FACT-INFO.AZ » CƏMİYYƏT » Qlobal təhlükəsizliyə əsas təhdidlər: dünya sisteminin böhrana sürüklənməsi
4-02-2019, 09:25 | CƏMİYYƏT
Qlobal təhlükəsizliyə əsas təhdidlər: dünya sisteminin böhrana sürüklənməsi

“Newtimes.az” portalında “Qlobal təhlükəsizliyə əsas təhdidlər: dünya sisteminin böhrana sürüklənməsi” sərlövhəli məqalə dərc edilib. Fact-info.az məqaləni təqdim edir.

Keçən ildə bütövlükdə dünyanın təhlükəsizliyi üçün təhdid yarada bilən hadisələrin baş verdiyindən bəhs edilir. Onları müxtəlif kriteriyalarla təsnifatlaşdırmaq olar. Biz həmin hadisələrin sırasından qlobal səviyyədə daha çox rezonans doğuran və ciddi təsir gücünə malik prosesləri seçməyə çalışdıq. Onların sistemli təhlili göstərir ki, sözün həqiqi mənasında dünya üçün ciddi risklər meydana gəlməkdədir. Burada ilk olaraq beynəlxalq hüquq normalarının pozulması müşahidə edilir. Özü də bunu dünyanın ən güclü dövlətləri edirlər. Hesab edirik ki, həmin məqam xüsusi bir təhdiddir. Çünki təcrübə göstərir ki, belə hallarda situasiyaya hətta BMT kimi beynəlxalq təşkilat da təsir göstərə bilmir. Deməli, bu fakt ayrıca riskdir. Eyni zamanda, 2018-ci ildə digər hadisələr də qlobal böhranın yaranmasına təkan verib. Problemin bu aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

ABŞ-Rusiya-Çin xətti: əsas gərginlik mənbəyi

Ekspertlər 2018-ci ildə qlobal miqyasda böhranın yaranmasına təkan verən hadisələri müəyyənləşdirməyə çalışırlar. Reallıqda bu barədə dəqiq fikir bildirmək xeyli çətindir. Çünki bir hadisə hansısa dövlətin maraqları baxımından böhran yarada, digəri üçün fərqli məna daşıya bilər. Ancaq bütövlükdə beynəlxalq hüquq normalarına uyğunluq kontekstində geosiyasi hadisələri təsnifatlaşdırmaq mümkündür. Belə ki, konkret hadisə beynəlxalq aləmdə qəbul edilmiş hüquqi normalara uyğun olur, ya da olmur. Bu baxımdan 2018-ci ildə hansı geosiyasi proseslərin özündə hüquqi, siyasi, iqtisadi və hərbi risk daşıdığı ilə əlaqədar analiz aparmaq və proqnoz vermək mümkündür.

İlk olaraq ABŞ-ın orta və qısa mənzilli raketlərin ləğv edilməsi ilə bağlı imzalanmış müqavilədən çıxmaq haqqında qərarı yada düşür. Bu müqavilə Amerika ilə SSRİ arasında imzalanmışdı. İndi Vaşinqton iddia edir ki, Moskva faktiki olaraq müqavilənin şərtlərini pozub və orta və qısa mənzilli raketlərin istehsalını genişləndirib. Onların yeni növlərini yaradıb, hətta döyüş meydanında belə istifadə edir. Kreml təbii ki, bunu təkzib edir. Ancaq reallıq ondan ibarətdir ki, beynəlxalq hüququn müddəaları pozulur. Dünyanın hərbi cəhətdən iki güclü dövləti bir-birini məhz bunda ittiham edirlər.

Məsələyə qlobal təhlükəsizliyin təmini aspektində baxdıqda, burada ən riskli məqam məhz iki supergücün beynəlxalq razılaşmaya əməl etməməkdə bir-birini qınamasından ibarətdir. Bu o deməkdir ki, söhbət həqiqi mənada beynəlxalq hüquq normalarının pozulmasından gedir (fərqi yoxdur, bunu konkret hansı tərəf edir). Deməli, geosiyasi-hərbi aspektdə dünyanın təhlükəsizliyi üçün riskli situasiya yaranıb.

