Hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf - 2026” beynəlxalq taktiki təliminin "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksəksəviyyəli qonaqları iştirak ediblər.
Əvvəlcə beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib.
Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndiriblər.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
