FACT-INFO.AZ » CƏMİYYƏT » Qurtuluşun əbədi işığı
10-06-2026, 20:30 | CƏMİYYƏT
Qurtuluşun əbədi işığı

15 İyun — Azərbaycan tarixində sadəcə bir gün deyil, bir millətin xilası, bir dövlətin dirçəlişi, bir xalqın öz taleyinə sahib çıxması kimi həkk olunub. Bu günün mahiyyətində yalnız siyasi dönüş yox, həm də milli ruhun yenidən doğuluşu, ümidin alovlanması, xalqın varlığını qorumaq iradəsi dayanır.

1991–1993-cü illərin hərc-mərcliyi, özbaşınalığı və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı uçuruma aparırdı. Müstəqillik yenidən itmək təhlükəsi ilə üz-üzə idi. Belə bir məqamda xalqın ümid çırağı yalnız bir şəxsiyyətə — Ulu Öndər Heydər Əliyevə yönəldi. Onun adı xalqın yaddaşında güvən, iradə və xilasa bərabər idi. Qayıdışı isə millətin taleyində yeni bir səhifə açaraq qaranlıq günlərin içində işıq saçan mayaka çevrildi.

1993-cü il iyunun 9-da Bakıya dönüş sadəcə siyasi qayıdış deyildi. Bu dönüş xalqın qəlbinə inam, sabaha ümid, milli birliyə çağırış idi. İnsanların ürəklərində rahatlıq toxumu səpildi, ölkənin bu vəziyyətdən çıxacağına inam artdı. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Milli Məclisin Sədri seçilməsi isə tarixi dönüş nöqtəsi oldu. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil edildi və 1997-ci ildən rəsmi bayram elan olundu. Əgər 15 iyun olmasaydı, nə müstəqil Azərbaycan dövləti, nə də bu günkü güclü dövlətçilik mövcud ola bilərdi.

Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanı fəlakətdən xilas etdi. O, xalqa arxalanaraq milli həmrəyliyi bərpa etdi, dövlətçiliyin sütunlarını möhkəmləndirdi. Bu, sadəcə siyasi hadisə yox, həm də milli ruhun dirçəlişi idi. Qurtuluş yalnız bir günün adı deyil, həm də bir millətin öz varlığını qorumaq iradəsinin simvoludur.

Bu tarixi günlər Abdullayev Səbuhi Sadıx oğlunun yaddaşında da xüsusi iz buraxdı. O, həmin illərdə orta məktəbdə oxuyurdu, lakin hadisələrin sarsıntısı onun qəlbində bir andı doğurdu: hərbiçi olacaq, Vətəni canı və qanı bahasına qoruyacaq. Bu sevgi onun damarlarında dolaşan qandan gəlirdi. Çünki atası Sadıx müəllim də ömrünü Vətənə həsr etmişdi. Polis olaraq təqaüdə çıxana qədər dövlətinə, xalqına sevə-sevə xidmət etmişdi. Onun sözləri ailənin mənəvi şüarı idi: “Vətən sevgisi ilk öncə ailədən gəlir. Vətən sizindir, siz də qorumağa borclusunuz.”

Səbuhi bu sözləri həyatının yol xəritəsinə çevirdi. Vətən sevgisi onun üçün yalnız bir duyğu deyil, həm də bir borc, müqəddəs and oldu. Beləcə, 15 İyun — Milli Qurtuluş Günü təkcə dövlətin xilası deyil, həm də minlərlə gəncin qəlbində vətənə bağlılıq, fədakarlıq və xidmət idealı doğuran bir günə çevrildi.

15 İyun — bir millətin xilası, bir dövlətin dirçəlişi, bir xalqın öz varlığını qorumaq iradəsinin simvoludur. Bu günün dərin mənası odur ki, Azərbaycan xalqı öz taleyini öz əlləri ilə yazdı, müstəqilliyini öz iradəsi ilə qorudu, dövlətini öz sevgisi ilə dirçəltdi. Tarix bizə öyrədir ki, qurtuluş yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyin yol xəritəsidir.

Azərbaycan xalqı sübut etdi ki, qaranlıq nə qədər dərin olsa da, ümidin işığı onu yarıb keçə bilər. Qurtuluş — yalnız siyasi dönüş deyil, həm də bir millətin öz varlığını əbədi yaşatmaq üçün Tanrıya verdiyi anddır. Qurtuluşun əbədi işığı — millətin iradəsinin, xalqın sevgisinin, dövlətin əbədiyyətə doğru addımının poetik simvoludur.

Bu günün fəlsəfi gücü odur ki, hər bir Azərbaycanlı öz qəlbində Vətənlə birgə nəfəs alır, onunla birgə yaşayır, onunla birgə var olur. Çünki Vətən yalnız torpaq deyil, həm də ruhun, yaddaşın və əbədi varlığın məbədi deməkdir. Vətən — insanın içində daşıdığı ən böyük həqiqət, millətin damarlarında dolaşan əbədi həyatdır.

Dinləyib qələmə alan:
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü, yazıçı-publisist




Baxış sayı: 170
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30