FACT-INFO.AZ » SİYASƏT » Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru
4-11-2019, 08:40 | SİYASƏT
Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru

Bakı sammitində bütövlükdə 160-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları dünyada baş verən böhranları, regional münaqişələri və onların həlli yollarını müzakirə edib, işğal hallarının və dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması yollarından bəhs edib, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasını bir daha gündəmə gətiriblər. Bu problemlər Qoşulmama Hərəkatının ənənəsinə və qarşısına qoyduğu məqsədlərə tam uyğundur. Bu baxımdan ekspertlər təşkilatın Bakı sammitini çox uğurlu hesab edirlər.

Vurğulayaq ki, Qoşulmama Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda yaradılıb. Bundan əvvəl 1955-ci ildə Bandunqda (İndoneziya) üçüncü dünya ölkələrinin toplantısı keçirilmişdi və Yuqoslaviya Prezidenti İosif Broz Tito, Hindistanın ilk Baş Naziri və Prezidenti Cəvahirləl Nehru, Misir Prezidenti Camal Əbdül Nasirin üçtərəfli məsləhətləşmələri baş tutmuşdu. Onlar müstəqilliyini əldə etmiş ölkələrin dünyanın böyük güclərindən asılı vəziyyətə düşməməsinin, ədalətsizliyin qurbanına çevrilməmənin yollarını müzakirə ediblər. Bunun üçün hüquqi fəaliyyət göstərən təşkilata ehtiyac olduğu aydın görünürdü. Bandunq konfransı bu yolda mühüm addım idi. Onun qəbul etdiyi prinsiplər hazırda Qoşulmama Hərəkatında geniş istifadə edilir.

Həmin prinsiplər sırasında insan haqlarına hörmət, ərazi bütövlüyünə hörmət, təcavüzdən imtina və başqalarının daxili işlərinə qarışmama, hər bir ölkənin fərdi və kollektiv müdafiə hüququna hörmət, başqa dövlətlərə təzyiqdən imtina, böyük dövlətlərin xeyrinə fəaliyyətdən imtina, ərazi bütövlüyünə təcavüzdən imtina, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, ədalətə və beynəlxalq öhdəliyə hörmət kimi prinsiplər vardır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki dərin məzmunlu nitqində vurğulayıb: "Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır".

Azərbaycan Prezidenti fikirlərini davam etdirərək Azərbaycanın təşkilata sədrliyi müddətində hansı istiqamətlərdə fəaliyyət göstəriləcəyini də konkret ifadə edib. Dövlət başçısı deyib: "Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür".

Azərbaycanın təşəbbüsləri: 120 dövlətin açıq dəstəyi

Bunlardan başqa, Azərbaycan rəhbəri beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərin artırılması zəruriliyini vurğulayıb. O cümlədən, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac meydana gəlib. "Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir".

Bunlarla yanaşı, Azərbaycan təşkilata sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsinə ciddi səy göstərəcək. Bu da prinsipial məsələdir, çünki qlobal problemlərin həlli ancaq müxtəlif nüfuzlu təşkilatların dialoqunun baş tutması yolu ilə həll edilə bilər. Bu, həm ədalətlidir, həm də beynəlxalq hüquqa uyğundur.

Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin tədbirdə ifadə etdiyi tezislər Hərəkatın XVIII sammitinin qəbul etdiyi sənədlərin məzmununa ciddi təsir edib. Tədbirdə Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədi qəbul olunub. Yekun Sənəddə Azərbaycan üçün böyük əhəmiyyətli fikirlər yer alıb. Qəbul edilmiş sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi ifadə olunub. Bu münaqişənin ancaq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi xüsusi vurğulanıb. Bu o deməkdir ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib.

Daha əhəmiyyətlisi ondan ibarətdir ki, Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıblar. Onlar təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Yəni işğal faktı ortadadır və bunu inkar etməyə çalışan istənilən açıq və ya gizli fəaliyyət qəbul edilməyəcək.

Bu bənd Ermənistan rəhbərliyinin son zamanlar canfəşanlıq etdiyi bir məsələni alt-üst edir. Rəsmi İrəvan özünü elə aparır ki, guya onun işğalçı ordusu əbədi olaraq Dağlıq Qarabağda olub, bu ərazidə ancaq ermənilər yaşayıb və danışıqlar aksiom kimi bu yalanların qəbulu əsasında ermənilərin əsassız iddialarını təmin etmək üçün aparılmalıdır. Qoşulmama Hərəkatının sənədində isə Azərbaycan hüquqi cəhətdən Ermənistanın bu xülyalarının boş olduğunu sübut edib. Görünür, məhz bu səbəbə görə Ermənistanda bir sıra müxalif dairələr hakimiyyət nümayəndələrini Bakı sammitinə qatılmamaqda ittiham ediblər. Onlar hesab edirlər ki, Ermənistan qorxaqlıq nümayiş etdirib və müzakirələrdən qaçıb. Əslində isə Ermənistan rəhbərliyi haqsız olduğunu və heç bir sanballı arqument gətirə bilməyəcəyini bildiyindən meydana çıxmaqdan qorxur.

Tədbirdə qəbul edilmiş Bakı Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı əhəmiyyət daşıyan müddəa yer alıb. Orada deyilir: "Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik".

Yekun Sənədə isə Azərbaycanın təklifi ilə bir neçə bənd daxil edilib. Məsələn, dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlərlə bağlı meydana gələn problemlərin həllində üzv dövlətlərin böyük məsuliyyəti olduğunu təsdiqləyiblər. Digər müddəa kimi dövlət və hökumət başçıları "Bakı prosesi" kimi təşəbbüslərin səmərəli dialoqun qurulmasına töhfə verdiyini vurğulayıblar. Sənədlərə neonasizmi təbliğ edən addımların qınanması zəruriliyi də daxil edilib.

Beləliklə, 120 tamhüquqlu üzvü olan, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın isə müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində tarixi qərarlar qəbul edilib. Bu tədbir Azərbaycan diplomatiyasının gücünü dünyaya bir daha nümayiş etdirib. Ölkə rəhbərliyi həyata keçirdiyi uzaqgörən və səmərəli siyasəti ilə getdikcə daha geniş miqyasda təsirli fəaliyyət göstərə bilir. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə də Azərbaycan bu istiqamətdə uğurlu addımlarını davam etdirəcək.

Newtimes.az




Baxış sayı: 1 068
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031