Ekspertlər bu məqamı vurğulayırlar. Onlar hesab edirlər ki, dünya yenidən “soyuq müharibə”yə, yeni silahlanma yarışına və böyük dövlətlərin ixtilafları mərhələsinə qayıda bilər. Hətta bir sıra ekspertlər hazırkı vəziyyəti keçən əsrin 30-cu illərində özünü göstərən dünya böhranı mərhələsi ilə müqayisə edirlər. Bu da birbaşa yeni dünya savaşının meydana gəlməsi riskinin mövcudluğunu ifadə edir.

Həmin bağlılıqda başqa bir faktı – Amerikanın İranla imzalanmış və nüvə silahı ilə bağlı olan sazişdən çəkilməsini vurğulamaq lazım gəlir. Bu da kifayət qədər təhlükəli hadisədir. Bütün dünyanı qarışdıra biləcək və yeni risklər meydana atacaq olaydır. Məsələ ondan ibarətdir ki, İranla imzalanan sazişdən çıxmaq, avtomatik olaraq bu ölkəyə qarşı sanksiya siyasətini bərpa etmək deməkdir. Bu isə bir tərəfdən Yaxın Şərqdə geosiyasi-hərbi qarşıdurmanı radikal müstəviyə atır, digər tərəfdən isə çoxlu sayda şirkətin maliyyəsinə ciddi zərbə vurur. Avropanın bir neçə inkişaf etmiş dövləti Vaşinqtonun bu qərarına qarşı çıxaraq etirazlarını bildirdilər. Lakin ABŞ rəhbərliyi təzyiqlərlə onları yerində oturtdu. İndi faktiki olaraq bir neçə böyük şirkət və banklar İranla işləməkdən imtina ediblər. Hətta Rusiyanın enerji sahəsində işləyən şirkətləri belə Amerika sanksiyasına uymağa məcbur qalıblar. Belə təsəvvür var ki, bu proses davam edəcək.

ABŞ-ın İranla imzalanan sazişdən çıxmasının qlobal fəsadlarından biri də Yaxın Şərqdə daha mürəkkəb geosiyasi mənzərənin yaranmasıdır. Burada Vaşinqton İrana qarşı koalisiya yaratmaqla məşğuldur. Bir neçə dövləti birləşdirməli olan bu addım regionda kifayət qədər böyük risklər meydana gətirəcək. Hər şeydən öncə, region ölkələri arasında müharibə təhlükəsi özünü göstərir. Müsəlman ölkələri bir-birinə düşmən olur. Bu işi təşkil edənlər isə kənarda qalırlar. Ancaq qloballaşma mərhələsində belə bir addımın dünyanın təhlükəsizliyi üçün nə dərəcədə böyük təhdid yaratdığını anlamaq çətin deyil. Bizcə, 2018-ci ildə dünya üçün ciddi risklər yaradan hadisələr sırasında bu məsələ xüsusi yer tutur.

Digər təhlükəli proses faktiki olaraq ABŞ-la Çin arasında ticarət savaşının başlamasıdır. Hər iki tərəf bir-birini ittiham edir. Amerika ilə Çin dövlət başçıları bir neçə dəfə həmin məsələni müzakirə etsələr də, konkret nəticə yoxdur. Vədlər verilir, lakin ortaya yeni maneələr çıxır. Belə görünür ki, iki böyük dövlətin 2018-ci ildə ticarət savaşına qədəm qoyması bütün dünya üçün ciddi təhdidə çevrilməkdədir. Artıq ekspertlər onun bir sıra təzahürlərindən bəhs edirlər. Bu, Cənubi Çin dənizində hərbi vəziyyətin gərginləşməsi, Mərkəzi Asiyada terror təhlükəsinin artması və silah satışında mənasız rəqabətin daha da sərtləşməsindən ibarətdir. Bunlardan başqa, tərəflər kibersavaş da aparırlar. Bu sahədə onlar kifayət qədər geniş imkanlara malikdirlər. Vəziyyəti Pekinin ticarətdə bir sıra güzəştlərə getməsi də dəyişdirə bilməyib. Ticarət savaşı artıq Ümumdünya Ticarət Təşkilatına da sıçrayıb.

