FACT-INFO.AZ » QHT » Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq
11-06-2026, 19:00 | QHT
Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq
2026-cı il iyunun 11-də QHT Agentliyində “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə ictimai müzakirə keçirilib.
QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr aqrar sahənin inkişafında tam yeni mərhələ yaradır. R.Nəbiyevin sözlərinə görə, Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına dair konkret hədəfləri olan, dövlət və özəl sektorun imkanlarını vahid platformada birləşdirən yeni Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıqları ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
O, bildirib ki, aqrar profilli QHT-lər də ideya və təklifləri, bu prosesdə fəal iştirak etməli, dərinləşdirilən islahatlara layiqli töhfə verməlidir. QHT Agentliyinin Müşahidə Şurasının üzvü onu da açıqlayıb ki, aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov “Aqrar sektorda artım və ixrac perspektivləri” mövzusunda çıxış edib. O, vurğulayıb ki, kənd təsərrüfatı ölkə üzrə ÜDM-də 5,9% paya malik olsa da, kənd yerlərinin inkişafında məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. B.Əhmədov onu da vurğulayıb ki, 2030-cu ildə Azərbaycanda kənd təsərrüfatında yaranan əlavə dəyərin 2025-ci ilə nisbətən ən azı 10,4% artacağı gözlənilir ki, bu da əsasən ixrac hesabına təmin ediləcək. Belə ki, qeyd edilən dövrdə kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının təxminən 34% artacağı proqnozlaşdırılır.
İtaliya-Azərbaycan Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin müəllimi, professor Sahil Quliyev aqrar sahədə elmi innovasiyaların tətbiqinin, iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin genişləndirilməsinin, müasir texnologiyaların və rəqəmsal həllərin istehsal proseslərinə inteqrasiyasının vacibliyini qeyd edib. O, aqrar təhsil, elmi-tədqiqat müəssisələri və fermerlər arasında əməkdaşlığın gücləndirilməsinin sektorun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib və bu prosesdə QHT-lərin də roluna diqqət çəkib.
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli təmsil etdiyi Şurada aqrar sahə üzrə mühüm vətəndaş cəmiyyəti institutlarının cəmləşdiyini bildirib. O, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Peşəkar Arıçılar” İctimai Birliyinin, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Gül İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Taxıl İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin təmsilçisinin Şuranın tərkibində yer aldığını diqqətə çatdırıb. M.Həsənli fermerlərin problemlərinin vaxtında öyrənilməsi, təkliflərin aidiyyəti dövlət qurumlarına çatdırılması və qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Müzakirədə aqrar sahədə fəaliyyət göstərən QHT nümayəndələri kənd təsərrüfatının müxtəlif istiqamətlərinə dair mülahizələrini bölüşüb, təkliflərini səsləndiriblər. “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Lalə Həmidova qeyd edib ki, yüksək gəlirliliyi olan trüfel istehsalının genişləndirilməsi üçün ölkədə böyük imkanlar yaranıb.
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə təşkil edilmiş ictimai müzakirələrdə o da qeyd olunub ki, mediada, xüsusilə radiolarda aqrar sahə üzrə məlumatlılığın artırılmasına, bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti təsisatlarının fikirlərinin yayılmasına ehtiyac vardır. QHT Agentliyinin dəvəti ilə müzakirələrdə respublikanın bir sıra aparıcı radio kanallarının rəhbər şəxsləri də iştirak edib.



Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30