FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün kənar vasitəçiyə ehtiyac yoxdur
24-02-2025, 10:30 | XƏBƏR
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün kənar vasitəçiyə ehtiyac yoxdur

Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" Azərbaycanla həmsərhəd ərazilərdə "binokl diplomatiyasını" həyata keçirməkdə davam etdir. Sonuncu belə addım cari ilin fevral ayının 13-də Qubadlı ilə həmsərhəd zonada baş vermişdir. De fakto ölkəmizə qarşı belə bir təxribat vasitəsi, şübhəsiz ki, heç bir nəticə verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. 

Azərbaycan tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib və hətta İkinci Qarabağ müharibəsində qalib ölkə olmasına baxmayaraq, tezliklə sülh müqaviləsinin imzalanmasına çalışır. Bütün bunların əksinə olaraq, Ermənistan surətlə silahlanır və belə bir təəsurat yaranır ki, mənfur qonşularımız yeni müharibəyə hazırlaşır. Əlbəttə Ermənistanın aqressiv meyllərini Avropa İttifaqının müxtəlif qurumları və birliyin bir sıra üzv-dövlətlərı qızışdırır. Təəssüf doğuran məqam həmçinin ondan ibarətdir ki, Ermənistanın hakim dairələri sona qədər anlamırlar ki, ölkəmizin Qarabağdakı Zəfəri nəticəsində regionda vəziyyət əsaslı formada dəyişib. 

Azərbaycan iqtisadi, siyası və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövləti olaraq, beynəlxalq miqyasda ciddi söz sahibidir və bütün məsələlərin  ikitərəfli müstəvidə, birbaşa müzakirə edib, həll olunmasına üstünlük verir. Digər tərəfdən, otuz illik müddət nümayiş etdirdi ki, tarixə qovuşan silahlı münaqişənin həllində beynəlxalq vasitəçilər, və xüsusilə də, ATƏT-in Minsk Qrupu heç bir nəticə əldə etməyib. Maraq doğuran cəhət həmçinin ondan ibarətdir ki, hazırda Avropa İttifaqının hətta regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir və bunu həmin qurumun Rusiya ilə Ukrayna arasında mövcud olan silahlı münaqişənin həlli üçün ABŞ-la Rusiya Federasiyası təmsilçilərinin  apardıqları danışıqlara ümumiyyətlə cəlb olunmaması açıq-aşkar nümayiş etdirir.

Almaniyanın ən böyük silah istehsalçısı "Reynmetall" konserninin rəhbəri Armin Papperqerin sözlərinə görə, Amerika Birləşmiş Ştatları ilə Rusiya qlobal məsələləri müzakirə edərkən, Avropa "uşaq masası" arxasında qalıb. Onun sözlərinə görə, "valideyinlər nahar edərkən uşaqlar başqa masa arxasında əyləşirlər. ABŞ Rusiya ilə danışıqlar aparır, və heç bir avropalı masa arxasında oturmur və tamamilə aydındır ki, avropalılar uşaqdırlar". Armin Paperqerin nüfuzlu "Financial Times" qazetinə verdiyi müsahibədə o, həmçinin qeyd edib ki, danışıqlardan kənarlaşdırılmasına görə Avropa özü günahkardır. Bu məqamda sual olunur ki, Ermənistan "uşaq masası" arxasında əyləşdirilən Avropanın "müşahidə missiyasından" nəyi gözləyir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sadə həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması uçun münbit şərait yaranacaqdır.    

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü




Baxış sayı: 195
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30