Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” adlı sərgi açılıb.
Muzeydən Fact-info.az-a bildirilib ki, sərgidə rəssamlar Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Mammadli və Lenay Seidəli-zadənin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətində yaratdıqları instalyasiyalar, digital art, nano videoart və performans əsərlər nümayiş olunur.
“Təbii Zəka / NI – Natural Intelligence” layihəsi texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. Ekspozisiyanın əsas mövzularını yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə əlaqəsi və rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma prosesi təşkil edir.
Layihədə Azərbaycan xalçası yaddaşın, simvolların və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur. Müəlliflər bu qədim sənəti müasir sosial, texnoloji və ekoloji proseslər fonunda yenidən interpretasiya ediblər.
Elm və incəsənətin qarşılıqlı əlaqəsini ön plana çıxaran sərgi tamaşaçıları insanın təbiət, öz bədəni, texnologiyalar və mədəni irslə münasibətlərinin necə dəyişdiyi barədə düşünməyə dəvət edir.
Layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. Atəş Hub platformasının təsisçisi və mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator Sabina Şıxlinskaya, layihənin kuratoru Sofiya Frank, koordinatoru isə Aqnessa Tariverdiyevadır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Yaradıcı Mərkəz”in dəstəyi ilə keçirilən sərgi iyunun 14-dək ziyarətçilər üçün açıq olacaq.
Baxış sayı: 125
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
