FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
17-08-2019, 10:40 | TƏDQİQATLAR-ANALITIKA
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik

Bundan başqa, Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyətin daha da gərginləşməsi, terrorun həmin məkandan digər regionlara yayılmağa başlamasının Cənubi Qafqaz üçün ciddi problemlər yarada biləcəyi istisna edilmir. Bütün bunların fonunda baş nazir Nikol Paşinyanın apardığı xarici siyasətin Rusiya-Ermənistan münasibətlərinə ciddi təhlükə törətdiyi haqqında ekspertlər fikir bildiriblər. Onlar N.Patruşevin İrəvana səfərində N.Paşinyanın Xankəndidə səsləndirdiyi bir sıra absurd fikirlərin də rol oynadığı qənaətindədirlər. Vurğulanan məqamlar kontekstində N.Patruşevin İrəvan səfərinin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Moskvanın xəbərdarlığı: Ermənistan rəhbərliyinin səhvləri

Rəsmi İrəvanın sürətli geosiyasi dəyişikliklərdən çaşqınlıq içində olduğu və sərsəm addımlar atdığı haqqında ekspertlər dəfələrlə fikir bildiriblər. Xüsusilə baş nazir Nikol Paşinyanın Xankəndidə Dağlıq Qarabağı Ermənistana məxsus olan məkan kimi təqdim etməyə çalışması çoxlu suallar yaradıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana ikigünlük səfərinə bu müddəalar prizmasından baxan ekspertlər az deyillər. Onlar hesab edirlər ki, Moskva, faktiki olaraq, İrəvandan izahat tələb edir. Bununla yanaşı, N.Patruşevin səfərini Kremlin N.Paşinyanın dediklərinə "qəzəbli yanaşma" əlaməti kimi təqdim edənlər də vardır.

Əlbəttə, bu məqamlarda həqiqət payı az deyil. Ancaq məsələ ondan ibarətdir ki, N.Patruşevin İrəvana səfəri iyun ayında razılaşdırılmışdı ki, onda N.Paşinyan Xankəndidə çıxış etməmişdi. Görünür, ekspertlər sadəcə erməni baş nazirin, ümumiyyətlə, fəaliyyətinin məzmunu ilə bağlı fikir bildirir və o cümlədən onun Xankəndidəki fikirlərini növbəti sərsəmləmə olaraq təsəvvür edirlər. Hər bir halda, Rusiya Təhlükəsizlik Şurasının katibinin İrəvana səfəri bir neçə baxımdan maraqlıdır.

Öncə onu vurğulayaq ki, ekspertlərin böyük əksəriyyətinin fikirlərinə görə, Rusiya ilə Ermənistan arasında həm qlobal geosiyasi proseslərin qiymətləndirilməsi, həm də regional təhlükəsizliyin təşkili ilə bağlı fikir ayrılıqları mövcuddur. Belə olmasayadı, manşetlərə "mövqeləri yaxınlaşdırdılar" kimi tezislər atmazdılar (bax: məs., Сблизили позиции. Патрушев и Пашинян обсудили инвестиции и терроризм / "Российская газета", 13 avqust 2019).

Deməli, Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi ilə prinsipial məsələlərdə fikir ayrılığı vardır. Bu, konkret hansı problemlərlə bağlı ola bilər? KİV-də dərc edilən informasiyaların məzmununa geniş aspektdə nəzər saldıqda, bu suala cavab tapmaq olar. Belə ki, ilk olaraq beynəlxalq təşkilatlarda Ermənistanın Rusiyanın marağına uyğun hərəkət etməsində qeyri-müəyyənliklər meydana çıxıb.

Avropa Parlamentində erməni deputatlar Rusiyanı qane edən formada səs verməmişdilər. BMT çərçivəsində də ermənilərin davranışları suallar yaradıb. Bütövlükdə informasiya təhlükəsizliyi istiqamətində Ermənistan-Rusiya münasibətləri heç də həmişə tam aydın olmur. Bir neçə gün öncə Ermənistanda aparılan istintaqın materiallarının dərc edilməsi səs-küyə səbəb olmuşdu. Orada açıqca Kremli ittiham edən məqamlar yer almışdı. Məsələni texniki səhvlərə bağlamaq cəhdi isə inandırıcı deyil.

