FACT-INFO.AZ » XƏBƏR » Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib
12-06-2026, 18:00 | XƏBƏR
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən Fact-info.az-a verilən xəbərə görə, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinində iştirak etdiyi təlim bir neçə mərhələdə həyata keçirilib.

Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması olmuşdur.
Plana əsasən təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilərək əməliyyat rayonlarına çıxarılmışdır.

Təlimdə HDQ-nin və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə qrupları, eləcədə HHQ-nin insansız hava vasitələri tərəfindən patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin, üzən minaların, bazalaşma məntəqələrinin məhv edilməsi və zərərsizləşdirilməsi üzrə döyüş çalışmaları uğurla yerinə yetirilmişdir.

Sonrakı mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ-nin və DSXSM-nin gəmiləri ilə qarşılıqlı fəaliyyətdə dənizdə və sahildə yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin mühafizəsi və müdafiəsi tapşırıqlarını icra etmış, şərti düşmənin təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması məqsədilə kəşfiyyat-diversiya qruplarının məhv edilməsi fəaliyyətlərini yerinə yetirmiş, eləcə də HHQ-nin helikopterlərinin dəstəyi ilə terrorçu qrupların bazalaşma məntəqələrinə eniş edərək adada və sahilyanı ərazidə sığınacaqlarda gizlənmiş silahlı qrupları zərərsizləşdirmişlər.
Dəniz xüsusi təyinatlılardan ibarət Gəmi Əməliyyatları Qrupları helikopterlərin havadan, DSX-nin və HDQ-nin artilleriya katerlərinin dənizdən atəş dəstəyi ilə ələ keçirilmiş gəminin dayandırılması, gəminin və girov saxlanılan insanların xilas edilməsi üzrə döyüş tapşırıqlarını icra etmişdir.
Dəniz piyada bölmələri terrorçu qruplar tərəfindən ələ keçirilmiş yaşayış məntəqəsində saxlanılan girovların azad olunması üzrə taktiki fəaliyyətləri yerinə yetirmişlər.

Terrorçu qruplar tərəfində partladılan gəmidə yanğının söndürülməsi, yaralıların və suya düşmüş insanların xilas edilməsi, eləcədə gəminin sualtı hissəsinə quraşdırılmış minaların zərəsizləşdirlməsi üzrə fəaliyyətlər HDQ-nin Axtarış Xilasetmə Xidmətinin, eləcə də FHN-nin gəmi və katerlərinin, dalğıc və xilasedicilərinin, yanğınsöndürmə və xilasetmə helikopterlərinin cəlb edilməsi ilə yerinə yetirilmişdir.

İti sürətli xilasetmə katerləri vasitəsilə ağır yaralıların ən qısa zamanda tibbi gəmiyə təxliyyəsi və onlara tibbi yardımın göstərilməsi üzrə elementlərdə bu mərhələdə icra edilmişdir.

Təlimin sonunda təlimə cəlb edilmiş qurumların gəmi, kater və xüsusi texnikaların, eləcədə silahlanmaya yeni qəbul edilmiş silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi icra edilmişdir.

Döyüş atışlı taktiki təlimdə əsas diqqət Xəzər dənizinin ümumi su məkanında, Azərbaycan Respublikasına məxsus ərazi sularında və sahilyanı ərazilərindəki kritik enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə tapşırıqların həllində digər qoşun növləri və silahlı birləşmələrlə birgə fəaliyyətlərin təkmilləşdirilməsinə, qarşılıqlı əlaqənin təşkilinə, həmçinin müxtəlif şəraitlərdə gəmilərin idarə olunmasına yönəldilmişdir.
Təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra etmişlər.




Baxış sayı: 50
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30