FACT-INFO.AZ » AKTUAL » Rusiya-Ukrayna müharibəsi ədalətlə bitəcəkmi?
24-02-2025, 15:00 | AKTUAL
Rusiya-Ukrayna müharibəsi ədalətlə bitəcəkmi?
1991-ci ildə, yəni SSRİ-nin fatihəsinin oxunduğu vaxt Bakı şəhərində kiçik bir məmur öz şanlı kabinetində Mixail Qorbaçovun portretini asmışdı. Həmin şəxsdən o zaman soruşurdular ki, bu şəkli niyə otaqda saxlamısan? Rusiya sevdalısı olan həmin kiçik məmur cavab verirdi ki, mən SSRİ-nin dağılacağına inanmıram və ölkə xilas olacaq. Bu 70 illik rejimin manqurtlaşdırmasının bariz nümunəsi idi.
Hazırkı məqamda isə SSRİ-nin varisi Rusiyanın tamamilə zəiflədiyi vaxtda ABŞ-da Tramp peyda oldu və o, Putinin müdafiəçisinə, xilaskarına çevrildi. Hətta Rusiya-Ukrayna müharibəsinin başlanmasında Putinin heç bir günahı olmadığını bəyan edir. Anlamaq olmur ki, ABŞ prezidenti Tramp qeyri ciddi siyasətçidir, yoxsa Rusiyanı oyuna çəkib. Mənim qənaətimcə, hər iki variant ola bilər.
Biznes maraqları çərçivəsində hadisələrə yanaşıb işğala məruz qalan bir ölkəni ittiham etmək gələcəkdə digər münaqişələrin həlli üçün çox ədalətsiz president yaradar. Belə yanaşmalar beynəlxalq münasibətlər sistemində qoçuluğa, dəlililiyə gətirib çıxarar.
Ukraynaya böyük fəlakətlər gətirən, şəhərləri yer üzündən silən Rusiya işğalı bəşəriyyət üçün təhlükədir. Bu müharibəyə görə, Rusiyaya haqq qazandırmaq heç bir hüquqa, bəşəri dəyərlərə sığan məsələ deyil. Yalnız ədalətli yanaşma bu müharibəyə son qoyar və sülhə, sabitliyə gətirib çıxarar.
Bizdə antirus əhaval-ruhiyyəsi yoxdur. Rus mədəniyyətini, ədəbiyyatını, poeziyasını sevirik. Lakin Rusiya işğalını, rus şovinizmini qəbul etmək mümkünsüzdür. Məhz bu gün ona görə, Ukrayna xalqının ədalətli mövqeyini müdafiə edirik. Gec-tez qoçuluğun, dəliliyin deyil, məhz xeyirin şər üzərində qalib gələcəyinə inanırıq.
Əkrəm Bəydəmirli



Baxış sayı: 305
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30