FACT-INFO.AZ » CƏMİYYƏT » Qarabağda Azərbaycanın mədəni – irsinə qarşı erməni barbarlığının bir adı var: - VANDALİZM
6-07-2019, 11:05 | CƏMİYYƏT
Qarabağda Azərbaycanın mədəni – irsinə qarşı erməni barbarlığının bir adı var: - VANDALİZM

Xocavənd rayonu. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini 1991-ci il oktyabrın 8-də bərpa etdi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradıldı. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 nəfərdir. Rayonun 1 şəhər, 2 qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kəndi var.

Xocavənd sözü “müəllim törəməsi” mənasını verir. Sözün etnonimi 2 hissədən - Xoca sözü türk dilində “müəllim”, “öyrətmən” və “vənd” komponenti isə İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını verir. Xocavənd rayonunun inzibati mərkəzi Xocavənd şəhəridir. Rayon, 2 oktyabr 1992-ci il tarixindən Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılır. Ermənistanın təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinin sayı 528-dir. Onlardan 395-i memarlıq, 131-i arxeoloji, 2-si isə bağ- park, monumental və xatirə abidələridir. Xocavənd rayonunda İslam dövrü abidələri sayılan 1 məscid, 13 inanc yeri və ziyərətgahı vardı. Rayonun ərazisindəki digər abidələr, Qafqaz Albaniyası dövrü memarlıq abidələridir.

Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Dağlıq Qarabağ o cümlədən Xocavənd rayonu da daxil olmaqla Azərbaycan Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmuşdur (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf etmişdi.

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər, xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələri erməniləşdirirlər. Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Məhz buna görə də onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları dəyişdirərək erməni mədəniyyətinə uyğunlaşdırırlar. Abidələrin mənimsənilməsi zamanı ermənilər, bəzən abidənin bütün divarlarını yenidən tikir, genişləndirir və hündürləşdirirlər ki bu da «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir.

Tuğ kəndi Xocavənd rayonunun Tuğ kəndindəki tarix və mədəniyyət abidələri daha çox erməni vandalizminə uğradılmış abidələr hesab olunur. Tuğ kəndi Xocəvənd rayonunda, rayon mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir. Əhalisinin sayı 2000 nəfərdir. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana və s.var. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. Adlı türksoylu tayfa, tirə və nəsilləri vardır. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, tarixi əhəmiyyətli yaşayış evlərinin, tarixi əhəmiyyətli inzibati yaşayış binalarının, qədim qəbristanlıqların bir qismi dağıdılaraq yararsız hala salınmışdır.

Kəndin qismən salamat qalan tarix və mədəniyyət abidələrinin isə təmir edərək əvvəlki görünüşlərindən məhrum ediliblər. Bu abidələri təmir etməkdə ermənilərin məqsədi, azərbaycanlılara məxsus inanc yerlərinin və tarixi abidələrinin ermənilərin mədəniyyət nümunələri kimi təbliğ edərək, Qarabağa çoxsaylı turist səfərləri təşkil edərək, öz işğalçılıq fəaliyyətlərinə haqq qazandırmaqdır. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. Adlı türksoylu tayfa, tirə və nəsilləri vardır. Hər nəslə aid kənddə yaşayış evləri, karvansaralar və inzibati binalar mövcud idi. Ərazi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra. Bu memarlıq abidələrinin böyük əksəriyyəti dağıdıldı. Qismən salamat qalan Məlikyeqanovun mülkünün içərisində ona məxsus olan iqamətgahıdır. Bu iqəmətgah üç mərtəbədən ibarətdir. Bir mərtəbəsi yerin altında zizəmi kimi istifadə olunurdu. Digər iki mərtəbəsi isə yer səthindən yüksəkdə idi. Abidənin inşa tarixi XVIII əsrə aid edilir. Abidənin iki girişinin üzəri iki tağla tamamlanır və elə oradan da ikinci mərtəbə başlanırdı. İşğal dövrü ermənilər giriş qapısını sökərək bir tağ altında birləşdirdilər. İkinci mərtəbəni isə ümumiyyətlə söküb ləvğ etdilər.

Ermənistan, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir.

Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. "Tuğ" sözünün bir neçə mənası var: bu adı "zirvə" və "bayraq" kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Bir bilgiyə görə isə Tuğ — qıpçaq kökənli bir soyun adıdır. Daha bir Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlı olduğu bildirilir. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.

