Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən daha 47 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.
Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında təşkil olunan tədbirlərdə Xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.
İşəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 444 nəfəri əhatə edən tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri barədə məlumat verilib.
Əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyası qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara müvafiq mövzularda yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı: 105
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
