FACT-INFO.AZ » CƏMİYYƏT » Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb
11-06-2026, 12:30 | CƏMİYYƏT
Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb

Respublika Gənclər Kitabxanasında Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, pedaqoq, sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı və Xalq rəssamı Lətif Kərimovın 120 illik yubileyi münasibətilə “Lətif Kərimov naxışlarda yaşayan tarix” adlı təqdimat hazırlanıb.

Bu barədə  Fact-info.az-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, təqdimat Prezident İlham Əliyevin 30 aprel 2026-cı il tarixli Sərəncamına əsasən həyata keçirilən yubiley tədbirləri çərçivəsində görkəmli sənətkarın çoxşaxəli fəaliyyətinin gənc nəslə müasir təqdimat üsulları ilə çatdırılması məqsədilə hazırlanıb.

Süni intellekt vasitəsilə hazırlanan təqdimat yalnız bioqrafik məlumatlar toplusu deyil, həm də təhlil xarakterli multimedia resursudur. Materialda Lətif Kərimovun sənətkar, alim, tədqiqatçı və milli irsin qoruyucusu kimi fəaliyyəti sistemli şəkildə araşdırılır, onun Azərbaycan xalça sənətinin dünya miqyasında tanıdılmasındakı tarixi rolu təhlil olunur.

Dörd bölmədən ibarət olan təqdimatda ilk olaraq böyük ustadın Şuşadan başlayan sənət yolu işıqlandırılır. Təqdimatda Lətif Kərimovun xalça sənətini sadəcə dekorativ tətbiqi sənət nümunəsi kimi deyil, xalqın tarixi yaddaşını yaşadan mədəniyyət salnaməsi kimi qiymətləndirirdiyi diqqətə çatdırılır.

Təqdimatda onun Azərbaycan xalçaçılıq məktəblərinin elmi əsaslarla sistemləşdirilməsi istiqamətində gördüyü fundamental işlər təhlil edilir. Burada sənətkarın Qarabağ, Quba-Şirvan, Təbriz, Gəncə-Qazax və digər xalça məktəblərinin xüsusiyyətlərini araşdıraraq vahid elmi təsnifat yaratması xüsusi vurğulanır.

Materialda Lətif Kərimovın süjetli xalça sənətinin inkişafındakı rolu ayrıca təhlil olunur. Xüsusilə Nizami Gəncəvinin “Xəmsə”sinin xalça üzərinə köçürülməsinin sənət tarixində mühüm estetik hadisə olduğu bildirilir.

“İlmələrdən doğan elm, kitablar və muzeylər” adlı bölmədə alimin elmi yaradıcılığı geniş şəkildə işıqlandırılır. Təqdimatda Lətif Kərimovun milli ornamentləri elmi metodologiya ilə araşdıraraq xalça sənətini beynəlxalq elmi dövriyyəyə daxil etməyə nail olması qeyd edilir.

Təqdimatın yekun hissəsində sənətkarın qazandığı dövlət mükafatları, fəxri adlar və zəngin irsi haqqında məlumat verilir. Burada onun Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi vurğulanır və bu irsin bu gün də milli-mədəni düşüncənin mühüm hissəsi olaraq yaşadığı bildirilir.

“Lətif Kərimov naxışlarda yaşayan tarix” adlı təqdimat kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 70
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30