FACT-INFO.AZ » AKTUAL » Sovet repressiyasının hədəfində hər zaman böyük şəxsiyyətlər olub
10-06-2026, 12:00 | AKTUAL
Sovet repressiyasının hədəfində hər zaman böyük şəxsiyyətlər olub
Totalitar rejiminin daha bir repressiya qurbanından söhbət açırıq.
Məşhur aşıq, şair Bilal Mikayılov 1872-ci il mart ayının 12-də Şamaxı qəzasının Qəşəd kəndində ( hazırda bu kənd Ağsu rayonunun tabeliyindədir) anadan olub. Molla Xasının məktəbində oxuyub, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirib. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti –"Beytül-səfa" məclisi və zamanının tanınmış simalarından biri olan Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir.
Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur. Aşıq Mirzə Bilalın repressiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsi olmuşdur. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir. Aşıq Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir.
Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmiş, həmin ilin noyabr ayının 26-dan 27-nə keçən gecə "xalq düşməni" adı altında güllələnmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası 12 oktyabr 1955-ci ildə Mikayılov Bilal Mustafa oğlunun işinə yenidən baxaraq onun haqqında olan Azərbaycan SSR XDİK üçlüyünün 10 noyabr 1937-ci il tarixli qərarını ləğv etdi və o, bəraət aldı. Aşıq Mirzə Bilalın həbs olunarkən dediyi "Məni günahsız tuturlar" sözlərini ən nəhayət, dövlət özü də təsdiq etdi.
Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu yenidən bəraət almışdır.
Əbədiyaşar sənət piramidasının xüsusi mərhələsində XIX əsrin sonlarında meydana çıxan Qəşədli Mirzə Bilal, Şirvan aşıq sənətini məna və məzmunca yeni inkişaf mərhələsinə yüksəltmiş, müasir Şirvan aşıq məktəbinin əsasını qoymuş, "Şirvan Aşıqlarının Atası" titulunu qazanmış nəhəng bir sima olmuşdur.
1937-ci ildə totalitar rejim olan sovet repressiyasının qurbanı olmuş aşıq haqqında uzun müddət danışmaq yasaq olub. Aşıq Mirzə Bilalla bağlı musiqi tədqiqatçısı, qocaman xanəndə Ağakərim Nafizin fikirləri belə oldu: “Seyid Əzimin məktəbini uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal adı ilə tanınır. O, ustadı Seyid Əzimdən ərəb və fars dillərini öyrənir, eləcə də klassik poeziyaya dərindən bələd olur. Ona aşıqlıq sənətində ustadlıq edən Aşıq İbrahim olur. Ustadı Aşıq Bilalda aşıqlıq sənəti ilə bərabər xanəndəlik qabiliyyətini də gördükdən sonra Şirvanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsəndən muğam sənətinin sirlərini öyrənməyi tövsiyə edir. O, hər iki ustadından dərs alaraq həm bənzərsiz aşıq, həm də 35 ildən artıq məşhur xanəndə kimi bütün Qafqazda şöhrət qazanır. Aşıq Mirzə Bilalın sənət dostları və şagirdləri çox olub. Aşıq Abbas Söhbətov və digərləri onun sənətini uğurla davam etdirirlər”.
Onu da qeyd edək ki, Mirzə Bilal 1918-ci ildə ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırım zamanı Şamaxı qəzasinin Qəşəd kəndində əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəməyib, kəndin könülləri ilə birgə çoxunu qırğından xilas edib. Bu kənd ermənilər tərəfindən yandırılıb, əhalinin bir hissəsi isə öldürülüb. O, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, 6 – 7 kəndə nümayəndə təyin edilib. Onu 1937-ci ilin iyununda həbs edirlər, bütün əmlakı müsadirə olunur, illər ərzində ustadlardan topladığı Şirvan aşıqlarının şeirlərini, dastanları, özünün yazdığı yüzlərlə şeir olan dəftərləri, hətta cürə sazını da aparırlar. 1937-ci il noyabrın 26-dan 27-sinə keçən gecə ən yüksək cəza olan güllələnməyə məruz qalır.
