FACT-INFO.AZ » CƏMİYYƏT » Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı"
14-06-2026, 12:00 | CƏMİYYƏT
Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı"

Qarabağ müharibəsi bir çox qəhrəmanlarımızı, fədakar insanları bizə tanıtdı. Bu gün onlardan biri haqqında söhbət açırıq. Fact-info.az saytının bugünkü qonağı, keçmiş döyüşçü, Qarabağ qazisi, polis mayoru Fərman Xəlilovdur. O, müharibə xatirələrini və Milli Qurtuluş günü ilə bağlı fikirlərini açıqlayıb.

Mən 1983-1985-ci illərdə Sovet ordusunun sıralarında Əfqanıstanda hərbi xidmət keçmişəm. Daha sonra  Xabarovsk Ali Polis Məktəbində təhsil almışam. 1988-1990-cı illərdə ermənilərin Azərbaycana qarşı torpaq iddiaları, təcavüzü başlayandan sonra o, könüllü olaraq Vətənə gəlməyə çalışdım. Yaxşı xatırlayıram ki, o zaman Daxili İşlər naziri Məhəmməd Əsədov  Əfqanıstanda hərbi xidmət keçən, döyüş təcrübəsi olan şəxslərə müraciət edib Azərbaycana dəvət edirdi. O zaman Xabarovsk Ali Polis Məktəbinin rəhbərliyi məni  Azərbaycana, xüsusilə Dağlıq Qarabağa gəlməyimə imkan vermirdi. Lakin çox çətinliklə SSRİ Daxili İşlər nazirliyinin  tərkibində  mən də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə ezam olundum. Polis məktəbini bitirdikdən sonra isə leytenant rütbəsilə  Azərbaycan Daxili İşlər Nazirliyinə göndərildim və Şuşa rayon polis şöbəsində xidmətə başladım. Həmin vaxt mənim ailəm Xabarovskdə yaşayırdı, bir qızım orada dünyaya gəlmişdi. Sonradan mən ailəmi Şuşaya gətirdim. İkinci  qızım mən döyüşdə olarkən Şuşada doğuldu. Övladımın dünyaya gəlişi Şuşadakı xəstəxananın ermənilər tərəfindən raket atəşinə tutulması ilə eyni vaxta təsadüf etmişdi. Əməliyyat otağında qalmış həyat yoldaşımı və yeni doğulmuş qızımı Allah qorumuşdu. Mən döyüşdən gəlib gördüm ki, hər ikisi sağ-salamatdır.


Çox ağır dövr idi.  Qanunsuz erməni silahlı dəstələri Azərbaycan kəndlərinə mütəmadi olaraq hücumlar edirdilər. Dinc insanları yaralayırdılar, qətlə yetirirdilər. Məhz belə məqamda biz Şuşanın kəndlərinin müdafiəsini təşkil edirdik. 1990-cı ilin noyabr ayından mən Şuşada fəaliyyətə başladım. Mənim xidmətimi nəzərə alınaraq Şuşa polis batalyonun komandiri təyin olundum. Həmin vaxt ermənilər yetərincə silahlanmışdılar.  Biz də isə silahlı dəstə Daxili işlər Nazirliyinin polis dəstələri idi. Yalnız yüngül silahlarla təmin edilirdik. Belə ağır vəziyyət biz Şuşanın, kəndlərimizin, dinc insanların müdafiəsini təşkil edirdik.


 1992-ci ilin mayın əvvələri idi. Mən Kirs yüksəkliyində xidmətdə idim. May ayının 8-də mən Kirs dağından enib Şuşaya getmək istəyirdim. Turşsuya  çatmışdım ki, atəş səsləri eşitdim. Çox ağır döyüşlərdə yaralandım. Məni sonradan hospitala çatdırmışdılar. Hospitalda reanimasiyada idim və  mayın 11-də ayılanda eşitdim ki, Şuşa işğal olunub. Şuşa kimi məkanın işğal olunmasını ağlımıza gətirə bilməzdik. Çox ağır zərbə oldu. Yaralandığıma görə, mənim qolumu amputasiya etmək istədilər. Amma mən yenidən döyüşə qatılacağımı bildirdim və qolumun kəsilməsinə etiraz etdim.

Nəhayət, həkimlərimizin, xüsusilə  Ələkbər həkimin böyük səyi nəticəsində biləyim və ayağım kəsilmədi, müalicə alaraq qismən sağlamlığıma qovuşdum. Amma əlimin birinin işləməsində problemlər qaldı. Hərbi hospitalda yatdığım dövrdə ailə üzvlərim, yaxın qohumlarım gəlmişdi. Həkim onlardan yalnız ikisinə, həyat yoldaşıma və azyaşlı qızıma görüşə gəlməyə icazə vermişdi. Qızım paltaya daxil oldu və gipsdə olan qolumu, ayağımı qucaqlamaq istədi. O, azyaşlı olmasına baxmayaraq, çox həyəcanla soruşdu: “Bunları ermənilər edib, Şuşa yerindədir”.

15 İyun Milli Qurtuluş Günü- tarixi gerçəklik

Nəhayət 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının istəyi ilə hakimiyyətə gəldi. O zaman hamı düşünürdü xalqı, dövləti belə çətin şəraitdən yalnız o xilas edər. Biz yanılmadıq. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində önəmli mərhələdir. Azərbaycanın  dövlətçiliyinin xilas günü oldu. Biz  Birnci Qarabağ  müharibəsinin  iştirakçısı olaraq, çox ağır şəraitdə döyüşdük, torpaqlarımızın müdafiəsində mübarizəmizi davam etdurdik, üzərimizə düşən  vəzifəni yerinə yetirərkən ağır xəsarətlər aldıq.  

Ümummilli Lider Heydər Əliyev dövləti xilas etməklə bərabər, dövlətçiliyin möhkəm təməlini qurdu. Dövlətimiz möhkəmləndi, inkişaf etdi və öz ərazi bütövlüyünü bərpa etdi. Dövlət quruculuğu, inkişaf  məhz 15 iyundan, Milli Qurtuluş günündən başladı.

 Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və tarixi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı Azərbaycanın tarixi nailiyyəti idi.


Fact-info.az




Baxış sayı: 1 355
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30