Bunların fonunda qlobal geosiyasi səviyyədə İrana olan münasibət də aydın deyil. Rəsmi İrəvan sözdə Rusiyanın mövqeyinə yaxın fikirlər səsləndirsə də, onun Vaşinqtonun sifarişlərinə də biganə qalmadığı məlumdur. N.Paşinyanın bu ikili oyunu Moskvanın xoşuna gəlmir. İndi İranla bağlı situasiya çox kəskinləşib və Rusiya istəməz ki, Amerika ilə bu məsələyə münasibətdə daha ciddi toqquşmalar olsun.

Ekspertlər ona da diqqət edirlər ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan antirusiya mövqeyi ilə tanınır. O cümlədən o, açıq surətdə rus dilini ingilis dilinə dəyişmişdi. Putin hakimiyyətindən narazılığını dəfələrlə bildirib. Belə bir məmurla N.Patruşev hansı inamla məsələləri müzakirə edə bilərdi?

Yuxarıda vurğulanan fikirlərin işığında Ermənistan mediasının tərəflər arasında müzakirələrdə Rusiyanın Azərbaycana silah satması məsələsinin də xüsusi yer tutduğunu ayrıca vurğulaması maraqlı təsir bağışlayır. Yəni rəsmi İrəvan hələ də dövlətlərarası münasibətlərə primitiv orta əsr təfəkkürü ilə yanaşmaqda davam edir. Kreml dəfələrə bəyan edib ki, Azərbaycanla əməkdaşlığı beynəlxalq hüquq normaları çərçivəsində, qarşılıqlı faydalılıq prinsipinə və iki ölkə arasında mövcud olan münasibətlərin ruhuna uyğun aparır. Rusiya Azərbaycana başqa ölkənin maraqları prizmasından yanaşa bilməz. Bundan başqa, təcrübə göstərir ki, iki ölkə arasında hərbi əməkdaşlıqdan bütövlükdə region faydalanır.

Bütün bunlardan başqa, Rusiya Azərbaycana niyə silah satmalı deyil? Birincisi, Moskva bu sövdələşmələrdən real gəlir əldə edir. İkincisi, Rusiya silahının nüfuzu artır. Üçüncüsü, Azərbaycan heç bir dövlətə qarşı aqressivlik nümayiş etdirmir. Əksinə, rəsmi Bakı regional təhlükəsizlik məsələsinə çox ciddi yanaşır və töhfələrini verir. Bu bağlılıqda Rusiya-Azərbaycan hərbi əməkdaşlığı regional balansın təmin edilməsində öz rolunu oynayır.

Separatizm və terrorçuluq: ermənilərlə müzakirə aparmağın mənası nədir?

Maraqlıdır ki, Ermənistan mediası N.Patruşevin İrəvanda terrorçuluq və separatizmi də müzakirə etdiyini qeyd edir. Ermənistanla bu məsələləri hansı aspektdə müzakirə etmək olar? Məsələ ondan ibarətdir ki, Ermənistan həm separatizmi, həm də terrorizmi dəstəkləyən dövlətdir. Konkret olaraq, o, uzun illərdir ki, qonşu ölkələrə qarşı terror həyata keçirir, terrorçuluğu maliyyələşdirir. Özü də bu barədə Rusiya xüsusi xidmət orqanlarının daha çox informasiyası vardır. Digər tərəfdən, Ermənistan qonşu ölkələrdən birinin 20 faizə yaxın ərazisini işğal edib və bunu separatizmi alovlandırmaqla və havadarlarının ciddi yardımı ilə həyata keçirib. İndi də İrəvan Dağlıq Qarabağ və onun ətrafındakı rayonları kənar dairələrin aktiv dəstəyi ilə işğal altında saxlayır. Rəsmi İrəvanın təbliğatında məhz separatizm və terrorçuluğun təşviqi ön plandadır.