Azərbaycanın tanınmış və ictimaiyyətə o qədər bəlli olmayan intellektual mülkiyyət sahiblərini sıradan çıxarmaq totalitar sovet rejiminin əsas hədəflərindən biri olub. 1937-ci ildə və sonrakı dönəmlərdə də bu proses davam edib. Biz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində dövrünün nəhəng sənətkarı, repressiya qurbanı Aşıq Mirzə Bilalla bağlı araşdırmalarımızı davam etdirdik. Azərbaycan aşıq sənətinin tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölməsinin rəhbəri Ağamurad İsrafilovla görüşüb söhbət etdik.
Aşıq Ağamurad İsrafilov görkəmli sənətkar Aşıq Mirzə Bilalla bağlı fikirlərini açıqladı: “Uzun müddət yaddan çıxan repressiya qurbanı Mirzə Bilalı ilk dəfə Səttar Axundov tədqiq edib. Daha sonra müharibə veteranı, elm adamı Mürsəl Mürsəlov onun irsini araşdıraraq, 1982-cı ildə “Gəl görüşək ilk bahar” kitabını nəşr etdirib. Mən Mirzə Bilalın oğlu 94 yaşlı Aga Şəfi əmi ilə söhbət etmişəm. O, atasına lələ deyirdi. Atası repressiyaya uğrayandan sonra onlar Kürdəmir rayonuna köçüblər. Ailəsi ilə birlikdə orada yaşayıb. 94 yaşlı Ağa Şəfi əmi atasının həbs olunma anını xatırlayaraq bildirirdi ki, 1938-ci ildə bu hadisə baş verib. Gecə sahə müvəkkili, basqallı Canəli 3 dəfə Bilal, deyib qışqırıb. Atam sanki hiss edib ki, bu çağırış başqa çağırışdı. Ona görə, hamımızla halallaşır, uşaqların başını sığallayır və onun axrasınca gələn şəxslərlə birlikdə gedir və bir daha geri qayıtmır”.
Onu qeyd edək ki, Mirzə Bilal 1937-ci ilə qədər bir dəfə həbs olunmuşdu. Sonradan isə bəraət alaraq həbsdən buraxılmışdı.
Müsahibimiz Ağamurad İsrafilov repressiyaya uğrayan ustad haqqında fikirlərini davam etdirir: “Mirzə adı hər kəsə verilmirdi. Böyük istedad və intellekt sahibi olan Mirzə Bilal bir neçə xarici dili mükəmməl bilirdi. O, aşıqlıq sənətində parlaq sima olmaqla bərabər, klassik musiqimizi, muğam sənətini gözəl bilib və ifa edirmiş. Bütün bu ali keyfiyyətlərə görə, ustada xalq tərəfindən Mirzə adı verilib. Mərhum tarixçi -alim Seyfəddin Qəniyev Aşıq Mirzə Bilal haqqında yazdığı kitabda ustadın həbs olunması ilə bağlı sorğu vərəqində qeyd edib ki, erməni millətindən olan müstəntiq Matrosyan bu prosesi aparıb və nəticədə heç bir günahı olmayan, millətin qaymaqlarından biri Mirzə Bilal güllələnib. Təbii ki, ondan sonra Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir. Ağa Şəfi əmi təhlükəsizlik qüvvələri tərəfindən Mirzə Bilalın kitabları, əlyazmaları ilə bərabər, hətta onun sazının da aparıldığını bildirir. Bu gün bizə çatdırılan sənətkarın irsi yalnız yaddaşlardan toplanan nümunələrdir”.
Haqq aşığını qətlə yetirən totalitar rejim onun yaxınlarını, ailə üzvlərini rahat buraxmır. Şamaxının Quşçu kəndində məktəb direktoru işləyən Mirzə Bilalın qardaşı Ağasəlim müəllim dərhal məktəbdən uzaqlaşdırılır. Uzun illər keçəndən sonra o, digər məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir.
Bir vacib məqamı unutmaq olmaz ki, XX əsrdə Azərbaycanın bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Həmin dövrdə istintaq orqanlarında işləyən şəxslərin demək olar ki, əksəriyyəti ermənilər və digər millətlərin nümayəndələri olmuşdur...

Mənbə:
Əkrəm Bəydəmirlinin "Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" kitabı



Baxış sayı: 240
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031