FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək
11-06-2026, 08:30 | SİYASƏT
Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 9-10 iyun 2026-cı il tarixlərində Yaponiyaya səfər edib və 10 iyun tarixində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə görüş keçirib.

Fact-info.az-a XİN-dən verilən xəbərə görə, görüş zamanı hər iki nazir 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddətdə ikitərəfli münasibətlərin inkişafını alqışlayıb, yüksək səviyyəli səfərlər və siyasi məsləhətləşmələr də daxil olmaqla fəal və səmərəli siyasi dialoqun vacibliyini təsdiqləyiblər.

Hər iki nazir bu səfərin iki ölkə arasında diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi üçün imkan yaratdığını vurğulayıb və diplomatiya və iqtisadiyyat da daxil olmaqla bir sıra sahələr üzrə əməkdaşlığı dərinləşdirilmək niyyətlərini təsdiqləyiblər.

Azərbaycan tərəfi Yaponiyanın Rəsmi İnkişaf Yardımını (RİY) təqdir etdiyini və Yaponiya ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.

Yaponiya tərəfi Azərbaycanın sabitliyinin və rifahının bütövlükdə Qafqaz regionunda sülhün təmin olunması baxımından əhəmiyyətini qəbul edib və hər iki tərəf iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Yaponiya tərəfi Azərbaycan tərəfinin turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb. Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

Tərəflər iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi məqsədilə 2025-ci ilin sentyabr ayında keçirilmiş Azərbaycan-Yaponiya Birgə İqtisadi Komitəsinin 12-ci iclasını məmnunluqla qeyd edib və növbəti iclasın yaxın zamanda keçirilməsinin zəruriliyini təsdiqləyiblər.

Tərəflər Yaponiya-Azərbaycan İnvestisiya Sazişi üzrə 2019-cu ilin fevral ayında başlamış danışıqlarda indiyədək əldə edilmiş irəliləyişi məmnunluqla qeyd ediblər və onun yaxın zamanda bağlanması məqsədilə danışıqların sürətləndirilməsi barədə razılığa gəliblər.

Tərəflər dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə Birgə Kreditləşdirmə Mexanizmindən (BKM) istifadə olunmasına və BKM Birgə Komitəsinin ilk iclasının yaxın zamanda keçirilməsinə razılıqlarını ifadə ediblər.

Tərəflər regional və daha geniş əlaqəliliyin gücləndirilməsinə yönəlmiş “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” üzrə əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.

Tərəflər yapon şirkətlərinin iştirak etdiyi Azəri-Çıraq-Günəşli neft-qaz yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə iki ölkə arasında uzunmüddətli və sıx əməkdaşlıq münasibətlərinin mövcudluğu faktını yüksək qiymətləndiriblər. Bu, tərəflər arasında səmərəli qarşılıqlı əməkdaşlığın əhəmiyyətli faydalarını və müsbət nəticələrini nümayiş etdirir.

Tərəflər mövcud beynəlxalq şəraitdə sabit enerji təchizatı baxımından Azərbaycanın mühüm rolunu bir daha təsdiqləyiblər. Tərəflər Azərbaycan mənşəli xam neftin sabit təchizatının qorunması da daxil olmaqla, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətlərini ifadə ediblər. Tərəflər dəniz təhlükəsizliyinin vacibliyini vurğulayıblar.

Tərəflər iqtisadi dayanıqlılığa, iqtisadi təhlükəsizliyə və daha geniş beynəlxalq mühitə təsir göstərən son inkişaflarla bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Tərəflər beynəlxalq platformalarda, o cümlədən beynəlxalq təşkilatlarda seçkilər ilə bağlı ikitərəfli əməkdaşlığın davam etdirilməsini təsdiqləyib, həmçinin daimi, eləcə də qeyri-daimi üzvlük kateqoriyalarının genişləndirilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının islahatının tezliklə həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.

Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30