FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə
24-07-2019, 08:50 | MƏDƏNİYYƏT
Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə

Xalçaçılıq Azərbaycanın milli və mədəni sənətidir. Azərbaycanda xalq yaradıcılığının ulu örnəklərindən, xalçaçılıq sənətinin gözəl nümunələrindən bir də Naxçıvan xalçaları hesab edilir. Burada dekorativ-tətbiqi sənətin qədim növlərindən sayılan xalça və xalça məmulatının toxuma ənənələri əsrlər boyu qorunub saxlanılıb, inkişaf etdirilib, xalqımızın məişətində və həyatında mühüm rol oynayıb. Naxçıvan ərazsində aparılan arxeoloji qazıntıların nəticəsi sübut edir ki, bu ərazinin aborigen sakinləri olan əcdadlarımız hələ qədim zamanlardan toxuculuq, o cümlədən xalçaçılıqla məşğul olub. I Kültəpə ərazisində arxeoloji qazıntılar zamanı Neolit və Eneolit dövrünə aid toxuculuq məmulatların, Tunc dövrünə aid toxuculuq dəzgahlarının tapılması bu sənətin qədimliyindən xəbər verir. Bundan başqa, Ovçulartəpəsində aparılan qazıntılar zamanı toxuculuqda istifadə olunan bizlərin aşkarlanması, habelə Ordubad rayonunda yerləşən Plovdağ, Sumbatan və Xaraba-Gilan ərazisində aparılan arxeoloji qazıntılar zamanı bir sıra maddi-mədəniyyət məmulatları arasında parça və xalça qalıqlarına rast gəlinməsi və ərazinin digər yerlərindən tapılan bu cür nümunələr Naxçıvanda xalça sənətinin qədimliyini sübut edən əyani dəlillərdir. Azərbaycan sənətkarlığının yüksək səviyyədə inkişaf etdiyi orta əsrlər dövründə Naxçıvan xalçaçılarının da özünəməxsus dəsti-xətti olub. Təsadüfi deyildir ki, XII-XIII əsrlərdə Azərbaycanda olan əcnəbi alim və səyyahlar da burada yüksək keyfiyyətli xalçaların toxunduğunu və bir sıra ölkələrə ixrac olunduğunu bildiriblər. Bütün Azərbaycanda olduğu kimi Naxçıvanda da XVI-XVII əsrlərdə süjetli xalçalar və əsasən ovçuluq səhnələrini əks etdirən xalçalar toxunub ki, bu xalçalardan biri hazırda İngiltərədə, London şəhərinin Viktoriya və Albert muzeyində nümayiş etdirilir. Tədqiqatçı alimlərin fikrincə, Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq ən yüksək inkişaf dövrünə qədəm qoyub. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin, xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarıb. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu (xalı, gəbə, xalça, canamaz) və xovsuz (zili, vərni, şəddə, palaz, kilim) xalça məmulatları istehsal edilib. 9 aprel 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı və Sərəncamla Tədbirlər Planı təsdiq edildi. Həmin sənəd maddi və mədəni irsin qorunması və davamlı inkişafına qayğının ən bariz nümunəsidir. Əsas məqsəd muxtar respublikada xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sözügedən Sərəncama uyğun təsdiq olunan “Tədbirlər Planı”nda AMEA-nın Naxçıvan Bölməsi əməkdaşlarının da üzərinə bir sıra vəzifələr qoyuldu. Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sahəsində aparılan elmi-tədqiqat işlərini sistemli şəklə salmaq üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu yaradıldı. 2018-ci il noyabrın 1-də fəaliyyət başlayan qrupun əsas vəzifəsi Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti ilə əlaqədar elmi cəhətdən və sistemli şəkildə tədqiqatların aparılmasıdır. Ötən müddət ərzində institutun əməkdaşları tərəfindən xalçaçılıq sənəti ilə bağlı bu ərazinin müxtəlif yerlərində yaşlı nəsillərdən ənənəvi xalçaçılıq sənətinin bədii və texniki iş üsulları öyrənilib, xalçaçılıq, onun yaranması, inkişaf tarixi, xalça toxunuşunda istifadə edilən naxışlar, ornamentlər, boyaqcılıq və sairləri ilə əlaqədar kütləvi informasiya vasitələrində çıxışlar olub və qəzet materilalları, məqalələr hazırlanıb. Tədqiqat materialları əsasında “Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” adlı monoqrafiya çap edilib. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və “Xalçaşünaslıq” elmi-tədqiqat qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın həmmüəllifi olduqları nəşrdə xalqımızın qiymətli bədii sənət əsərlərindən biri olan xalçaçılıq sənətinin Naxçıvanda yaranması, inkişaf yolu və bu günkü vəziyyətindən söz açılır, xalçalar üzərində toxunan naxışlar, ornamentlər haqqında məlumat verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən xalça sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı imzalanan Sərəncam xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli milli-mənəvi dəyərlərimizə mühüm töhfədir. Ümüd edirik ki, “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin sərəncamından irəli gələn vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcək və apardığı tədqiqatları ilə Azərbaycan xalçaçılıq sənəti tariximizin zənginləşməsinə öz mühüm töhfəsini verəcək.(qhtxeber.az)




Baxış sayı: 1 437
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30