Tuğ kəndinin 5 km-də V əsrə aid Alban məbədi, kəndin ərazisində XII-XVII əsrlərə aid Alban kilsələri, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılmışdır. Tuğ kəndinin mərkəzində olan XII-XVII əsrlərə aid Alban kilsəsi ermənilər tərəfindən vandalizmə uğradılmışdır. Beləki,Kilsənin ətrafı təmizlənərək ora xeyli sayda qəbir daşları düzülmüşdür. Abidənin giriş qapısı sökülərək yenilənmiş, kilsənin üzəri dəmir təbəqə ilə bağlanmış, divarlar üaərindəki ornamental görüntülər silinmiş, divar yazıları isə yenilənmişdir. 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilərək vəhşicəsinə dağıdılmışdır.

Ziyarət dağı. Xocavənd rayonunun Ziyarət dağının zirvəsində inşa edilən Alban dövrünə aid sövmə. Ərazi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən 1992-ci il oktyabrın 2-də işğal edilmişdir. Sövmənin tikinti üslubu özünəməxsus xüsusiyyətlərə malikdir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını, o cümlədən Ziyarət dağında inşa edilən bu abidəni erməni kilsəsi kimi təqdim edirlər. Halbuki yaşayış məntəqələrindən uzaq, uca bir dağın zirvəsində erməni kilsənin mövcud olması mümkün deyil. Abidə ermənilər tərəfindən vandalizmə uğradılaraq öz əzəli görkəmini itirmişdir.

Sos kəndi. Amaras Monastırı

Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən, Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən biridir. Bu monastrın özəlliyi ondan ibarət olmuşdur ki, yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir. Məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edən X əsrə aid məbədin xüsusiyyətlərini saxlamışdır. Belə olduğu halda, arxeoloji tədqiqatların nəticələri IV əsrdə Amarasda, Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikanın mövcudluğunu qeyd etməyə imkan verir. 1992-ci ildən Ermənistanın işğalı altında qalan bu abidə 2000-ciildə ermənilər tərəfindən vandalizmə uğradaraq abidənin memarlıq quruluşunda dəyişiklik etdilər.

Tağaser kənd ərazisi

Abidə Köndələnçayın sağ sahilində Tuğ və Binə kəndləri yaxınlığında, Tağaser dağının zirvəsində meşənin içərisində yerləşir. Məbədin yerləşdiyi yerin yaxınlığında qala qalıqları var. Xüsusi tarixi əhəmiyyətə malik bu ərazi vaxtilə Qarabağın inzibati idarə mərkəzlərindən biri olub. Rtş-vəng adlandırılan bu abidə Qafqaz Albaniyası dövrü memarlığının nadir nümunələrindəndir. Rəvayətə görə abidə (1241-1248-ci illərdə) yeddi ilə inşa edilmişdir. Mənbələrin verdiyi məlumata görə məbədin yaxınlığında Ktiş adlandırılan qala Yesai əbu Musa adlı alban knyazının (mənbələrdə Beyləqan hakimi kimi də qeyd olunur) iqamətgahı olub. 1991-ci il oktyabr ayının 30-dan bu məbəd Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 2007-ci ildə ermənilər bu abidəni heç bir bərpa üslubuna uyğun olmayan qaydada təmir edərək abidənin memarlıq quruluşunda qeyri-qanuni dəyişiklik ediblər. Həmçinin abidənin üzərindən iki əlyazma çıxarılaraq Ermənistanın İrəvan şəhərindəki Matenadaran muzeyinə aparılmışdır. Hazırda əlyazmalar orada 7822 və 7823 nömrələri ilə saxlanılır.

Şıraqüz kəndi. Bazilika

Abidə Qafqaz Albaniyası dövrü memarlığına aiddir, 1742-ci ildə bərpa edildiyi güman edilir. Abidənin uzunluğu 12,8 metr, eni 9,8 metr, hündürlüyü isə 5 metrdir. Giriş qapısı qərb tərəfdəndir. Abidənin üstü ikiyamaclı daşlarla örtülmüşdür. 1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən ərazi işğal edildikdən sonra abidə erməni millətçiləri tərəfindən dağıdılaraq yararsız hala salınmışdır.

Xocavənd rayonu.

Ataqut və Dərəkənd kəndləri yaxınlığında Qafqaz Albaniyası dövrünə aid məbəd. 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.

Kəndxurd kəndi. Məbəd Abidə Alban dövrü memarlığına aiddir, Giriş qapısı qərb tərəfdəndir. Dam örtüyü ikiqat dala örtülmüşdür. 1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən ərazi işğal edildikdən sonra abidə yararsız hala salınmışdır.

