layihə də yekunlaşmağa doğru gedir. Onun istismara verilməsi ilə Cənub Qaz Dəhlizi kimi böyük enerji layihəsi tam işə düşmüş olacaq, Azərbaycan qazı Avropaya çatacaq. Bu isə həm Azərbaycanın etibarlı tərəfdaş olmasının növbəti təsdiqi, həm ölkənin iqtisadi və siyasi dividentlər qazanması deməkdir.

APA




Baxış sayı: 950
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031