Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blak ilə görüşüb.
Bu barədə Fact-info.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ çoxşaxəli əməkdaşlığının inkişaf perspektivləri, enerji, nəqliyyat-tranzit, yüksək texnologiyalar və investisiya imkanları müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantılarda əhəmiyyətli rolu, liman və logistika infrastrukturu, enerji təhlükəsizliyi məsələləri, eləcə də regional nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitinin xüsusi əhəmiyyətini vurğulayaraq, həmin görüşün ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm zəmin yaratdığını bildirib. Bu çərçivədə iqtisadiyyat, enerji, nəqliyyat bağlantıları və yüksək texnologiyalar, habelə təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması məmnunluqla qeyd edilib. Bu çərçivədə görülən işlər müzakirə edilib.
Regional nəqliyyat layihələri çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək TRIPP layihəsinin icrası məsələləri nəzərdən keçirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Baxış sayı: 60
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
