FACT-INFO.AZ » SİYASƏT » Qarabağın Azərbaycanlı İcması Minsk Qrupunun həmsədrlərinə müraciət edib
21-12-2018, 18:00 | SİYASƏT
Qarabağın Azərbaycanlı İcması Minsk Qrupunun həmsədrlərinə müraciət edib

Qurumun İdarə Heyətinin yeni sədri Tural Gəncəliyevin imzaladığı bəyanatda aşağıdakılar bildirilib: “Keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni separatizmi dalğası milli zəmində münaqişəyə, əzəli Azərbaycan torpaqları olan Ermənistandan, eləcə də Dağlıq Qarabağ bölgəsindən soydaşlarımızın qovulmasına, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalına, bu ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsinə, bir milyondan artıq həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur.

30 ildir ki davam edən münaqişənin ilk günlərindən hələ keçmiş Sovetlər İttifaqının tərkibində ikən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq ərazi iddiaları irəli sürməyə və yerli azərbaycanlı əhaliyə qarşı zorakılıqla və terrorla müşayiət olunan təcavüzkar separatizmi fəal şəkildə dəstəkləməyə başladı. Eyni zamanda Ermənistan tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan birtərəfli qaydada ayrılması və Ermənistana birləşdirilməsi məqsədilə bir sıra qeyri-qanuni qərarlar qəbul edildi. Lakin hələ Sovetlər İttifaqının mövcudluğu dövründə - 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli aktlarının SSRİ Konstitusiyasına uyğunsuzluğu” haqqında qərar qəbul edərək Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qeyri-qanuni olduğunu elan etmişdi. Bütün bu faktlar göstərir ki, hələ o zaman Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının SSRİ qanunlarına zidd olması ali konstitusiya səviyyəsində təsdiqlənmişdi. Odur ki, Azərbaycan müstəqillik əldə etdikdə də həmin dövrün mövcud qanunlarına əsasən Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi qəbul olunmuşdu.

Bütün bunlara baxmayaraq Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq hərbi gücdən istifadə etməklə Azərbaycana qarşı açıq müharibəyə başladı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi daxil olmaqla ətraf yeddi rayonu işğal etdi. İşğal olunmuş ərazilərdə, o cümlədən Dağlıq Qarabağda köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Hazırda sayı 80.000 nəfərdən artıq olan Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri 30 ilə yaxındır ki, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədirlər. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu təsbit etməklə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində də öz əksini tapır. Lakin Ermənistan bütün bunlara məhəl qoymayaraq işğala əsaslanan status-kvonu saxlamaqla Azərbaycanın işğal edilmiş ərazilərini, o cümlədən Dağlıq Qarabağı ilhaq siyasəti yürüdür və qəsdən bu əməllərinə xalqların öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışır. Bu məqsədlə Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının hətta mövcudluğunu da inkar etməyə cəhd göstərir, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv edir və qeyri-qanuni məskunlaşdırmanı davam etdirir. Beynəlxalq hüququn ali prinsiplərindən olan xalqların öz müqəddəratını təyinetmə hüququ digərlərinin hüquqlarının pozulmasını, zorakılıq əməllərinin törədilməsini heç bir halda qəbul etmir. Fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır, ayrılmazdır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır.

ATƏT-in sənədlərinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Ermənistan və Azərbaycan münaqişə tərəfləri olduqları halda, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflər kimi müəyyən olunmuşdur. Münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına - Dağlıq-Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə yaşayışı şəraitində ədalətli sülh, dayanıqlı regional sabitlik və təhlükəsizlik təmin oluna bilər. Bu istiqamətdə mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir.Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə vermək məqsədilə səyləri artırmağa və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları dəstəkləməyə çağırır.




Baxış sayı: 1 374
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031