FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Putin və Fukuyama: siyasi-ideoloji reallığa fərqli yanaşmalar
29-07-2019, 08:00 | TƏDQİQATLAR-ANALITIKA
Putin və Fukuyama: siyasi-ideoloji reallığa fərqli yanaşmalar

Bu bağlılıqda liberalizmə olan hücumlar diqqəti daha çox çəkməyə başlayır. Bu ideoloji konsept, faktiki olaraq, XX əsrin sonlarında ciddi rəqabətdə qalib gəlmiş nəzəri-ideya sistemidir. Ancaq sonrakı mərhələdə meydana xeyli fərqli mənzərə çıxdı. Mütəxəssislər və ekspertlər liberalizmin tənəzzülündən danışmağa başladılar. Paralel olaraq, fərqli ideoloji konseptlərin populyarlığı bir qədər yüksəldi. Bütün bunlar Rusiya Prezidenti V.Putinin liberalizm haqqında söylədiyi bir fikirlə yeni istiqamət almağa başladı. Həmin kontekstdə müasir mərhələdə siyasi-ideoloji rəqabətin bir sıra əlamətləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Qalibin səhvləri: Qərbin ideoloji cəbhədə zəif yerləri

Müxtəlif ideoloji düşərgələrin mövcud olduğu bir zamanda, şübhəsiz ki, onlar arasında mübarizə də xüsusi məzmun kəsb edir. Siyasi baxımdan bu, özünü hazırda daha çox göstərir. Yəni sovetlər dağılandan sonra Qərbin bu hadisəni ideoloji qələbə rəngində təqdim etməsi sonrakı proseslərə də ayrıca məzmun verdi. Rusiya bir müddət Qərbin liberalizmi qarşısında susqun qaldı. Çin isə öz ideoloji xəttini davam etdirdi. Lakin artıq görünür ki, Rusiya da ideoloji sferada hücum taktikasını seçib. Bunun bariz nümunəsi Vladimir Putinin "Böyük iyirmilər"in Osaka sammiti zamanı liberalizmin nüfuzunu itirməsi və artıq dominant rol oynaya bilməməsi barədə söylədiyi fikirlər oldu.

Bir sözlə, Rusiya Prezidenti iddia edir ki, liberalizm artıq köhnəlib, aparıcı rol oynaya bilmir və bu mənada dünyanın gələcək ideoloji paradiqması olmaq imkanını itirib. Bu fikrə Qərbin müxtəlif dairələrindən münasibət ifadə edilib. Lakin ideoloqların münasibəti daha maraqlıdır. Çünki bu, ideoloji cəbhənin nəbzini tutmağa imkan verir. Həmin səbəbdən ekspertlər Frensis Fukuyamanın liberalizm və başqa ideoloji konseptlərlə bağlı fikirlərinə maraq göstərirlər (bax: məs., Фрэнсис Фукуяма о прошлом, настоящем и будущем либерализма / "Голос Америки", 12 iyul, 2019).

Liberalizm ideoloji konsept kimi müasir cəmiyyətlərin mənəvi-əxlaqi, hüquqi və demokratik inkişafı üçün zəruri olan faktor kimi meydana gəlib. Onun tarixinə varmadan, deyək ki, F.Fukuyama və digər alimlər liberalizmi Avropanı dini ixtilaflardan xilas edən sistem kimi dərk edirlər. Məsələn, Avropada protestantlar və katoliklərin 150 il davam edən savaşının bitməsində liberal dünyagörüşünün mühüm rol oynadığına əmindirlər. Yalnız Almaniyada Otuzillik (!) müharibədə əhalinin 1/3-i həlak olmuşdu. Çünki "insanlar hesab edirdilər ki, dövlət vahid dini doktrinanı dəstəkləməlidir" (bax: əvvəlki mənbəyə).