Məsələn, Xankəndidə baş nazir N.Paşinyanın məlum çıxışında başdan-ayağa terrorizm və separatizmə açıq dəstək yer almışdı. Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim etmək məhz separatçılara haqq qazandırmaq deməkdir. Bu baxımdan N.Patruşevin hansı mənada İrəvanda ermənilərlə terrorçuluğa və separatizmə qarşı mübarizədən bəhs etdiyi qaranlıq məsələdir. Görünür, burada Rusiya Təhlükəsizlik Şurasının katibi ermənilərə anladıb ki, Dağlıq Qarabağı açıq surətdə Ermənistan ərazisi kimi təqdim etmək Kremlin maraqlarına uyğun deyil. Bu məsələ danışıqlar yolu ilə həll edilməlidir və kimlərinsə konkret fikir bildirməsi Moskvanın maraqlarına cavab vermir. Qısa desək, Dağlıq Qarabağla bağlı Rusiyanın terrorizm və separatizmlə əlaqəli tutduğu mövqe Yaxın Şərqdə baş verən analoji proseslərdən fərqlənir.

Bu məqamda N.Patruşevin bir fikri maraq doğurur. O ifadə edib ki, gəncləri radikallaşdırırlar, onları dini təsir altına alıb, müxtəlif regionlarda terror aktları törətməyə təhrik edirlər. Qafqaz da bu aspektdə çox həssas bir yerdir. Gec-tez Yaxın Şərqdən terror dalğası bu məkanı da vuracaq. Onu da qeyd edək ki, N.Patruşev bir neçə dəfə bu riskdən bəhs edib. O, terrorçuların Əfqanıstana və Mərkəzi Asiyaya yayılmasını birbaşa təhlükə kimi təqdim edib. Görünür, həmin kontekstdə Ermənistanda və Rusiyada terrorçuların yuva salmasına əngəl olmaq məsələsi aktuallaşa bilər.

Nəhayət, N.Patruşevin İrəvanda təhlükəsizlik məsələsini iqtisadiyyat və sərmayə qoyuluşu ilə sıx bağlılıqda müzakirə etməsi də düşündürücüdür. Bu, Moskvanın öz müttəfiqlərinə verdiyi işarədirmi? Yəni, təhlükəsizliyiniz təmin edilməsə nə sərmayə olacaq, nə də iqtisadiyyat inkişaf edəcək. Bu səbəbdən öncə təhlükəsizliyi təmin etmək gərəkdir. Bunun yolu isə Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında daha aktiv iştirakdan keçir. Yəni, rəsmi İrəvan başqa fikirlərə düşməsin. Amerika da onun təhlükəsizliyini təmin edə bilməz. Bunu ancaq Rusiya edə bilər.

Beləliklə, ümumi olaraq N.Patruşev İrəvana rəsmi dairələrə müəyyən həqiqətləri xatırlatmağa gedibmiş. Ermənistan rəhbərlərinə bir daha izah edilib ki, Rusiyanın qoyduğu çərçivədən kənara çıxmağın onlara faydası olmayacaq. Bu aspektdən də "suverenlik nağılı"na çox da uymaq lazım deyil. N.Paşinyan hər nə desə, Kremlin çəkdiyi sərhəddən kənara çıxması İrəvana fayda verməz.

Bunlarla yanaşı, aydın görünür ki, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə daha da kəskinləşib. Bu isə regionu geosiyasi baxımdan çox həssas edir. Belə bir məqamda rəsmi İrəvanın qeyri-müəyyən mövqe tutmasına Rusiya səbirlə yanaşmaya bilər. Bütövlükdə isə Cənubi Qafqazda hər an sabitlik pozula bilər. Moskva Ermənistanın bu gözlənilməz gedişata hazır olmasını tələb edir. Ancaq İrəvan buna qadirdirmi?

Newtimes.az




Baxış sayı: 1 346
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30