Günəşli kəndi. Məbəd

Abidə Alban dövrü memarlığına aiddir, XVIII əsrdə innşa edildiyi güman edilir. Yerləşdiyi ərazi, 0,5 hektardır. Abidə dəniz səviyyəsindən 737 metr yüksəklikdə yerləşir. Abidənin uzunluğu 15,7 metr, eni 8,2 metr, hündürlüyü isə 5,5 metrdir. Giriş qapısı qərb tərəfdəndir. 1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən ağır artileriya silahlarından atılan atəşlərlə yararsız hala salınmışdır.

Mülküdərə kəndi. Rus kilsəsi. Kilsə 1902-1907-ci illərdə çar Rusiyası hərbçilərinin təşəbbüsü ilə inşa edilib. Ərazisi bir hektardır. Abidə kəndin şimalında boz yerli bazalt daşlardan inşa edilmişdir. Kilsənin qübbəsi bir-birinə bənzəyən dörd sütun üzərinə bərkidilib. Abidənin Hündürlüyü 18 metrdir. Kilsənin 3 qapısı, 9 pəncərəsi, yarımdairəvi zalı və 2 çıxışı vardı. Abidə 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdıldı.

Xərxər kəndi. Məbəd

Abidə Alban memarlığının unikal nümunələrindən idi. Abidə qədim qəbristanlıqda XIV əsrdə inşa edilmişdi. 1991-ci ildə bu ərazilər Ermənistan silahlı qüvvələrinin işğal edildikdən sonra abidə ermənilər tərəfindən əsas hissəsi sökülərək böyüdüldü, divarları yeniləndi, abidənin üzərindəki bədii daş nümunələri ləğv edildi abidənin üzəri dəmir təbəqə ilə örtüldü. 2000-2011-ci illərdə Xərxər kəndində ermənilər tərəfindən törədilən qeyri-qanuni fəaliyyət nəticəsində bir çox tarixi baxımdan əhəmiyyətli olan inanc yerləri və bulaqüstü memarlıq abidələri öz əzəli formalarını itirdilər. Ermənilərə bu vandal hərəkətləri həyata keçirmək üçün 2000-2011-ci illərdə Fransanın dini idarələri tərəfindən maliyyə yardımı edilmişdi.

Azıx mağarası

Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Ermənilər tərəfindən talanan, məhv edilən belə abidələrdən biri də dünyaşöhrətli Azıx mağarasıdır.

Kür Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi YUNESKO-nun siyahısına düşüb. Lakin 1992-ci ildən Ermənistan Respublikasının işğalı altına düşən bu abidə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmişdir. Hal-hazırda bütün erməni mətbuatı Xocavand rayonunun Salakətin kandı arazisinda, dəniz səviyyəsindan 900 metr yüksaklikda yerləşən Azıx mağarasını erməni abidəsi kimi təbliğ edirlər. Erməni mətbuatı xəbər verir ki, 1999-cu ildən etibarən hər il Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititunun alimləri, bu düşərgədə başladıqları arxeoloji qazıntı işlərinə Böyük Britaniya, İspaniya, Niderland, İslandiya ölkələrinin alimlarini, Dağlıq Qarabağın erməni əhalisini, İrəvan Universitetlərinin tələbələrini də cəlb edirlər.

1992-ci ildə Dağlıq Qarabağın işğalı zamanı Ermənistan ordusu Azıx mağarasından hərbi silah-sursat anbarı kimi istifadə edirdilər. Azərbaycan ərazilərinin işğalını başa çatdıran Ermənistanın Müdafiə Nazirliyi 1999-cu ildə Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititutunun təhriki ilə mağaradan silah-sursatları boşaltdaraq İnsititun istifadəsinə verdilər. Öz növbəsində isə Ermənistanın Etnoqrafiya İnstitutu Azıx mağarasında qazıntı işlərinə başlamağa qəraq verdi. Ermanilər bu qeyri-qanuni və qeyri-insani əməllərinə Rusiya, fransa və Amerika dövlətlərindən maliyyə dəstəyi ala bildilər. Bununlada Azarbaycanın tarixinə va mədəniyyatinə qarşı başlanan cinayət işi beynəlxalq dəstək qazandı.

Belə ki, Azıx mağarasındakı arxeoloji qazıntı işlərinə birinci mərhələdə rəhbərliyi İspaniya vatandaşları İolant Fernandesə, sonra isə Patris Domintesə tapşırdılar . Sonrakı illərdə isə qazıntı işlərinə rəhbərliyi Britaniya vatandaşı erməni əsilli Tanya Kinq Ovanesyan, Ermanistan tərəfdən isə bu ilərin rəhbəri, Ermanistanın Arxeologiya və Etnoqrafiya İnsitutunun əməkdaşı Levon Episkoposyan təyin edildilər. Beynəlxalq hüquqa görə Ermənistanın Azıx mağarasında apardığı qazıntılar tamamilə qanunsuzdur və hüquqi nəticələr doğurur.