Bu, liberalizmin keçmişi baxımından maraqlı məqamdır. Belə ki, liberalizm dini fərqliliklərin yanaşı mövcud olmasına mənəvi, dünyagörüşü və ideya əsası verən cərəyan kimi meydana gəlib. Daha doğrusu, sosial sifariş olaraq öz təsdiqini tapıb. Liberalizm bu mənada plüralizm və tolerantlığın qaynağıdır. Onda liberal cəmiyyətlərdə fərqli dinlərə, ideoloji konseptlərə, mənəvi-əxlaqi dəyərlərə, mədəniyyət növlərinə tolerant münasibət şərtdir. Bundan kənarda liberalizm boş söz yığınına çevrilir.

Nəzəri olaraq, bu, yaxşı bir yanaşmadır. Müasir qloballaşma şəraitində fərqli düşüncə və əxlaq, din və mədəniyyət sahiblərinin eyni hüquq çərçivəsində dinc yaşamaları üçün səmərəli tənzimləmə mexanizmidir. Lakin məsələ ondan ibarətdir ki, son onilliklər məhz bu prinsiplərin liberalizm tərəfdarlarının özü tərəfindən pozulduğu haqqında fikirlər səslənir. Yəni həmin bağlılıqda liberalizmin keçmişi ilə indisi arasında bir "qırılma nöqtəsi" meydana gəlib. V.Putin də məhz bu fakta istinad edərək liberalizmin köhnəldiyini deyir. Liberalizm iki mənada köhnəlib: birincisi, öz real məzmununu keçmişdə almış bu ideoloji cərəyan onu lazımi keyfiyyətdə indiyə daşıya bilməyib; ikincisi, qloballaşan dünyada geriyə dönüş yoxdur, yəni real tolerantlıq, plüralizm, hüququn aliliyi, demokratik birgəyaşayış qaydalarının bərqərar olması zəruridir. Lakin liberalizm indiki məzmunu ilə bu tələbi ödəyə bilmir, bu səbəbdən artıq köhnədir.

Belə çıxır ki, liberalizmə dair mövqedə V.Putin də, F.Fukuyama da haqlıdırlar, lakin fərqli kontekstlərdə. F.Fukuyama nəzəri olaraq, dünyagörüşü forması qismində, sosial-tarixi missiyası baxımından liberalizmin müasir dünyanın tələblərinə daha uyğun olması barədə fikrində haqlıdır. V.Putin isə bu nəzəri müddəanın artıq real vəziyyətə, praktiki duruma uyğun gəlmədiyini iddia edərkən haqlıdır. Bu mövqeni təsdiq edən nümunələr siyasi, geosiyasi və ideoloji aspektlərdə kifayət qədərdir.

Alternativlik və tolerantlıq: liberalizmin özünü inkarı

Onların bir qismi üzərində dayanmaq olar. Keçən əsrin 90-cı illərində sosialist ideoloji sisteminin dağılması ilə liberalizm özünü hakimi-mütləq kimi hiss etməyə başladı. Yəni yeganə düzgün ideoloji sistem olduğu iddiasına düşdü. Bu isə liberalizmin mahiyyətində olan tolerantlıq və plüralizmə zidd mövqe idi. Liberalizm özünə alternativ görməməyə başlayandan tənəzzülü də başladı. Ancaq bunu Qərbdə dərindən duyan olmadı. Və, təbii olaraq, liberalizmə uyğun saymadıqları bütün siyasi-ideoloji hadisələri və geosiyasi seçimi antidemokratik, antisivil, radikal hadisə kimi təqdim edərək sərt mövqe tutdular. Bu istiqamətdə keçmişdə liberal olanlar daha radikal və kəskin mövqe tutduqca liberalizmin yayılma imkanları da məhdudlaşdı. Bu, tədricən liberalizmə alternativlərin formalaşmasına təkan verdi.

Bunu iki sferada müşahidə etmək olardı. Onlardan biri geosiyasi aspektlə bağlıdır. Burada ikili standart və fərqli geosiyasi yanaşmalara dözümsüzlük liberal cəbhənin cəlbedicilik səviyyəsini kəskin azaltdı. ABŞ-ın öz maraqları naminə istədiyi hərəkəti etməyə çalışması bu prosesi daha da gücləndirdi. Bununla beynəlxalq münasibətlər sistemində liberalizmin mövqeyi zəifləməyə başladı.

