Azərbaycanın Ermənistanla normallaşma prosesi və sülh gündəliyi ilə bağlı gözləntiləri dəyişməyib və dəyişməyəcək. Azərbaycan rəhbərliyinin bu məsələyə baxışı aydın və birmənalıdır.
Fact-info.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Ermənistanda mövcud hakimiyyətin normallaşma prosesini davam etdirmək istəyi müşahidə olunur.
"Ermənistanda hakim partiyanın mövqeyi ümumilikdə normallaşma və sülh gündəliyinin davam etdirilməsinə yönəlib. Lakin, Ermənistanın xarici siyasət kursu uzunmüddətli perspektivdə yalnız hazırkı siyasi rəhbərlik tərəfindən müəyyən edilməyəcək. Beş və ya on ildən sonra Ermənistanda fərqli siyasi qüvvələr və fərqli liderlər hakimiyyətə gələ bilərlər. Məhz buna görə də dayanıqlı və geri dönüşü olmayan sülh üçün Ermənistan cəmiyyətinin öz mövqeyini açıq şəkildə ifadə etməsi vacibdir", - deyə F.Şəfiyev bildirib.
Baxış sayı: 150
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