1992-ci il Ermənistan silahlı qüvvələrinin işğalından sonra Xocavənd rayonu ərazisində inşa edilən erməni kilsələri. Martuni qəsəbəsində inşa edilən erməni kilsəsi.

Güneyçartar kəndində inşa edilən erməni kilsəsi.

Binə kəndində inşa edilən erməni kilsəsi.

Binə kəndində inşa edilən erməni kilsəsi. Ermənistan Respublikasının Silahlı qüvvələri tərəfindən 1992-ci ildən işğal altında saxlanan Azərbaycanın ayrı-ayrı bölgələrində mədəni irsinə o cümlədən memarlıq abidələrinə qarşı törədilən qeyri-insani hərəkətlər nəticəsində abidələrə vurulmuş zərərləri təhlil edərkən burada çox ciddi qanun pozuntularına və vandalizm aktlarına rast gəlinir. Bu baxımdan Azərbaycanın işğal altındakı memarlıq abidələrinə ermənilər tərəfindən vurulan zərərlərin hal-hazırda qiymətləndirilməsi ilə bağlı aparılan araşdırmalar xüsusi əhəmiyyət kəsb edir.

Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 71 müsəlman məscidi və 140 inanc yerləri və ziyərəfgahlar olmuşdur. (Şuşada 13 məhəllə məscidi, Ağdamda 5 məscid, 18 inanc yeri və ziyərətgah, Füzulidə 17 məscid, 20 inanc yeri və ziyərətgah, Zəngilanda 12 məscid, 19 inanc yeri və ziyərətgah, Cəbrayılda 5 məscid, 37 inanc yeri və ziyərətgah,, Qubadlıda 8 məscid 20 inanc yeri və ziyərətgah, Laçında 9 məscid 21 inanc yeri və ziyərətgah, Kəlbəcərdə 2 məscid, 5 inanc yeri və ziyərətgah tamamilə dağıdılaraq məhv edilmişdir.

Azərbaycanın İşğal altında nəzarətsiz qalmış ucqar ərazilərdə 1500-dən çox memarlıq abidəsi gözlənilməz təbiət hadisələri nəticəsində uçmaq təhlükəsi qarşısında qalmışdır. 64 bağ-park monumental və xatirə abidələri dağıdılaraq erməni xatirə abidələri ilə əvəzlənmiş, 1814 memarlıq abidələrinin adları dəyişdirilərək erməni tarix və mədəniyyət abidələri kimi təbliğ olunur.

50 daşınmaz tarix və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirib, divar yazılarını silib erməni tarix və mədəniyyət abidəsi kimi təbliğ edirlir. 20 Qafqaz Albaniyası dövrünə məxsus məbədin üzərində qeyri-qanuni zəng qülləsi inşa edilib.

Azərbaycanlıların qovulduqları inzibati yaşayış mərkəzlərində və bu mərkəzlərin əhatə etdiyi müsəlman qəbristianlıqlarında 5000-dən çox erməni xaç rəmzləri inşa edilmişdir.

Azərbaycanın da 12 dekabr 2000-ci il tarixdən qoşulduğu, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası işğal altındakı ərazilərdə mədəni sərvətlərin qorunmasına geniş şərait yaratmalı və törədilməkdə davam edən vandalizm aktlarını durdurmalıdır.. Azərbaycanın İşğal altındakı mədəni irsinin toxunulmamazlığını təmin edilməsi, beynəlxalq konvensiyalardan irəli gələn tövsiyyələr vasitəsi ilə Beynəlxalq Təşkilatlar tərəfindən həyata keçirilməlidir. Mədəni irs bir xalqın milli mədəni və tarixi sərvəti olsada, bu nümunələr ümumilikdə Bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsinin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalara görə yolverilməzdir.

1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.

Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər. Azərbaycan Respublikası, UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə, Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı dövlətin nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır..

Azərbaycanın mədəni dəyərlərinə qarşı törədilmiş cinayət əməllərinin, eləcədə bu abidələrə dəymiş zərərlərin qiymətləndirilməsinin aparılması 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” barədə sərəncamına, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına və 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ aktlara uyğun həyata keçirilməlidir.

2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında daha bir sənəd qəbul edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin Komitə tərəfindən müzakirə edilməsi 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs edilib və 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib. Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər yalnız Azərbaycan tarix və mədəniyyət abidələrini əhatə etmir, eyni zamanda böyük insan itkiləri ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaradır. Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsi zamanı 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox insan əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq insan qovulmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir.

Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 20 faizini itirmiş və ölkəyə 818 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Ermənilər tərəfindən oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Faiq İsmayılov




Baxış sayı: 2 796
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930