Digər məqam Qərbin özü də daxil olmaqla cəmiyyətin gənc təbəqəsinin yeni ideoloji axtarışları gücləndirməsində ifadə olundu. Bu zaman gənclər daha çox radikal, solçu və ultramillətçi ideoloji düşərgəyə meyl etməyə başladılar. Siyasi mühitdə isə sağ populizm və solçu mövqe tədrici nüfuz əldə etməyə başladı. Artıq Qərbdə liberalizmlə populizmin seçki mübarizəsinə çox ciddi yanaşırlar. Liberallar həyəcan təbili çalırlar ki, seçkidə populistləri məğlub etmək, dünyanı xilas etməyə bərabərdir. Sual olunur: hansı səbəblərdən belə bir vəziyyət yaranıb? Və yaxud seçkidə liberalların qalib gəlməsi, real olaraq dünya siyasi mühitində liberal dəyərlərin bərqərar olması deməkdirmi?

Məsələn, islamofobiyaya son qoyulacaqmı? Yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ədalətli yanaşılacaqmı? Ermənistanın təcavüzkarlığı real təpki görəcəkmi? Dövlətlərarası münasibətlərdə keçmiş liberalizm ruhunda qaydalar bərqərar olacaqmı? Bu suallara cavab vermək çətindir. Çünki hazırda liberalizmdən danışanların real addımları tamam fərqli bir mənzərə ortaya qoyur.

Bundan başqa, ABŞ-da sağ populist kimi təqdim edilən Donald Tramp hakimiyyətdədir. İtaliyada da populistlərin mövqeyi güclüdür. Avropa Parlamentinə son seçkilərdə populistlər xeyli irəliləyiş əldə etdilər. Bütün bunlar dünya miqyasında ideoloji mübarizə cəbhəsinin dəyişdiyini və məzmunca yeni keyfiyyət aldığını göstərir. Bunun da öz əlamətləri vardır.

Artıq ideoloji ayrılıq tam olaraq Qərb-Rusiya və ya Qərb-Çin xətti üzrə deyil. Qərbin özünün daxilindən belə ayırıcı xətlər keçir. Liberalizm-populizm-solçuluq ideoloji xətti daha mürəkkəb bir cizgi alıb. Bu baxımdan Rusiya ilə bərabər Qərbin öz daxilində yetişən ideoloji parçalanma faktını unutmaq olmaz. Deməli, qlobal miqyasda ideoloji mübarizə yeni mərhələyə qədəm qoyur. Burada "soyuq müharibə" dönəmindən prinsipial fərqlənən bir vəziyyət yaranmış olur.

Müəyyən mənada liberalizm özü öz daxili ilə mübarizə aparmağa məhkumdur. Bəlkə də bu anlamda onun ən ciddi rəqibi elə özüdür. Liberalların özlərinə tənqidi yanaşmaq potensialı barədə indi qəti söz demək çətindir. Digər tərəfdən, populistlərin Qərbdə siyasi-ideoloji mövqelərinin güclənməsi Rusiya və Çin üçün də yeni imkanlar açır. Bu isə o deməkdir ki, ideoloji cəbhədə pilləvarı bir rəqabət mənzərəsi yaranır. Bu, mürəkkəb bir durumdur və kimin hansı şansa malik olduğunu zaman göstərəcək. Liberalizmin özünün yetişdirdiyi ideoloji böhran vəziyyətindən necə çıxacağı çoxməchullu bir tənlikdir. Bu baxımdan V.Putin kimi, F.Fukuyamanın da formulu mükəmməl deyil.

Newtimes.az




Baxış sayı: 1 681
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir 10-05-2026, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" 10-05-2026, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! 10-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" 10-05-2026, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031