Avropa İttifaqı: “Köhnə qitə”nin yeni riskləri

Bütün bunların fonunda ABŞ Prezidenti Donald Trampın 2018-ci ilin son ayında Amerika qoşunlarının Suriyadan çıxarılması barədə bəyanatı ekspertlərin böyük marağına səbəb oldu. Onlar sual edirdilər ki, “doğrudanmı Amerika Suriyadan çəkilir?”. Çünki bu hadisə real olaraq Yaxın Şərqdə və deməli, dünyada gərginliyi azalda bilərdi. Ancaq hadisələrin gedişi göstərdi ki, bu məsələdə də dünya üçün ciddi risklər mövcuddur. Çünki D.Tramp, əslində, tamamilə başqa məqsəd güdürmüş.

Vaşinqton sadəcə olaraq Suriya hadisələrinə təsir üsulunu dəyişməyə çalışır. O, hesab edir ki, döyüş meydanından əsgərlərini çəkməlidir ki, onlar zərər görməsinlər. Əvəzində, meydana yerli radikal güclər yeridilir. Bunlar, əsasən, kürdlərdən təşkil edilmiş terror qruplarıdır. Onda belə çıxır ki, Amerika Yaxın Şərqdə faktiki olaraq yeni bir təhlükəli oyuna başlayır. Özünün yaratdığı terror qruplarını Yaxın Şərqin böyük dövlətləri ilə savaşa sürükləyir. Bunun bütün dünyada ciddi geosiyasi-hərbi risklərə səbəb olacağını sübut etməyə ehtiyac yoxdur. Ekspertlər hesab edirlər ki, həmin plan baş tutsa, Amerika Afrikadan tutmuş Çinə qədər geniş bir ərazidə terror dalğası yarada bilər. Bu da beynəlxalq böhran formalaşdırmaq deməkdir. Dünya uzun illər bu təhdidi aradan qaldırmaq üçün çapalaya bilər.

Bunlarla yanaşı, 2018-ci ildə dünya təhlükəsizliyinə risk yaradan proseslər yalnız ABŞ-Rusiya-Çin xəttində meydana gəlməyib. Ekspertlər Avropa İttifaqı məkanında da qlobal miqyasda təhlükə yaratmaq potensialına malik hadisələrin baş verdiyini də vurğulayırlar. Burada ilk olaraq Fransada “sarı jiletlər” hərəkatını və onunla yanaşı, “Breksit” ətrafında yaranmış vəziyyəti göstərmək olar.

Fransa sözün həqiqi mənasında inqilabın astanasındadır. Keçən ilin dekabrında vüsət alan etiraz hərəkatı 2019-cu ilin ilk günlərindən yenidən kükrəyib. Mütəxəssislər hesab edirlər ki, bu etiraz dalğası yatırılmasa, Fransada xaos yaranacaq. Artıq etirazçılar Prezident Emmanuel Makronun yay rezidensiyasını zəbt etməyə cəhd göstəriblər. Onlar küçələrdə dağıdıcı hərəkətlər edir, polislə toqquşmalara gedir və E.Makronun istefasını tələb edirlər. Hökumət proseslərin kənardan idarə edildiyi barədə bəyanat verib. Konkret ünvan da göstərilir: Vaşinqton!

Aİ üçün “Breksit” də digər tərəfdən başağrısına çevrilib. 2018-ci ildə bu məsələ baş nazir Tereza Meyin siyasətdən getməsi barədə qərar qəbul etməsinə səbəb oldu. Onun fonunda Almaniyada Angela Merkelin də istefa qərarı beyinləri qarışdırdı. Bunlardan belə qənaət əldə edilir ki, Aİ-də qeyri-müəyyənlik getdikcə artır. Bu təşkilatın qlobal geosiyasi balansda rolu böyük olduğundan onun dünya təhlükəsizliyinə müəyyən dərəcədə xaos gətirə biləcəyindən danışmaq mümkündür. Hətta bir çox ekspertlər hesab edirlər ki, Avropa İttifaqı bir təşkilat kimi xeyli dərəcədə laxlaya bilər.

Bizcə, 2018-ci ildə qlobal geosiyasi dinamika aspektində bu hadisələr təsirli rol oynayıblar. Təbii ki, başqa təsnifat da ola bilər. Lakin birmənalı aydındır ki, vurğulanan proseslər qlobal təhlükəsizliyin xeyrinə deyil. Onlar özlərində kifayət qədər ciddi risklər daşıyırlar. Bu baxımdan həmin hadisələrin 2019-cu ildə dünya geosiyasi mühitinə hansı təsirləri göstərəcəklərini izləmək xeyli maraqlı olardı. Newtimes.az




Baxış sayı: 1 624
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30